Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-810/2021 10.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (ASC) və Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ASC və Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə cari hesab müqavilələri üzrə yaranmış 9165 manat, 6,91 ABŞ dolları, 16 Avro, 16 GBP məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1375 manat, 1 ABŞ dolları, 2,4 AVRO, 2,4 GBP məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 650 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbəğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında xx.xx.2015-ci il tarixli **********40008136 N-li, xx.xx.2015-ci il tarixli **********40008137 N-li, xx.xx.2015-ci il tarixli **********40008138 N-li, xx.xx.2015-ci il tarixli **********40008139 N-li, xx.xx.2015-ci il tarixli **********40008135 N-li bank hesabı müqavilələri imzalanmışdır. Həmin müqavilələrə əsasən iddiaçının cavabdeh bankda olan cari hesablarında bank ləğv olunana qədər 13336,96 manat, 6,91 ABŞ dolları, 16 AVRO, 16 GBP məbləğində pul vəsaitləri mövcud olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin müflis elan edilməsi, barəsində iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması fondunun ləğvedici təyin edilməsi qərara alınmışdır. İddiaçı banka qarşı olan tələbləri qeydə alınmış və bu barədə iddiaçıya xx.xx.2018-ci il tarixli qəbz təqdim edilmişdir. xx.xx.2020-ci il tarixində iddiaçıya 4705 manat məbləğində ödəniş olunmuşdur. Lakin qalıq məbləğ hal-hazıra qədər iddiaçıya ödənilməmişdir. 4705 manat məbləğində pul ödənilərkən ümumi məbləğin yəni 13336,96 manat məbləğində pulun illik 2% dərəcəsi hesablanaraq ödənilmişdir. Ona görə də cavabdehin manat hesabı üzrə iddiaçıya qalıq borcu 9165 manat təşkil edir Cavabdehə qalıq borcun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edilsə də müraciət cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. İddiaçı müəssisənin maliyyə vəziyyəti ağır olduğu üçün cavabdehin qalıq borcunun ödənilməməsi müəssisənin maliyyə vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. İddiaçının tələbi qeydə alınsa da artıq 3 ilə yaxın müddətdir ki, iddiaçıya olan borc ödənilməmişdir.Borcun ödənilməsinin gecikdirilməsi iddiaçının hüquqlarının daha çox pozulmasına əsas yaradır. Ona görə də cavabdehdən cari hesab müqaviləsi üzrə yaranmış borc tutularaq iddiaçıya ödənilməlidir. Tələbin məzmunundan görünür ki, İddiaçı MMC-nin hesabı “Cavabdeh1 ASC ASCdə olmuşdur, pul vəsaiti həmin hesaba köçürülmüşdür və hazırkı tələb də faktiki olaraq Cavabdeh1 ASC ASC-yə qarşı yönəlmişdir. Lakin Cavabdeh1 ASC ləğvetmə prosesində olduğuna görə qanunvericilik həmin hüquqi şəxsə qarşı iddia qaldırılmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Buna görə də hesab edirəm ki, bank müflis elan edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-810/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-810/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver