Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-826/2025 31.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə may ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 2548,8 manat (iki min beş yüz qırx səkkiz manat səksən qəpik) əsas borcun, məhkəmə xərcləri ilə əlaqədar hüquqi xidmət üçün ödənilmiş 753 (yeddi yüz əlli üç) manat xidmət haqqının və ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidməti müqaviləyə əsasən İddiaçı MMC mini Manitou CD25P markalı yükləyici vasitəsi ilə yükləyici və yük avtomobilləri vasitəsi ilə yük daşıma xidmətlərini həyata keçirmişdir. Həyata keçirilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 2548,8 manat (iki min beş yüz qırx səkkiz manat səksən qəpik) təşkil etmişdir. Müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun şəkildə İddiaçı MMC üzərinə düşən öhdəlikləri icra edərək xidmətləri təhvil verməsinə baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etməmiş və pulun ödənilməsini təmin etməmişdir. Müxtəlif vasitələrlə əlaqə saxlanılıb borcun ödənilməsinin tələb edilməsinə, daha əvvəl rəsmi qaydada məktublar göndərilməsinə və Cavabdeh MMC tərəfindən borcun ödənilməsinə dair vəd edilməsinə baxmayaraq, pulun ödənilməsi təmin edilməmişdir. Qeyd edilməsi zəruridir ki, Cavabdeh MMC-nin yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış borcu İddiaçı MMC-yə ödəməməsi İddiaçı MMC-nin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir. İddiaçı MMC tərəfindən ilk öncə xx.xx.2024-cü il tarixdə cavabdehin elektron karguzarlıq üzrə yaradılmış elektron kabinetinə eyni pretenziya məktubu göndərilmiş və 3 gün müddətində ödəniş edilməsi və münasibətin bildirilməsi tələb edilmişdir. Lakin cavabdeh bu məktuba da heç bir münasibət bildirməmiş və ödənişin edilməsini təmin etməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 442.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən tərəflər arasında 22 dekabr 2023-cü il tarixli xidmət müqaviləsi üzrə həyata keçirilən xidmətlərin dəyəri olaraq ƏDV daxil 2548 manat əsas borc, hüquqi xidmət üçün ödənilən 753 manat xidmət haqqı və ödənilmiş 54 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədə iştirak etmələrinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasın işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ilk öncə müəssisə rəhbərləri danışıqlar aparırdı. Qarşı tərəf borcu ödəyəcəyini bildirmişdir, lakin ödəniş edilməmişdir. Bundan sonra cəmiyyət tərəfindən hüquqi addımlar atılmağa başlanıldı və 4 ay sonra qaimələr göndərildi. Qaimələrin gec göndərilməsinin səbəbi bundan ibarətdir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi müqaviləyə əsasən icarçı tərəfindən görülən işləri qəbul edib haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən göstərilən xidmətlərinin qiymətləri, şərtləri müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda tərəflər arasında razılaşdırılacaq. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən qiymətlərin razılaşdırılması protokolu müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə işlərin haqqını icraçının təqdim etdiyi sənədlər (qiymətlərin razılaşdırılması protokolu, hesab-faktura, işlərin tam görülməsin haqqında qaimə, təhvil-təslim aktı) əsasında icraçının hesablaşma hesabına köçürmə yolu ilə 5 (beş) iş günündən gec olmamaq şərti ilə aparılacaqdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icraçı müqavilə əsasında gördüyü işlərin keyfiyyətinə cavabdehdir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən sifarişçi texniki avadanlıqların xidmətə qəbulu üçün sifarişi vaxtında icraçıya təqdim edir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən siafrişçi iş tam görüldükdən sonra, görülən işlərin nəticələrinin qəbulu haqqında müvafiq sənədləri hazırlayır. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən tərəflərin təhvil-təslim aktı və s. sənədlərinin imzalanmasında iştirak edən səlahiyyətli nümayəndələrinin imzası, adı, soyadı, vəzifəsi həmin sənədlərdə tam aydın yazılmalıdır. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən tərəflər müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədikdə və ya lazimı qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla məsuliyyət daşıyır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilə Azərbaycan Respublikasının qanunlarına əsasən təfsir və tənzim edilir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqaviləyə edilən əlavə və dəyişikliklər ancaq yazılı şəkildə tərtib edildikdə və onları hər iki tərəf imzaladıqdan sonra etibarlıdır. Həmin müqaviləni 6.2-ci maddəsinə əsasən tərəflərdən heç biri müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə verə bilməz. Həmin müqavilənin 6.4-cü maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Müqavilədə göstərilən müddətin bitməsindən 1 ay əvvəl tərəflərdən heç biri müqaviləyə yazılı şəkildə xitam verilməsini tələb etməzsə, müqavilə hər dəfə eyni müddətə uzadılmış hesab olunur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş xidmətlərin göstərilməsi qiyməti barədə razılığa gəlmişlər. Protokola əsasən İddiaçı MMC tərəfindən ƏDV daxil ümumi dəyəri 2548,8 manat olan xidmət göstərilməlidir. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödəniləcək məbləğ ƏDV daxil 2548,8 manat təşkil edir.
11. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 822368 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2548,8 manat (ƏDV daxil) təşkil edir. Qaimə daşıma və yükləyici xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli müqavilə qeyd edilmişdir.
12. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin Qiymət razılaşma protokolu üzrə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 2548,8 manat (ƏDV daxil) olan xidmət təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 003 nömrəli pretenziya məktubunun məzmunundan görünür ki, mövcud borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, belə olan halda sadəcə borc məbləğini deyil, həm də məhkəmə xərclərini ödəməli olduqları bildirilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
16. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsidən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən müqaviləyə əsasən icarçı iddiaçı tərəfindən görülən işləri qəbul edib haqqını ödəməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
17. İddia tələbinin bir hissəsini cavabdehdən 22 dekabr 2023-cü il tarixli xidmət müqaviləsi üzrə həyata keçirilən xidmətlərin dəyəri olaraq ƏDV daxil 2548 manat əsas borcun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcu cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 2548 (iki min beş yüz qırx səkkiz) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, qarşılıqlı razılaşdırma protokolu, təhvil-təslim aktları) öz təsdiqini tapır.
19. Bundan əlavə, iddiaçı cavabdehdən hüquq xidmətləri üçün ödənilmiş 753 manat xidmət haqqı və 54 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
20. Hüquq xidmətləri üçün 753 manat məbləğin ödənilməsi ilə bağlı sübut iş materiallarına əlavə edilsə də, müəyyən olunur ki, MMC tərəfindən həmin məbləğlə bağlı iddiaçıya elektron qaimə göndərilmiş və iddiaçı tərəfindən MMC-nin hesabına ödənilmişdir. Xidmətin məhz hazırkı işlə bağlı göstərilməsi müqavilədən müəyyən olunmur. Hazırkı iş üzrə isə iddiaçını sonradan prosesə qoşulan nümayəndə və vəkil təmsil etmişdir. Konkret hallar (cəmi 2 iclasda iştirak edmişdir) qiymətləndirilməklə, məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 150 (yüz əlli) manat hüquqi yardım xərci iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
21. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 43 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə ƏDV daxil 2548 (iki min beş yüz qırx səkkiz) manat əsas borc, hüquqi xidmətə görə ödənilən haqqın əvəzi kimi 150 (yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 43 (qırx üç manat) manat olmaqla, cəmi 2741 (iki min yeddi yüz qırx bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova