Məhkəmə qərarları › İş №e-2-2(113)-8330/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8330/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8330/2025 09.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayədəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehna qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh göstərilmiş tibbi xidmətə görə 28931,91 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 178 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf vəsatətlə müraciət edərək İddiaçı MMC-nin cavabdeh “Cavabdeh”na qarşı “pul tələbi”nə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Tibbi xidmət müqaviləsi”nə əsasən Cavabdeh tərəfindən göndərilən şəxslərə “X2 Hospital”da tibbi xidmətlər göstərilir. Yəni müqavilənin icra yeri ünvan 1 ünvanda yerləşən “X2 Hospital”dır. Cavabdeh tibbi xidmət göstəriləcək şəxsləri “X2 Hospital”a göndərir və yalnız həmin hospitalda şəxslərə tibbi xidmətlər göstərilir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Tibbi xidmət müqaviləsi”nin 1.1-ci, 2.2.2-ci və 3.1-ci bəndlərinə nəzər saldıqda da görünür ki, müqavilə üzrə tibbi xidmətin göstərilməsi üçün şəxslərin göndərilməsi nəzərdə tutulur. Belə olan halda hesab edirik ki, hazırkı iddia ərizəsinə müqavilənin icra yeri üzrə Nizami Rayon Məhkəməsində baxıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatət ərizəsinin məzmununa uyğun izahat verərək hazırkı mübahisənin baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının vəsatətini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Çünki cavabdeh qeyri-kommersiya təşkilatıdır və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin hazırkı iş üzrə faəliyyəti onun yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etmədiyindən və bu məqsədlərə uyğun gəlmədiyindən, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilməməlidir. Qeyri-kommersiya hüquqi şəxsləri yalnız, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələblər üzrə kommersiya mübahisəsinin subekti ola bilərlər. Belə olan halda isə mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə nəzərə alınmalıdır. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci bəndinə əsasən fond – üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyrihökumət təşkilatdır. Həmin Qanunun 22.2-ci bəndinə əsasən qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirilə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir. Mülki Məcəllənin 43.6-cı maddəsinə əsasəm qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Həmin Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericiliyimiz sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. “İcraçı” İddiaçı MMC ilə “Sifarişçi” Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli “Tibbi xidmət müqaviləsi”nin 1.1-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi” tərəfindən göndərilən və bu barədə müvafiq sənədləri təqdim edən şəxslərə uyğun tibbi xidmət göstərməyi, “Sifarişçi” isə göstəriləcək xidmətlərin haqbını ödəməyi öhdəsinə götürür. 1.2ci bəndə əsasən bu Müqavilənin 1.1-ci bəndində göstərilən şəxslərə “İcraçı”ya müvafq təsdiqedici sənədlər (məs: zəmanət məktubu, göndəriş vərəqəsi, rəsmi elektron poçt ünvanı vasitəsi ilə göndərilən poçtlar və ya sənədlər və s.) təqdim edilməsi şərti ilə “Sifarişçi” tərəfindən qarşılanan xidmətlər göstərilir. 3.1-ci bəndə əsasən “Sifarişçi”nin göndərəcəyi şəxlərə göstəriləcək tibbi xidmətlərin siyahısı və onların dəyəri xidmət göstərilən zaman İddiaçı qüvvədə olan qiymətlərlə ilə müəyyən ediləcək. Qiymətlər ilə “Sifarişçi”nin razılığı olmadığı halda, istənilən Tərəfin müqaviləyə xitam vermək hüququ yaranır. Bu halda “İcraçı” tərəfindən həmin vaxtadək göstərilmiş xidmətlərin dəyəri “Sifarişçi” tərəfindən ödənilir. Qeyd edilən müqavilədən görünür ki, tərəflər arasında xidmət müqaviləsi olmasına baxmayaraq, həmin müqavilə üzrə cavabdehin fəaliyyəti sahibarlıq fəaliyyəti həyata keçirməsi, məfəət götürülməsi ilə bağlı deyil, sadəcə maddi dəstəyə ehtiyacı olan xəstə uşaqların müalicəsi, əməliyyatı ilə bağlı xeyriyyə məqsədi ilə əlaqədar olan, ictimai-faydalı məqsəd daşıyan fəaliyyətdir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: 10-cu bəndinə əsasən, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-ın 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətin müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndinə əsasən, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetıni təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə kı, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 21-ci bəndinə əsasən subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. 22-ci bəndinə əsasən bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi baxımından iddiaçı kommersiya hüquqi şəxsi olsa da, Cavabdeh qeyr-kommersiya hüquqi şəxsdir və hazırkı mübahisə cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi üçün kommersiya mübahisəsi hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunan normaların məzmunundan belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. İddiaçının nümayəndəsinin işin müqavilənin icra yeri üzrə məhkəməyə göndərilməsi barədə vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli tibbi xidmət müqaviləsinin şərtlərindən və məzmunundan müqavilənin (göndərilən şəxslərə İcraçı tərəfindən tibbi xidmətlərin göstərilməsi) İddiaçı MMC-nin olduğu yerdə icra olunacağı aydın görünür. Belə olan halda isə mülki prosessual qanunvericilikdə iddiaçının seçiminə görə aidiyyətin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11.-ci icra əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İcraçı İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 2llarını şərh olunan hüquq normaları əsasən qiymətləndirərək, iddiaçının nümayəndəsinin vəsatətini nəzərə alaraq belə qənaətə gəlir ki, subyektiv tərkib və hüquq münasibətlərinin xarakteri baxımından hazırkı işə mülki məhkəmə icraatı qaydasında, iddiaçının seçiminə əsasən müqavilənin icra yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdehna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar