Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8029/2024 23.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, konsiqnasiya müqaviləsi, alqı-satqı, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “əmlak,əmlak olmadığı təqdirdə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 583 manat məbləğində əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmıştexnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh oğlu ilə iddiaçı arasında 03 mart 2020-ci il tarixli, 074-ƏRƏ-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi müqavilənin icra yeri Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi “Delux“Avto Ehtiyat hissələri mağazasıdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən Cavabdeh Cəmiyyət tərəfindən ümumi dəyəri 1140,20 manat dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin yalnız 557,20 manat hissəsini ödəmiş 583 manat qalıq borcun heç bir hissəsini bügünki günə qədər ödəməmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh ümumi olaraq 583 manat dəyərindəki 2 ədəd Kİ>XX AF/Coolant 1L- 22.80 AZN, 2 ədəd Kİ>XX ATF DX-İİİ 1L- 18 AZN, 2 ədəd Kİ>XX ATF DX-İİİ 4L- 66 AZN, 2 ədəd Kİ>XX ATF DX-Vİ 1L- 21 AZN, 2 ədəd Kİ>XX ATF DX-Vİ 4L- 84 AZN, 2 ədəd Kİ>XX ATF MULTİ> 1L- 21 AZN, 2 ədəd Kİ>XX ATF MULTİ> 4L-75 AZN, 2 ədəd Kİ>XX G 10V-40 SL 1L- 13.40 AZN, 2 ədəd Kİ>XX G 10V-40 SL 4L “İ>ron packing”- 48 AZN, 2 ədəd Kİ>XX G1 0V-20 SN PLUS 1L-22.40 AZN. 2 ədəd Kİ>XX G1 OV-20 SN PLUS 4L- 78 AZN. 2 ədəd Kİ>XX G1 10V-40 SN PLUS 1L- 17 AZN, 2 ədəd Kİ>XX G1 10V-40 SN PLUS 4L “İ>ron packing”- 57 AZN, 2 ədəd Kİ>XX G1 5V-30 Dexos1 1l- 19.40 AZN, 2 ədəd Kİ>XX G1 5V-40 SN PLUS 1L- 19 AZN mallarının nə dəyərini ödəmiş, nə də həmin malları müəssisəyə geri qaytarmışdır. Yekun olaraq qeyd etmişlər ki, 03 mart 2020-ci il tarixli, 074-ƏRƏ-GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə toplam olaraq 583 manat dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən “Alıcı” tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüquqları vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, iddaçı müəssisə tərəfindən cavabdeh şəxs Cavabdeh ilə 03 mart 2020-ci ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Borclu şəxsin yerdə qalan siyahısı yuxarıda qeyd edilən olaraq 583 manat dəyərindəki borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində elektron pretenziya məktubu göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1, 425.1, 427.3, 427.5, 441.1, 441.4, 447.1, 448.2, 837.1-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar "xxxx" MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 03 mart 2020-ci il tarixli 074-ƏRƏ-GM/20 nömrəli konsiqnasiya müqaviləsindən görünür ki, Satıcı Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır, Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir. Müqavilənin 2.1.4-cü maddəsinə əsasən Alıcı həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları Satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı Satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişi mal satıldıqdan sonra ilk hesabat zamanı nağd qaydada həyata keçirir. Köçürmə yolu ilə həyata keçirilən Ödənişlər hesabatdan sonra 10 (on) bank günü ərzində həyata keçirilməlidir. xx.xx.2020-ci il tarixli Qiymət Razılaşdırılması və malların təhvil verilməsi haqqında 1 nömrəli aktdan görünür ki, ümumilikdə 1140,20 manat dəyərində müxtəlif adda və miqdarda mallar "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmiş, alıcı aktı imzası ilə "xxxx" MMC isə imzası və möhürü ilə təsdiq etmişdir. 05 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, maliyyə arayışının tərtib edildiyi günə konsiqnasiya müqaviləsi üzrə olan maliyyə dövriyyəsi üzrə borclu tərəfindən 558,20 manat ödəniş həyata keçirilmişdir, maliyyə arayışının tərtib edildiyi günə isə borclunun ümumi olaraq 582 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli **********20 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 837.1-cü maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. 837.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir. 840.2-cü maddəsinə əsasən konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında konsiqnasiya anbarı haqqında müqavilə və alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qiymətlərin razılaşdırılması və malların təhvil aktı) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini və ya həmin dəyərdə olan malların qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən, 583 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də ümumi olaraq 583 manat dəyərində: 2 ədəd Kİ>XX AF/Coolant 1L- 22.80 AZN, 2 ədəd Kİ>XX ATF DX-İİİ 1L- 18 AZN, 2 ədəd Kİ>XX ATF DX-İİİ 4L- 66 AZN, 2 ədəd Kİ>XX ATF DX-Vİ 1L- 21 AZN, 2 ədəd Kİ>XX ATF DX-Vİ 4L- 84 AZN, 2 ədəd Kİ>XX ATF MULTİ> 1L- 21 AZN, 2 ədəd Kİ>XX ATF MULTİ> 4L-75 AZN, 2 ədəd Kİ>XX G 10V-40 SL 1L- 13.40 AZN, 2 ədəd Kİ>XX G 10V-40 SL 4L “İ>ron packing”- 48 AZN, 2 ədəd Kİ>XX G1 0V-20 SN PLUS 1L-22.40 AZN. 2 ədəd Kİ>XX G1 OV-20 SN PLUS 4L- 78 AZN. 2 ədəd Kİ>XX G1 10V-40 SN PLUS 1L- 17 AZN, 2 ədəd Kİ>XX G1 10V-40 SN PLUS 4L “İ>ron packing”- 57 AZN, 2 ədəd Kİ>XX G1 5V-30 Dexos1 1l- 19.40 AZN, 2 ədəd Kİ>XX G1 5V- 40 SN PLUS 1L- 19 AZN - malların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh 03 mart 2020-ci il tarixli, 074-ƏRƏ-GM/20 saylı konsiqnasiya müqaviləsinə əsasən satılmış 583 (beş yüz səksən üç) manat dəyərində - 2 ədəd Kİ>XX AF/Coolant 1L- 22,80 manat, 2 ədəd Kİ>XX ATF DX-İİİ 1L- 18 manat, 2 ədəd Kİ>XX ATF DX-İİİ 4L- 66 manat, 2 ədəd Kİ>XX ATF DX-Vİ 1L- 21 manat, 2 ədəd Kİ>XX ATF DX-Vİ 4L- 84 manat, 2 ədəd Kİ>XX ATF MULTİ> 1L 21 manat, 2 ədəd Kİ>XX ATF MULTİ> 4L-75 manat, 2 ədəd Kİ>XX G 10V-40 SL 1L- 13.40 manat, 2 ədəd Kİ>XX G 10V-40 SL 4L “İ>ron packing”- 48 manat, 2 ədəd Kİ>XX G1 0V-20 SN PLUS 1L22.40 manat, 2 ədəd Kİ>XX G1 OV-20 SN PLUS 4L- 78 manat, 2 ədəd Kİ>XX G1 10V-40 SN PLUS 1L- 17 manat, 2 ədəd Kİ>XX G1 10V-40 SN PLUS 4L “İ>ron packing”- 57 manat, 2 ədəd Kİ>XX G1 5V-30 Dexos1 1l- 19.40 manat, 2 ədəd Kİ>XX G1 5V-40 SN PLUS 1L- 19 manat məbləğində - malların dəyəri və 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8029/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8029/2024
23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver