Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8243/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı və xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqavilələrinə xitam verilməsi, xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı xidmət müqaviləsi üzrə 9.000 manat xidmət haqqının, xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsi üzrə 3.500 manat xidmət haqqının, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat, 127,5 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC ilə arasında 1. xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı və 2. xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqavilələri bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı müqavilənin 2-ci bəndinə əsasən İcraçı (İddiaçı MMC) Sifarişçiyə ("xxxx" ASC) razılaşmaya əsasən aşağıdakı xidmətləri göstərir: ölkə daxilində Sifarişçiyə mühasibat uçotu xidməti, mühasibat uçotu ilə bağlı qanunvericiliyə dair məsləhətlər, Vergi, DSMF, statistika İdarələri ilə bağlı hesabatların təqdim olunması. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərə görə Sifarişçi hər ay 1500 (bir min beş yüz) manat həcmində İcraçıya xidmət haqqı ödəməlidir. Xidmət haqqı hər ayın ilk ongünlüyündə ödənilməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə birdəfəlik xidmət haqqı 7000,00 (yeddi min) manat məbləğində müəyyən edilir və göstərilmiş xidmətin dəyərinin 50 faizi təqdim olunan elektron qaimə-fakturaya əsasən 5 iş günü ərzində ödənilir, qalan 50 faizi isə təhvil-təslim aktı imzalandıqdan sonra köçürmə yolu ilə “Sifarişçi” tərəfindən “İcraçı”ya ödənilir. Qeyd olunan müqavilələr üzrə iddiçı tərəfindən elektron qaimə-fakturalar cavabdehə təqdim edilmişdir. Lakin müqavilənin bağlanmasından ötən müddət ərzində cavabdeh tərəfindən müqavilə şərtləri və öhdəlikləri mütəmadi olaraq pozulmuş, xidmət haqları ödənişində demək olar ki, hər ay müxtəlif bəhanələrlə süniəngəllər yaradılmış, bəziaylar üzrə xidmət haqları hər dəfə qismən aydanaya borc saxlanılaraq hissə-hissə ödənilmişdir. Belə ki, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq modulu vasitəsi ilə məktublar göndərilərək mövcud müqavilələr üzrə xidmət haqqının vaxtında ödənilməsi bildirilmişdir. Lakin hal-hazıradək cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Cavabdehin tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı xidmət müqaviləsi üzrə 2025-ci ilin mart ayından 2025-ci ilin sentyabr ayına kimi hər ay 1500 (bir min beş yüz) manat olmaqla, 9000 (doqquz min) manat, xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsi üzrə isə 3.500 (üç min beş yüz) manat xidmət haqqı borcu qalmışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq modulu vasitəsi ilə cavabdehə pretenziya göndərilərək öhdəliklərini davamlı olaraq yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı və xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqavilələri xx.xx.2025-ci il tarixdən ləğv edilməklə, müqavilələr üzrə tərəflər arasında yaranmış bütün hüquq münasibətlərinə birtərəfli qaydada xitam verildiyini bəyan edilmiş və xahiş edilmişdir ki, bildiriş-xəbərdarlıq məktubunu aldıqdan sonra qısa müddət ərzində (7 gün ərzində) 12.500 (on ikimin beş yüz) manat məbləğində olan borcun ödənilməsi təmin edilsin. Cavabdeh məktuba cavab olaraq bildirmişdir ki, aralarında bağlanmış müqaviləyə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Hazırda xidmət göstərilmədiyindən mühasibat sənədlərinin geri qaytarılmasını istəmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir..
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. Məhkəmə qeyd edir ki, iddia şərti olaraq iki hissədən ibarətdir, xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı müqaviləyə xitam verilməsi və qeyd edilmiş müqavilə üzrə 9.000 pulun tutulması (1), xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsinə xitam verilməsi və qeyd edilmiş müqavilə üzrə 3.500 manat pulun tələb edilməsi (2).
11. İş materiallarından görünür ki, İddiaçı (icraçı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı müqavilə bağlanmışdır.
12. xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə bağlı sifarişçi tərəfindən tələb olunan və bu müqavilədə göstərilən mühasibat uçotu xidmətlərinin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin aylıq haqqın ödəməyi öz öhdəsinə götürür
13. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərə görə sifarişçi hər ay 1.500 manat həcmində xidmət haqqı ödəməlidir. Xidmət haqqı hər ayın ilk ongünlüyündə ödənilməlidir.
14. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə mühasibat uçotu xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
16. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
17. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
18. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli müqavilə üzrə xidmətlərin göstərilməsinə dair MT2509 seriyalı 10152588 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10154229 nömrəli xx.xx.2025ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10154740 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10155190 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2509 seriyalı 10155430 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat, MT2506 seriyalı 10620153 nömrəli xx.xx.2025-ci il tarixli dəyəri 1.500 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
20. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 9.000 manat təşkil edir.
21. Hazırda da, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 9.000 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
22. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə etiraz göndərərək, xx.xx.2024cü il tarixli müqavilə üzrə iddiaçı ilə xidmət haqqının 500 manat məbləğində dəyişdirdiklərini, xx.xx.2024-cü il tarixli müqavilə 6.250 manat məbləğində borcu olduğunu bildirmiş, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən xidmətlərin göstərildiyini qəbul etmişdir.
24. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xidmət haqqının 500 manat məbləğində olması ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
25. Ona görə də, Məhkəmə hesab edir ki, iddia xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcun tələb edilməsi hissəsində əsaslıdır 9.000 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.
26. Həmçinin də, xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilmiş hesab edilməlidir.
27. İş materiallarından həmçinin görünür ki, İddiaçı (icraçı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsi bağlanmışdır.
28. xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi inventarizasiya və uçot məlumatları arasında müəyyən edilmiş fərqin aradan qaldırılması məqsədi ilə inventarizasiyanın nəticələrini xronoloji ardıcıllıqla sistemləşdirərək mühasibat uçotunda, statistika, vergi və digər tələb olunan hesabatlarda əks etdirilməsini icraçıya tapşırır, icraçı isə həmin məsələlərin icra edilməsini öz üzərinə götürür.
29. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə birdəfəlik xidmət haqqı 7000 manat məbləğində müəyyən edilir və göstərilmiş xidmət dəyərinin 50 faizi təqdim olunan elektron qaimə-fakturaya əsasən 5 iş günü ərzində ödənilir, qalan 50 faizi isə təhvil-təslim aktı imzlandıqdan sonra köçürmə yolu ilə sifarişçi tərəfindən icraçıya ödənilir.
30. xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçı tərəf 3.500 manat məbləğində borcun tutulmasını xahiş edir.
31. Cavabdeh tərəf də, məhkəməyə etirazında xx.xx.2024-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən xidmətlərin göstərilmədiyini bildirmiş, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
32. Qeyd edilən hissədə də, digər müqavilədə olduğu kimi, xidmətin göstərilibgöstərilməməsi halı aydınlaşdırılmalıdır.
33. İddiaçı tərəf ancaq cavabdehə göndərmiş olduğu xx.xx.2025-ci il tarixli MT2508 12367788 saylı dəyəri 3500 manat olan elektron qaiməyə istinad edir.
34. Ancaq Məhkəmə bu xüsusda qeyd edir ki, yalnız elektron qaimə xidmətin göstərilməsini təsdiq edən sübut kimi hazırkı halda qəbul edilə bilməz.
35. Belə ki, qeyd edilən müqavilə üzrə iddiaçı tərəfindən hansı işlərin görülməsi ilə bağlı sübut təqdim edilməsi təklif edilsə də, bu barədə hər hansı bir sübut təqdim edə bilməmişdir.
36. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi hissəsində iddia təmin edilə bilməz.
37. Bundan başqa Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
38. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsinə dair xərcin əvəzi olaraq 500 manat məbləğində pul da "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.
39. Belə ki, iş materiallarından görünür ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli order verilmiş, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 500 manat məbləğində pul “Finsmart" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Femida” Vəkil Bürosunun hesabına ödənilmişdir.
40. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 110 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
41. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı və xx.xx.2024-cü il tarixli FS01İNV/2024 saylı xidmət müqavilələri ləğv edilmiş hesab edilsin. xx.xx.2024-cü il tarixli 002FS/2024 saylı müqaviləyə əsasən 9.000 (doqquz min) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov