Məhkəmə qərarları › İş №e-2-2(113)-8085/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8085/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8085/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, konsiqnasiya müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 noyabr 2019-cu il tarixli, 0228-QYA-GM/19 saylı konsiqnasiya müqaviləsinə əsasən yaranmış 1050 manat qalıq borcunun və 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmıştexnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh Ağahəsən oğlu ilə iddiaçı arasında 18 noyabr 2019-cu il tarixli, 0228-QYA- GM/19 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi müqavilənin icra yeri Bakı şəhəri, Hüseyn Seyidzadə küçəsi, 2-ci Mikrorayon “SS” X1. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən Cavabdeh Ağahəsən oğluna Cəmiyyət tərəfindən ümumi dəyəri 1057.40 AZN dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxsin bugünki günə 1050 Azn qalıq borcu mövcuddur. Qeyd olunan şəxs ümumi olaraq 1050 AZN dəyərindəki 1 ədəd KİBXX AF/Coolant 1L - 7.65 azn, 1 ədəd KİBXX AF/Coolant 3L- 21.25 azn, 2 ədəd KİBXX ATF DX-Vİ 1L- 21 azn, 2 ədəd KİBXX ATF DX-Vİ 4L- 84 azn, 2 ədəd KİBXX ATF MULTİB 1L- 21 azn, KİBXX CVTF 4L- 96 azn, 2 ədəd KİBXX Engine Clean 1L- 13.60 azn, 2 ədəd KİBXX Engine Clean 4L- 51 azn, 2 ədəd KİBXX G 10W-40 SL-1L, 13.50 azn, 2 ədəd KİBXX G 10W-40 SL 4L “Plastic Packing”- 48 azn, 2 ədəd KİBXX G1 10W-40 SN/CF 1L17 azn, 2 ədəd KİBXX G1 10W-40 SN PLUS 3L- 21.75 azn, 2 ədəd KİBXX G1 10W-40 SN PLUS 4L “İron Packing”- 57 azn, 2 ədəd KİBXX G1 5W-20 SN 1L- 18 azn, 2 ədəd KİBXX G1 5W-20 SN PLUS 4L- 63 azn, 2 ədəd KİBXX G1 5W-30 Dexos1 1L- 19.50 azn, 2 ədəd KİBXX G1 5W-30 Dexos1 4L- 72 azn, 2 ədəd KİBXX G1 5W-30 SN PLUS 1 L- 19.50 azn, 2 ədəd KİBXX G1 5W-30 SN PLUS 4L “İBron Packing” – 72 azn, 2 ədəd KİBXX G1 5W-40 SN PLUS 1L19 azn, 2 ədəd KİBXX G1 5W-40 SN PLUS 3L- 27 azn, 2 ədəd KİBXX G1 5W-40 SN PLUS 4L- 72 azn, 2 ədəd KİBXX G1 5W-50 SN PLUS 1L- 21 azn, 2 ədəd KİBXX G1 5W-50 SN PLUS 4L- 75 azn, 2 ədəd KİBXX MULTİB ATF 4L – 75 azn, 2 ədəd KİBXX Power Steering- 24 azn mallarının nə dəyərini ödəmiş, nə də həmin malları müəssisəyə geri qaytarmışdır. Yekun olaraq qeyd edir ki, 18 noyabr 2019-cu il tarixli, 0228-QYA-GM/19 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə toplam 1050 AZN dəyərində borcu mövcuddur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1, 425.1, 427.3, 427.5, 441.1, 441.4, 447.1, 448.2, 600.4, 606.1-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar "xxxx" MMC (Satıcı) ilə Cavabdeh Ağahəsən oğlu (Alıcı) arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 0228-QYA-GM/19 nömrəli konsiqnasiya müqaviləsindən görünür ki, Satıcı Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır, Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir. Müqavilənin 2.1.4-cü maddəsinə əsasən Alıcı həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları Satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı Satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişi mal satıldıqdan sonra ilk hesabat zamanı nağd qaydada həyata keçirir. Köçürmə yolu ilə həyata keçirilən Ödənişlər hesabatdan sonra 10 (on) bank günü ərzində həyata keçirilməlidir. xx.xx.2019-cu il tarixli Qiymət Razılaşdırılması və malların təhvil verilməsi haqqında 1 nömrəli aktdan görünür ki, ümumilikdə 1057,40 manat dəyərində müxtəlif adda və miqdarda mallar "xxxx" MMC tərəfindən Cavabdeh Ağahəsən oğluna təhvil verilmiş, alıcı aktı imzası ilə "xxxx" MMC isə imzası və möhürü ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli **********19 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 837.1-cü maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. 837.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir. 840.2-cü maddəsinə əsasən konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında konsiqnasiya anbarı haqqında müqavilə və alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qiymətlərin razılaşdırılması və malların təhvil aktı) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini və ya həmin dəyərdə olan malların qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən, 1050 manat pulu ödəmədiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 1050 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh 18 noyabr 2019-cu il tarixli, 0228-QYA-GM/19 saylı konsiqnasiya müqaviləsinə əsasən 1050 (bir min əlli) manat əsas borc, habelə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar