Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-808/2021 03.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmdəli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyəti olmaqla) «zaminlik müqaviləsi üzrə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X7 («Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ) Cavabdehnə (Cavabdeh MMC) qarşı «zaminlik müqaviləsi üzrə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zaminlik müqaviləsi üzrə ödənilmiş ******* ABŞ dolları məbləğində pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 may 2015-ci il tarixində 03 saylı kredit müqaviləsi ilə “xxxx” ASC-nin “Rabitə” Filialı tərəfindən Cavabdeh MMC-yə illik 10 faiz olmaqla 12 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi “xxxx” ASC-nin “Rabitə” Filialı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında 01.05.2015-ci il tarixli, 07 saylı zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 iyul 2016-cı il tarixə kredit borcu cəmi 3218771,21 ABŞ dolları, bundan 2895828,88 ABŞ dolları əsas borc, 322942,33 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit borcunu tam ödəməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bütün kreditin məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bununla bağlı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan X1rşı məhkəmədə iddia qaldıraraq, 2895828,88 ABŞ dolları (iki milyon səkkiz yüz doxsan beş min səkkiz yüz iyirmi səkkiz ABŞ dolları 88 sent) əsas borc, 322942,33 ABŞ dolları (üç yüz iyirmi iki min doqquz yüz qırx iki ABŞ dolları 33 sent) faiz borcu olmaqla, cəmi 3218771,21 ABŞ dolları (üç milyon iki yüz on səkkiz min yeddi yüz yetmiş bir ABŞ dolları 21 sent) məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-8/19 saylı 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Rabitə fililalı ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01.05.2015-ci il tarixli 03 saylı əlavə razılaşmaya əsasən 1733037,88 ABŞ dolları əsas, kredit müqaviləsinin müddətinin başa çatdığı tarixə 55565,94 ABŞ dolları faiz borcu, bu tarixdən sonra illik hesablanmış 424442,39 ABŞ dolları əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, “xxxx” ASC-nin “Rabitə” Filialı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında bağlanan 01.05.2015-ci il tarixli, 07 saylı zaminlik müqaviləsi yuxarıda göstərilən kreditin təminatı olduğundan məhkəmə baxışı dövründə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-8/19 saylı 19 iyul 2019-cu il tarixli qətnaməsinin icrası Agentlik tərəfindən təmin edilmişdir. Cavabdehə zərərin ödənilməsi barədə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı rəsmi məktubla müraciət olunsa da, bu günədək heç bir nəticə əldə edilməmiş və cavabdeh öhdəliyini yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Cavabdehin təqdim etdiyi iddiaya etiraz ərizəsində qeyd olunur ki, hazırkı iddia qanunsuz və əsasızdır, rədd olunması barədə qətnamə qəbul edilməlidir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh “ Cavabdeh” MMC ilə “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin olmuş və həmin kredit müqaviləsi üzrə guya 5.330.000 ABŞ dolları məbləğində borcu “ Cavabdeh” MMC-nin əvəzinə ödəmişdir və hazırda həmin ödənişi tələb edir. Məhkəmənin nəzərinə çatdırır ki, “xxxx” ASC ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditor Cavabdeh MMC-yə 4.000.000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı həmin kredit müqaviləsinin təminatçısı kimi zaminlik müqaviləsi əsasında zamin olmuşdur. Kreditor “xxxx” ASC-nin iddia tələbi üzrə borclu “ Cavabdeh” MMC-yə və zamin “Azərbaycan Avtomobili Yolları Dövlət Agentliyi”nə qarşı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin icraatında iş olmuşdur və məhkəmənin 2-2(82)- 8/2019 saylı qətnaməsi ilə Cavabdeh MMC və zamin “Azərbaycan Avtomobili Yolları Dövlət Agentliyi”ndən 2895828,88 ABŞ dolları məbləğində borcun müştərək qaydada tutulub “xxxx” ASC-yə ödənilməsi qət olunmuşdur. Bundan sonra qətnamədən narazı qalan cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya baxışı vaxtı cavabdeh-zamin borclu “ Cavabdeh” MMC-yə məlumat vermədən könüllü olaraq ödəniş etmişdir. Belə ki, iddiaçının bank hesabı həmin kredit verən bankda olmuş və “Azərbaycan Avtomobili Yolları Dövlət Agentliyi”nin digər borclarını onun şəxsi təşəbbüsü ilə tutmuşdur. Zamin “Azərbaycan Avtomobili Yolları Dövlət Agentliyi” kreditorun tələbini ödəyənədək bu barədə cavabdeh “ Cavabdeh” MMC-ni xəbərdar etməlidir. Lakin iddiaçı ilə bank arasında bizim məlumatımız olmadan bank əməliyatı aparılmış, apellyasiya baxışı yekunlaşmadan bank məhkəməyə ərizə ilə müraciət edərək iddiasını geri götürmüşdür. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 nümayəndəsi İddiaçı1 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə verərək, iddiaçı zaminlik müqaviləsi üzrə ödənilmiş 5340009,87 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentli”yinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki:: - “xxxx” ASC-nin “Rabitə” Filialı ilə Cavabdeh MMC arasında Maksimal borclanma limitinin ayrılması barədə 13 mart 2015-ci il tarixli 01 saylı müqaviləyə 01 may 2015-ci il tarixli 03 saylı Razılaşma bağlanmışdır. Razılaşmaya əsasən cəmiyyətə illik 10 faiz olmaqla 12 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. - borcverən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə zamin «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X7 arasında bağlanmış və borcalan Cavabdeh tərəfindən də imzalanmış 01.05.2015-ci il tarixli, 07 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X3rşısında kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. - “xxxx” ASC-nin 18 mart 2020-ci il tarixli Arayışında qeyd olunmuşdur ki, borcalan, yəni “xxxx” MMC-nin 18.03.2020-ci il tarixə borcverənə, yəni “xxxx” ASC-yə borcu yoxdur. - “xxxx” ASC tərəfindən «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ-nə ünvanlanmış 24 may 2021-ci il tarixli 06-01/2190 saylı məktubda qeyd olunmuşdur ki, “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə ayrılmış kreditin zamini qismində çıxış edən «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ tərəfindən əsas borc üzrə 28.11.2018-ci il tarixində ******* ABŞ dolları, 10.03.2020-ci il tarixində 1733037,88 ABŞ dolları, faiz borcu üzrə isə 212221,22 ABŞ dolları olmaqla, ümumilikdə 3108050,1 ABŞ dolları məbləğində ödənişlər həyata keçirilmişdir. - iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ 10.07.2020-ci il tarixli 3/09-4656 nömrəli pretenziya məktubu ilə “xxxx” MMC-yə müraciət edərək, “xxxx” ASC-nin Rabitə filialı ilə «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ-nin arasında 01.05.2015-ci il tarixli, 07 saylı Zaminlik müqaviləsi təşkil etdiyi üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-8/19 saylı 19 iyul 2019-cu il tarixli qətnaməsinin icrası «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ tərəfindən təmin edildiyi və bu səbəbdən AR Müki Məcəlləsinin 475.1-ci maddəsinə əsaslanaraq «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ-yə zərərin əvəzinin ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, izahatları dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, kredit alan Cavabdeh kredit verən “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyini icra etmiş zamin «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» PHŞ-yə kreditorun həmin öhdəlik üzrə hüquqları tələbini ödədiyi həcmdə keçdiyindən, o, kredit alan Cavabdehndən kreditora ödədiyi məbləği tələb etməkdə haqlıdır və iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 kreditor “xxxx” ASC-yə ödəmiş olduğu 28.11.2018-ci il tarixində ******* ABŞ dolları, 10.03.2020-ci il tarixində 1733037,88 ABŞ dolları, faiz borcu üzrə isə 212221,22 ABŞ dolları olmaqla, ümumilikdə 3108050,1 ABŞ dolları*1,70=5283685,17 manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X5 ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdehndən 5283685,17 (beş milyon iki yüz səksən üç min altı yüz səksən beş manat on yeddi qəpik) manat məbləğində pul iddiaçı «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin edilməmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verilərkən iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia verilərkən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5283685,17 (beş milyon iki yüz səksən üç min altı yüz səksən beş manat on yeddi qəpik) manat məbləğində pul iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4 xeyrinə tutulsun. İdia qalan hissədə təmin olunmasın. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qay dada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-808/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-808/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver