Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8106/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 27 noyabr 20-cu il tarixli, 0250-CNE-GM/19 saylı Konsiqnasiya müqaviləsinə əsasən yaranmış 855,00 (səkkiz yüz əlli beş) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə:"xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətləri ilə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh oğlu (bundan sonra “Alıcı”) ilə aralarında 27 noyabr 20-cu il tarixli, 0250-CNE-GM/19 saylı konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi, müqavilənin icra yeri Bakı şəhər, Sabunçu rayon, Ramana qəsəbəsi, Mərkəzi küç, “X1”dir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə alıcıya satmağı və alıcı isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən Cavabdeh oğluna cəmiyyət tərəfindən ümumi dəyəri 1101,45 (bir min bir yüz bir manat qırx beş qəpik) manat dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən alıcı həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin yalnız 246,45 (iki yüz qırx altı manat qırx beş qəpik) manatlıq hissəsini ödəmiş, lakin ümumi olaraq 855,00 (səkkiz yüz əlli beş) manat dəyərindəki: 2 ədəd KİXX ATF DX-Vİ 4L- 84 AZN, 2 ədəd KİXX ATF DX-Vİ 1L- 21 AZN, KİXX ATF MULTİ 1L- 21 AZN, 2 ədəd KİXX G 10V-40 SL 4L “İron Packing” – 48 AZN, 2 ədəd KİXX G 10W-40 SL 1L- 13,50 AZN, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 1L- 17 AZN, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4L “İron Packing” – 57 AZN, 2 ədəd KİXX G1 5W-30 Dexos1 1L- 19,50 AZN, 2 ədəd KİXX G1 5W-30 Dexos1 4L- 72 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1L- 19 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 4L- 72 AZN, 2 ədəd KİXX G1 A3/B4 5W-30 4L- 78 AZN, 2 ədəd KİXX Engine Clean 4L- 51 AZN, 2 ədəd KİXX G1 0W-20 SN PLUS 4L- 78 AZN, 2 ədəd KİXX G1 0W-20 SN PLUS 1L- 22,50 AZN, 2 ədəd KİXX G1 0W-20 SN PLUS 1L- 22,50 AZN, 2 ədəd KİXX G1 5W-20 SN 1L – 18 AZN, 2 ədəd KİXX 0W-30 SN PLUS 4L- 78 AZN, 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4L- 63 AZN mallarının nə dəyərini ödəmiş, nə də həmin malları müəssisəyə geri qaytarmışdır. Yekun olaraq qeyd edilib ki, 27 noyabr 20-cu il tarixli, 0250-CNE-GM/19 saylı konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə ümumilikdə 855,00 (səkkiz yüz əlli beş) manat borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən alıcı tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə iddiaçının rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Həmin maddəyə və Mülki Məcəlləyə əsaslanaraq, müəssisə tərəfindən cavabdeh şəxs Cavabdeh ilə 27 noyabr 20cu ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Borclu şəxsin siyahısı yuxarıda qeyd edilən mallar üzrə 855,00 (səkkiz yüz əlli beş) manat borcunun ödənilməsi tələbi ilə bağlı xx.xx.2024-cü il tarixində elektron pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh borcunu ödəmədiyinə görə 855 manat əsas borcun Cavabdeh alınaraq cəmiyyətin bank hesabına köçürülməsinin təmin edilməsinə zərurət yaranmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1, 425.1, 427.3, 427.5, 441.1, 441.4, 447.1, 448.2, 600.4, 606.1-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 27 noyabr 20cu il tarixli, 0250-CNE-GM/19 nömrəli konsiqnasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları alıcıya satır. Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir. Həmin müqavilənin 2.1.4 maddəsinə əsasən alıcı həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən alıcı satıcının təqdim etdiyi malların dəyərini hamin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı ödənişi mal satıldıqdan sonra ilk hesabat zamanı nağd qaydada həyata keçirir. Köçürmə yolu ilə həyata keçirilən ödənişlər hesabatdan sonra 10 (on) bank günü ərzində həyata keçirilməlidir. Həmin müqavilənin 4.1ci maddəsinə əsasən alıcı müqavilə üzrə ödənişlərin icrasını gecikdirdikdə, gecikdirilmiş hər gün üçün gecikmiş məbləğin 0,1% miqdarında satıcıya cərimə ödəyir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən cərimənin ödənilməsi alıcını əsas borcun ödənilməsindən azad etmir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə ilə bağlı yarana biləcək bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcək. Əgər tərəflər razılığa gəlməzsə, məsələ baxılması üçün məhkəməyə təqdim ediləcək.
6. 27 noyabr 20-cu tarixli 0250-CNE-GM/19 nömrəli alqı-satqı müqaviləsinə dair 1 saylı əlavəyə uyğun olaraq xx.xx.20-cu il tarixli qiymətlərin razılaşdırıması və malların təhvil verilməsi haqqında 1 nömrəli akta əsasən adıçəkilən mallar satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. 837.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
10. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 27 noyabr 20cu il tarixli konsiqnasiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, malların təhvil verilməsi haqqında 1 nömrəli aktdan görünür ki, 1101,45 manat dəyərində mallar verilmiş, bir qisminin dəyəri ödənilsə də, 855 manat ödənilməmiş qalmışdır.
11. İddia tələbininin bir hissəsini Cavabdeh 855,00 (səkkiz yüz əlli beş) manat ödənilməmiş borc məbləğinin tutulması təşkil edir.
12. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 855,00 (səkkiz yüz əlli beş) manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır.
13. Eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə cavabdehdən tutulması xahiş edilmişdir.
14. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 855 (səkkiz yüz əlli beş) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, 885 (səkkiz yüz səksən beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova