Məhkəmə qərarları › İş №e-2-2(113)-8025/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8025/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8025/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “borcun silinməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “borcun silinməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli aktlar üzrə yaranmış 9.562,00 manat borc məbləği əsassız olduğuna və qanunda nəzərdə tutulan müddət ötürülməklə tələb edildiyinə görə ləğv edilməsi, İddiaçı MTK-nın su təchizatı və kanalizasiya xidmətlərinin təmin olunmasına törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nümayəndə bildirdi ki, o İddiaçı MTK-nın idarə heyətinin sədri deyil, İddiaçı MTK ilə qüvvədə olan əmək müqaviləsi mövcud deyil və hüquqi şəxsin möhürü ilə rəsmi sənədlər bir neçə il əvvəl rəsmi qaydada əvvəlki sədr tərəfindən ona təhvil verilmişdir. Bu səbəbdən hər hansı səlahiyyəti olmadan da hazırkı iddia ərizəsini imzalamışdır. Hazırkı iş üzrə iddianın baxılmamış saxlanılmasına etiraz etmir və qanunvericiliyin tələblərinə əməl edildikdən sonra yenidən məhkəməyə müraciət olunacaq. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə materialları araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, materiallardan görünür ki, iddia ərizəsi Nümayəndə tərəfindən imzalanmışdır. Lakin ərizəyə Nümayəndə səlahiyyətlərini təsdiq edən hər hansı sənəd əlavə edilməmiş, belə bir səlahiyyətin olmaması məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.3-cü maddəsinə görə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı MTK-nın cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “borcun silinməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 116 (bir yüz on altı) manat dövlət rüsumu İddiaçı MTK-ya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar