Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8027/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin lazımınca yerinə yetirilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 175295,90 (yüz yetmiş beş min iki yüz doxsan beş manat doxsan qəpik) manat dəymiş ziyan və hüquqi yardımla bağlı ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat xərcinin, cəmi 175872,18 (yüz yetmiş beş min səkkiz yüz yetmiş iki manat on səkkiz qəpik) manat pul vəsaitinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 05 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə 87 (səksən yeddi) baş "Holşteyn" cinsli damazlıq inək əldə etmişdir. Damazlıq heyvanların alınması üçün Cavabdeh2 272334,88 (iki yüz yetmiş iki min üç yüz otuz dörd manat səksən səkkiz qəpik) manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 40 (qırx) baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir. xx.xx.2025-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində 56 (əlli altı) baş iribuynuzlu heyvan aşkar edilməmişdir Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, 56 (əlli altı) baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh xx.xx.2021-ci il tarixli iltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə 175295,90 (yüz yetmiş beş min iki yüz doxsan beş manat doxsan qəpik) manat ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" MMC arasında hüquq xidmətlərinin satın alınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış izahatında qeyd edilmişdir ki, o Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və əsas fəaliyyəti südçülük təyinatı damazlıq heyvanları müqavilə əsasında əldə edib saxlamaqla gəlir götürməkdir. Şəxsi ferması olmadığından heyvanları “Atena Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağcabədi rayonunun Ağabəyli kəndində yerləşən ən müasir südçülük təyinatlı ana heyvana qulluq etmək potensialına malik fermada bağladığı icarə müqaviləsi əsasında saxlayır. Heyvanların fermada saxlanılması, qidalanma normalarına uyğun qulluq edilməsi, baytarlıq və digər xidmətlər razılığı əsasında fermanın müdiri Nurəddin müəllim tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti respublikaya xarici ölkələrdən münasib qiymətə Holştin-friz cinsli damazlıq heyvanların idxalı ilə məşğul olduğundan, Holştin-friz cinsli damazlıq heyvanları alıb saxlamaq qərarına gəldiyindən həmin şirkətlə Holştin-friz cinsli damazlıq heyvanların satın alınması ilə bağlı 05 avqust 2020-ci il tarixli 040 saylı müqavilə bağlamışdır. Bu məqsədlə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanına və Fərmanla təsdiqlənmiş Qaydalarna uyğun olaraq müraciəti əsasında alacağı 87 (səksən yeddi) baş Holştin-friz cinsli damazlıq heyvanların dəyərinin 60 faizi güzəştli maliyyələşmə ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyi vasitəsilə ayrılmasına qərar verilmiş və bu məqsədlə 272334,88 (iki yüz yyetmiş iki min üç yüz otuz dörd manat səksən səkkiz qəpik) manat miqdarında güzəşt məbləğ ayrılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyinə güzəştli maliyələşmə ilə bağlı rəsmi ərizə ilə müraciətindən sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağcabədi X5 Mərkəzinin komissiyası tərəfindən aldığı damazlıq heyvanların saxlanılma şəraiti, qidalanma normalarına uyğun qulluq edilməsi, fermada zoogigiyenik şərait və baytarlıq-sanitariya vəziyyəti yoxlanılmış və tam uyğunluq barədə rəy verilmişdir. Ondan sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyi xx.xx.2021-ci il tarixdə ondan “Damazlıq heyvanların güzəştli şərtlərlə alışı və güzəştli maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” yazılı iltizam aldılar. Həmin iltizamda güzəştli verilən 87 baş Holştin-friz cinsli damazlıq heyvanların (birka nömrələri göstərilməklə) saxlanma şəraitinə əməl edəcəyi, qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanların verilməsinə dair bağlanmış müqavilədə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanları 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi və ölkə hüdudlarından kənara çıxarmayacağı, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə öhdəlik götürmüşdür. Güzəştli maliyyələşmə ilə aldığı və sığortalanmış 87 baş Holştin-friz cinsli damazlıq heyvanları bağladığı icarə müqaviləsi əsasında "xxxx" MMC-nin fermasında saxlanıldı və heyvanların saxlanma şəraitinə və qidalanma normalarına tam əməl edilmiş, daim baytar həkimin nəzarətində olmuşdur. Heyvanların saxlanılmasına mütəmadi olaraq Aqrar Sığorta Fondu tərəfindən də nəzarət edilmiş və ildə iki dəfə audit yoxlamaları keçirilmiş, heyvanların tam sayda fermada olduğu aşkar edilmişdir. Lakin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin fəaliyyətini tənzimləyən Əsasnamənin 3.0.6-1-ci maddəsinin tələbinə əsasən subsidya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq həmin orqanın əsas vəzifəsi olduğu qeyd edilsə də, bir dəfə də olsun fermaya gəlib monitorinq keçirilməmişdir. Güzəştli maliyyələşmə ilə aldığı və tam sğortalanmış 87 baş Holştin-friz cinsli damazlıq heyvanları alındıqdan 3 il sonra artıq iki qarın doğmuş və yaşlandıqlarından aralarında xəstələnən və xəstəlikdən ölənləri olmuşdur. Bu barədə baytar həkim, daxili nəzarətçi, baytar həkimin köməkçisi tərəfindən müvafiq aktlar tərtib edilmiş və cavabdeh tərəfindən təsdiqlənmişdir. Həmçinin Aqrar Sığorta Fonduna da rəsmi müraciətlər olunmuşdur. Həmin sənədlər elektron kabinetə yerləşdirilməklə məhkəməyə təqdim edilmişdir. Həqiqətən 2024-cü ilin 1ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən fermada keçirilmiş monitorinq nəticəsində güzəştli maliyələşmə ilə aldığı 87 baş Holştin-friz cinsli damazlıq heyvanlardan 40 (qırx) başının fermada olmaması aşkar edilmişdir. Motitorinq zaman bildirildi ki, heyvanların alınmasından 3 ildən artıq vaxt keçdiyindən və həmin çatışmayan heyvanlar artıq yaşlı olduqlarından bəziləri xəstələnib ölmüş, bəzilər isə xəstəliyə tutulduqlarından Ağcabədi və Bərdə rayonunda ət kombinatlarına satılmışdır. Bununla bağlı akt da tərtib edilmişdir. Ondan sonra məlum oldu ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyində yoxlama aparılmış və bu səbəbdən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyinin əməkdaşları gəlib fermada monitorinq keçirmiş və güzəştli maliyələşmə ilə aldığı 56 (əlli altı) baş Holştin-friz cinsli damazlıq heyvanların fermada olmaması aşkar edilmişdir. Həmin vaxt onlara da bildirildi ki, heyvanların alınmasından 3 ildən artıq vaxt keçdiyindən və həmin çatışmayan heyvanlar artıq yaşlı olduqlarından bəziləri xəstələnib ölmüş, bəzilər isə xəstəliyə tutulduqlarından Ağcabədi və Bərdə rayoninda ət kombinatlarına satılmışdır. Bununla bağlı akt da tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq xəstəlikdən ölən heyvanlar barəsində sığorta şirkətinə və ərazi baytarlıq idarəsinə zəng edilərək, məlumat verilsə də, heyvanların xəstəlikləri sığorta riski hesab edilmədiyindən, yəni sığorta hadisəsi baş vermədiyindən dəymiş zərərlə bağlı sığorta fondu tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bu barədə sənədlər də elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində də qeyd edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyinə verilən iltizamda Ağentliyin vasitəsilə güzəştli maliyyələşmə ilə alınan 87 (səksən yeddi) baş Holştin-friz cinsli damazlıq heyvanları 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, ölkə hüdudlarından kənara çıxarmayacağı, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, həmin heyvanlar 4 ildən çoxdur ki, alınmışdır. Belə olduğu halda hansı əsasla iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyi tərəfindən 272334,88 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələb edilir. Məlumdur ki, dövlət başçısının rəhbərliyi altında aparılan sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkədə sahibkarlar təbəqəsi formalaşmış, iqtisadiyyatın inkişafında özəl sektorun rolu əhəmiyyətli dərəcədə artmış, iqtisadi fəaliyyət sahələrində sahibkarlar üçün münbit şərait yaranmış, onların fəaliyyətinə qanunsuz müdaxilələrin sayı azalmış, hüquqlarının müdafiəsi sistemi təkmilləşdirilmişdir. Odur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyi tərəfindən fərdi sahibkar olaraq 272334,88 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbi qanunsuz müdaxilə kimi qiymətləndirilir, iddia əsassız və qanunsuz hesab edilir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh2 272334,88 manat güzəşt ayrılmışdır. Hesablama Palatası tərəfindən keçirilən monitorinqdə 40 baş iribuynuzlu heyvanın təsərrüfatda olmaması müəyyən edilmişdir. 2025-ci ildə isə Agentlik tərəfindən monitorinq keçirilmiş və həmin sayın 56-a çatdığı aşkar edilmişdir. Qarşı tərəfə dəfələrlə müraciət edilməsinə baxmayaraq, həmin heyvanların məcburi kəsimini təsdiq edən sənədlər Agentliyə təqdim edilməmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə Agentliyə 175295,9 manat məbləğində ziyan vurmuşdur. 175295,9 manat məbləği bazar qiymətinə uyğun hesablanmışdır. Tərəf əgər heyvanı əldə edirsə, ona baxmalı, qulluq etməlidir, əgər bunu etmirsə, artıq qarşı tərəfə ziyan dəymiş olur. Proqramın mahiyyəti ondan ibarətdir ki, məbləğin bir hissəsini vətəndaş ödəyir, digər tərəfini isə Agentlik ödəyir. Vətəndaş də iltizam ilə bunun saxlanma şəraiti, qulluq və s. ilə bağlı öhdəliklər götürür. İltizam 3 il müddətə müəyyən edilir. Əgər həmin iltizam üzrə götürülmüş öhdəliklər yerinə yetirilməyibsə, bu, vurulmuş ziyan kimi qiymətləndirilir. Güzəşt məbləği 272334,88 manat təşkil edir. Mübahisə predmeti 56 baş iri buynuzlu heyvandır. Güzəşt məbləği 87 baş heyvana münasibətdə tətbiq edilmişdir. Heyvanlar 2021-ci ildə cavabdehə təhvil verilmişdir. 2024-cü ilin oktyabrına qədər iltizam qüvvədədir, yoxlamalar da ondan əvvəl keçirilib.
7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh fərdi sahibkar kimi damazlıq heyavnların təsərrüfatı ilə məşğul olur. Agentlik tərəfindən fermaya baxış keçirilmiş və uyğunluq rəyi verilmişdir. Bundan sonra cavabdehdən iltizamdan alınmışdır. Cavabdeh2 də 3 il müddətində həmin iltizama uyğun olaraq öhdəlikləri yerinə yetirmişdir. Təbii ki, bunlar canlıdır, ölə də bilər, xəstəlikdən tələf ola da bilər. Qeyd edilməlidir ki, 3 ildən sonra, yəni iltizamın vaxtı bitdikdən sonra həmin heyvanlar cavabdehin mülkiyyətinə keçir və mülkiyyətçi öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilər. 3 il müddətində heyvanların ölümü, məcburi kəsimi ilə bağlı sənədləşmə aparılmış və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. İddianın hüquqi əsası yoxdur. Agentlik tərəfindən yoxlamalar 2025-ci ildə keçirilmişdir. Aparılan yoxlamalar qanunsuz aparılmış, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına riayət edilməmişdir. Cavabdeh2 aparılan yoxlamalardan ümumiyyətlə xəbəri olmamış, iştirakı təmin edilməmişdir. Yoxlamalar reyestrdə qeydiyyata alınaraq aparılmalıdır. Əgər həmin qeydiyyat yoxdursa, o formada aparılan yoxlamaların nəticəsi ilə sahibkar cəzalandırıla bilməz. Eyni zamanda yoxlamalar Nazirlər Kabineti tərəfindən həmin səlahiyyət verilmiş orqanlar tərəfindən aparılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş aktlardan görünür ki, yoxlama reyestrdə qeydiyyata alınmamışdır. Hesablama Palatasının əsasnaməsinə əsasən Hesablama Palatası sadəcə sahibkardan mövcud vəziyyətlə əlaqədar məlumat ala bilər. Onun birbaşa olaraq yoxlama aparmaq səlahiyyəti yoxdur. Mübahisə predmeti olan heyvanların saxlanılması və onlara qulluq edilməsinə sahibkar tərəfindən tam diqqət edilmişdir. Qanunsuz bir yoxlamaya görə də cərimənin tətbiq edilməsi qanunsuzdur.
8. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında qeyd etmişdir ki, heyvanların fermaya gətirildiyi andan orada direktor vəzifəsində çalışır. Cavabdeh2 ilə "xxxx" MMC arasında müqavilə imzalanmışdır. Həmin heyvanlara baytarlıq xidmətləri göstərilmişdir. Heyvanlar 1 illik sığortalanmışdır. 6 ildən sonra həmin heyvanların sayının azalması çox normal bir haldır. Çünki 3-4 ildən sonra heyvanların süd vermə qabiliyyətləri azaldığından, həmin heyvanlar sürüdən ayrılır. Agentlik tərəfindən 2 dəfə monitorinq keçirilmiş, olmayan heyvanlar aktlaşdırılmışdır. Monitorinqin keçirilməsi barədə aktda qeyd edilən 31 baş heyvana fermada eyni formada qulluq da olunub, qalanları isə ya tələf olub, ya kəsilibdir. Həmin heyvanlar barədə aktlaşma aparılmışdır. Agentlik nə tələb edibsə, o da təqdim edilibdir. Əgər Agentlik həmin aktları tələb etsəydi, o aktlar da təqdim edilərdi. İndi də MMC-nin sistemindən həmin aktlar əldə edilə bilər. Heyvanların niyə yerində olmaması məsələsi Agentliyə izah edilmişdir. Göstərilən aktlarda da həmin səbəblər qeyd edilmişdir. Heyvanların hamısı nömrə ilədir. Əgər kəsilmə olubsa, bunu da "xxxx" MMC-nin qeydiyyat sistemindən öyrənmək olar. Bu proseslərin hamısı normaldır.
9. Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 040 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə müqavilənin 1.2-ci bəndində göstərilmiş damazlıq heyvanında alıcıya satılmasını, alıcı isə həmin damazlıq heyvanların müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 96 baş Holşteyn cinsli damazlıq heyvanları alıcıya satır, alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir; 1.2-ci bəndinə əsasən alıcı 96 baş damazlıq heyvanlarına 521307,5 manat satış dəyəri təşkil edən məbləği ödəyir.
10. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 154000/6424 nömrəli məktuba əsasən bildirilmişdir ki, fiziki şəxs Cavabdeh2 "xxxx" MMCdən satış dəyəri 521307,52 manat olan 96 baş Holşteyn cinsli damazlıq heyvanları güzəştli şərtlərlə əldə etmək üçün müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq, müraciətçi Cavabdeh2 yuxarıda adıçəkilən damazlıq heyvanları əldə etməsi üçün güzəşt olunacaq 300507,46 manat məbləğindəki vəsaitin hesaba köçürülməsi xahiş edilmişdir.
11. "xxxx" ASC tərəfindən kreditləşməsinə qərar qəbul edilmiş layihələr haqqında məlumata əsasən "xxxx" MMC tərəfindən Cavabdeh2 təchiz edilmiş alış qiyməti 347779,2 manat olan 64 baş damazlıq heyvanın ilkin ödəniş məbləği 147200,06, güzəşt məbləği 200579,34 manat, alış qiyməti 173528,32 manat olan 32 baş damazlıq heyvanın ilkin ödəniş məbləği 73600 manat, güzəşt məbləği 99928,32 manat müəyyən edilmişdir.
12. Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadə Qaydaları”na müvafiq olaraq, 040 saylı, 5 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 521307,52 manat olan 64 baş Holşteyn cinsli damazlıq heyvan, 32 baş Holşteyn satış dəyərinin minimum 40 faizinin tərəfindən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və "xxxx" ASC-də açılmış bank hesabına köçürülməsinə razılıq verilməsi xahiş edilmişdir.
13. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında xx.xx.2021-ci il tarixli iltizamın məzmunundan müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı yanında Aqrar Kredit İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən 64 baş Holşteyn cinsli damazlıq heyvan, 32 baş Holşteyn saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. Qeyd etmişdir ki, yuxarıda sadalanan tələblər pozulduğu təqdirdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlər büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi ilə bağlı ona xəbərdarlıq edilmişdir. İltizam Cavabdeh2 tərəfindən imzalanmışdır.
14. İş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
15. "xxxx" ASC tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin bank hesabına 31800 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2020-ci il tarixli, 040 nömrəli müqavilə qeyd edilmişdir.
16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin bank hesabına 63000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2020-ci il tarixli, 40 nömrəli altı-satqı müqaviləsinə əsasən avans ödənişi qeyd edilmişdir.
17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin bank hesabına 63000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2020-ci il tarixli, 40 nömrəli altı-satqı müqaviləsinə əsasən avans ödənişi qeyd edilmişdir.
18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin bank hesabına 63000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2020-ci il tarixli, 40 nömrəli altı-satqı müqaviləsinə əsasən avans ödənişi qeyd edilmişdir.
19. İş materiallarına aqrar sığortaçı "xxxx" ASC ilə aqrar sığortalı Cavabdeh2 arasında bağlanmış kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta şəhadətnaməsi əlavə edilmişdir. Həmin şəhadətnaməyə əsasən müqavilənin 1 saylı əlavəsində qeyd edilən kənd təsərrüfatı heyvanları xx.xx.2021ci ildən xx.xx.2022-ci il tarixinədək müqavilədə qeyd edilən sığorta risklərinə qarşı sığortalanmışdır. Ümumi sığorta məbləği 515873,47 manat, ümumi sığorta haqqı 49007,98 manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan sığorta haqqı 24503,99 manat qeyd edilmişdir. Müqavilənin 01 nömrəli əlavəsində sığorta predmetlərinin adları çəkilmiş, sığorta məbləği kimi 515873,47 manat, sığorta haqqı kimi 49007,98 manat qeyd edilmişdir. Müqavilə və əlavə tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.
20. "xxxx" ASC tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən Aqrar Sığorta Fondunun bank hesabına 24504 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi sığorta haqqının ödənişi qeyd edilmişdir.
21. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin məzmunundan müəyyən olunur ki, UAB “X4” tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 84800 avro olan 32 ədəd diri iribuynuzlu Holşteyn cinsli düyə göndərilmişdir.
22. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin məzmunundan müəyyən olunur ki, UAB “X4” tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 84800 avro olan 32 ədəd diri iribuynuzlu Safqanlı Holşteyn cinsli düyə göndərilmişdir.
23. "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 258/21- EC/EK nömrəli iribuyunuzlu heyvanların qiymətləndirilməsinə dair hesabatda qeyd edilir ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən edildi ki, "xxxx" MMC-yə məxsus olan, hesabatın 7-ci bölməsində siyahı üzrə qeyd edilmiş 96 baş Holşteyn cinsli damazlıq iribuynuzlu heyvanların ümumilikdə hazırkı bazar dəyəri 547200 manat təşkil edir.
24. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli 40 nömrəli alqı-satqı müqaviləsinə əsasən ayrılmış güzəşt məbləğinə dair məlumatlar belədir: güzəşt (subsidiya ayrılmış damazlıq heyvanların cinsi: Holşteyn cinsli iribuynuzlu mal-qara; güzəşt ayrılmış damazlıq heyvanların sayı: 87 baş; Dəymiş zərər üzrə damazlıq heyvanların sayı: 56 baş; Damazlıq heyvanların alqı-satqı dəyəri: 472434,94 manat; Damazlıq heyvanların gömrük dəyəri: 453891,18 manat; Damazlıq heyvanlara görə Agentliyə dəymiş zərər üzrə 60% güzəşt (subsidiya): 175295,9 manat; Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il tarixli damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi haqqında auditor hesabatına əsasən edilmiş nöqsanlar: 2024-cü ilin 1-ci rübü ərzində edilmiş monitorinq nəticəsində güzəşt ayrılmış 40 baş heyvanın təsərrüfatda olmaması qeyd edilmişdir; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən aparılmış monitorinqin nəticəsi: 2025-ci il 14 may tarixli akta əsasən Agentliyin əməkdaşları tərəfindən təsərrüfata baxış keçirilmişdir. Belə ki, təsərrüfata baxış zamanı 56 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir; Dəymiş zərərin hesablanması: 453891,18 manat (damazlıq heyvanların gömrük dəyəri)/87 baş (güzəşt ayrılmış heyvanların sayı)x56 baş (dəymiş zərər üzrə damazlıq heyvanların sayı)=292159,84 manat dəymiş zərər üzrə gömrük dəyəri. 292159,84 manat (dəymiş zərər üzrə gömrük dəyəri)x60% (güzəşt həcmi)/100=175295,9 manat dəymiş zərər üzrə güzəşt məbləği.
25. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən "xxxx" ASC tərəfindən damazlıq heyvanların alınması məqsədilə Cavabdeh2 verilmiş kredit vəsaitinin və 200579,14 və 99928,32 manat subsidiya vəsaitinin istifadə vəziyyətinə monitorinq keçirilmişdir. Monitoqin nəticəsində müəyyən edilmişdir ki, Heyvanlar "xxxx" MMC təsərrüfatında yerləşir və onlardan sadəcə 31 baş heyvan mövcuddur, digərləri tələf olmuşdur. Akt “Bədəlov Cəlal” və “Rəhimli Nurəddin” adlı şəxslər tərəfindən imzalanmışdır.
26. İcarəyəverən qismində "xxxx" MMC ilə icarəçi qismində Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 2021/10 saylı müqaviləyə əsasən müqavilə üzrə icarəyəverən "xxxx" MMC, ona məxsus olan və Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən müasir tipli, iribuynuzlu mal-qara fermasında 3 nömrəli sağmal inəklər tövləsini icarəçiyə icarəyə verir, icarəçi isə bu tövləni icarəyə götürür və icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
27. İş materiallarına "xxxx" MMC tərəfindən tərtib edilmiş və baytar həkim, daxili nəzarətçi, baytar köməkçisi tərəfindən təsdiq edilmiş ölmüş (və ya satılmış (məcburi kəsim)) heyvanların qulaq nömrəsi, ölüm (və ya satış) tarixi və ölüm (və ya satış) səbəbi qeyd edilmiş aktlar əlavə edilmişdir. Həmin aktlarda qeyd edilmiş ümumi 50 baş damazlıq heyvanın 38-nin ölüm tarixi və səbəbi, 12-nin isə satış tarixi və səbəbi qeyd edilmişdir.
28. Aqrar Sığorta Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 36/23 saylı məktubda qeyd edilmişdir ki, kənd təsəsrrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə və Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məktubuna əsasən DE********** birka nömrəli heyvanın topallıq səbəbindən məcburi kəsilməsi qeyd edilmişdir. Sığorta təminatına daxil olan risklərə topallıq aid deyil. Qeyd edilənlərə əsasən, Cavabdeh2 sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
29. Aqrar Sığorta Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 39/23 saylı məktubda qeyd edilmişdir ki, kənd təsəsrrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə və Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məktubuna əsasən DE********** birka nömrəli heyvanın mastit xəstəliyi səbəbindən məcburi kəsilməsi qeyd edilmişdir. Sığorta təminatına daxil olan risklərə mastit xəstəliyi aid deyil. Qeyd edilənlərə əsasən, Cavabdeh2 sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
30. Aqrar Sığorta Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 38/23 saylı məktubda qeyd edilmişdir ki, kənd təsəsrrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə və Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məktubuna əsasən DE********** birka nömrəli heyvanın mastit xəstəliyi səbəbindən məcburi kəsilməsi qeyd edilmişdir. Sığorta təminatına daxil olan risklərə mastit xəstəliyi aid deyil. Qeyd edilənlərə əsasən, Cavabdeh2 sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
31. Aqrar Sığorta Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 37/23 saylı məktubda qeyd edilmişdir ki, kənd təsəsrrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə və Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məktubuna əsasən DE********** birka nömrəli heyvanın mastit xəstəliyi səbəbindən məcburi kəsilməsi qeyd edilmişdir. Sığorta təminatına daxil olan risklərə mastit xəstəliyi aid deyil. Qeyd edilənlərə əsasən, Cavabdeh2 sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
32. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək Agentliyə vurulmuş zərərin əvəzi olaraq 175295,9 manat güzəşt məbləğinin 5 gün ərzində geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil təşkilatlar vasitəsilə ödənilir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
35. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 040 nömrəli müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə müqavilənin 1.2-ci bəndində göstərilmiş damazlıq heyvanında alıcıya satılmasını, alıcı isə həmin damazlıq heyvanların müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürmüşdür. Satıcı 96 baş Holşteyn cinsli damazlıq heyvanları alıcıya satır, alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadə Qaydaları”na müvafiq olaraq, 040 saylı, 5 avqust 2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satış dəyəri 521307,52 manat olan 64 baş Holşteyn cinsli damazlıq heyvan, 32 baş Holşteyn satış dəyərinin minimum 40 faizinin tərəfindən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və "xxxx" ASC-də açılmış bank hesabına köçürülməsinə razılıq verilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən kreditləşməsinə qərar qəbul edilmiş layihələr haqqında məlumata əsasən "xxxx" MMC tərəfindən Cavabdeh2 təchiz edilmiş alış qiyməti 347779,2 manat olan 64 baş damazlıq heyvanın ilkin ödəniş məbləği 147200,06, güzəşt məbləği 200579,34 manat, alış qiyməti 173528,32 manat olan 32 baş damazlıq heyvanın ilkin ödəniş məbləği 73600 manat, güzəşt məbləği 99928,32 manat müəyyən edilmişdir. Aqrar sığortaçı "xxxx" ASC ilə aqrar sığortalı Cavabdeh2 arasında bağlanmış kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən şəhadətnamənin 1 saylı əlavəsində adıçəkilən damazlıq heyvanlar 1 il müddətinə sığortalanmışdır.
36. İddiaçı xx.xx.2025-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində 56 (əlli altı) baş iribuynuzlu heyvanın aşkar edilmədiyini, edilən xəbərdarlıqlara baxmayaraq, 56 (əlli altı) baş heyvanın ölüm və ya məcburi kəsim sənədlərinin Agentliyə təqdim edilmədiyini, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edildiyini və bu güzəşt məbləğinin Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənildiyini, cavabdehin xx.xx.2021-ci il tarixli iltizamla Agentliyin vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürdüyünü, əks halda cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında barədə öhdəlik götürdüyünü, lakin öhdəliklərinə əməl etmədiyini bildirərək, Agentliyə 175295,90 (yüz yetmiş beş min iki yüz doxsan beş manat doxsan qəpik) manat ziyanın vurulduğunu iddia etmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.
37. Məhkəmə maddi hüquq normalarının tələblərini, işin müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən 34433,10 manat (otuz dörd min dörd yüz otuz üç manat on qəpik) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən cavabdehin damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında xx.xx.2021-ci il tarixli iltizamı üzrə üzərinə götürdüyü öhdəlikləri, aparılan yoxlama nəticəsində qeyd olunan heyvanların təsərrüfatda olmamasını və "xxxx" MMC tərəfindən tərtib edilmiş ölmüş (və ya satılmış (məcburi kəsim)) heyvanların qulaq nömrəsi, ölüm (və ya satış) tarixi və ölüm (və ya satış) səbəbi qeyd edilmiş aktları əsas götürmüşdür.
38. Belə ki, öhdəlik haqqında xx.xx.2021-ci il tarixli iltizamın məzmunundan müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı yanında Aqrar Kredit İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən 64 baş Holşteyn cinsli damazlıq heyvan, 32 baş Holşteyn saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür (iltizam xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olmuşdur).
39. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisə predmeti olan damazlıq heyvanlara ümumilikdə 2 dəfə - 2024-cü ilin İ rübündə Hesablama Palatası tərəfindən və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən monitorinq keçirilmişdir. 2024-cü ilin İ rübündə keçirilmiş monitorinq zamanı 40 baş, xx.xx.2025-ci il tarixində keçirilmiş monitorinq nəticəsində isə ümumilikdə 56 baş heyvanın ölüm və məcburi kəsim sənədlərinin olmaması aşkar edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış izahatda da monitorinqin keçirilməsi faktı təsdiq edilmişdir.
40. Əvvəla, məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh tərəfindən iltizama əsasən müvafiq öhdəliklər 3 il müddətinə, yəni xx.xx.2024-cü il tarixinə qədər götürüldüyündən, xx.xx.2024-cü il tarixindən sonra aparılmış monitorinqin nəticəsi və "xxxx" MMC tərəfindən tərtib edilmiş və baytar həkim, daxili nəzarətçi, baytar köməkçisi tərəfindən təsdiq edilmiş ölmüş (və ya satılmış (məcburi kəsim)) heyvanların qulaq nömrəsi, ölüm (və ya satış) tarixi və ölüm (və ya satış) səbəbi qeyd edilmiş aktlar nəzərə alınmamışdır.
41. "xxxx" MMC tərəfindən tərtib edilmiş ölmüş (və ya satılmış (məcburi kəsim)) heyvanların qulaq nömrəsi, ölüm (və ya satış) tarixi və ölüm (və ya satış) səbəbi qeyd edilmiş aktlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilkin monitorinq zamanı aşkarlanmamış 40 baş damazlıq heyvanın 29-u barədə ölüm və ya satış səbəbləri göstərilməklə akt tərtib edilmiş və həmin aktlar baytar həkim, daxili nəzarətçi və baytar köməkçisi tərəfindən təsdiq edilmişdir (iltizamda baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi ilə bağlı öhdəlik qeyd edilmiş, həmin heyvanlarla bağlı isə baytarın rəyinin olduğu nəzərə alınmışdır), 11 baş damazlıq heyvanın ölümü, satışı və ya məcburi kəsimi ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilmədiyindən məhkəmə 11 baş heyvana münasibətdə iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir. Belə ki, iltizamda qeyd edilmişdir ki, yuxarıda sadalanan tələblər pozulduğu təqdirdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlər büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi ilə bağlı ona xəbərdarlıq edilmişdir.
42. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi ziyan aşağıdakı düsturla hesablanmalıdır: 272334,88 manat (müqavilə üzrə ümumi güzəşt məbləği)/87 (güzəşt ayrılan damazlıq heyvanların ümumi sayı)3130,28 manat (1 baş damazlıq heyvan üçün güzəşt məbləği); 3130,28x1134433,10.
43. İddia tələbi yuxarıda qeyd edilən səbəblərə görə qalan hissədə təmin edilməməlidir.
44. Eyni zamanda qeyd olunmalıdır ki, subsidya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq müvafiq orqanların vəzifəsidir və bunun üçün bu yoxlamaların reyestrdə qeydiyyata alınaraq aparılmalı olması nəzərdə tutulmur.
45. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 576,28 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.
46. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 224 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunur.
47. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 193,30 manat (yüz doxsan üç manat otuz qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 34433,10 manat (otuz dörd min dörd yüz otuz üç manat on qəpik), 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 34733,10 manat (otuz dörd min yeddi yüz otuz üç manat on qəpik) məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 193,30 manat (yüz doxsan üç manat otuz qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova