Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-837/2025 31.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı”nin Cavabdehnə qarşı malların dövriyyəyə buraxılmadan məhv edilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kontrafakt olması əlamətləri aşkar olunmuş malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi, əmtəə nişanı, kompensasiyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “İddiaçı”nin Cavabdehnə qarşı malların dövriyyəyə buraxılmadan məhv edilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:
1. İddiaçı “İddiaçı”nin Cavabdehnə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: "xxxx" əmtəə nişanlı 1500 ədəd, 156 kq papaqlar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdehndən (VÖEN: **********) 7000 (yeddi min) manat məbləğində kompensasiyanın tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Hüquq sahibi, baş ofisi: Almaniya, Herzogenaurach 91074, Puma Way 1 ünvanında yerləşən “İddiaçı” Şirkətinə ("xxxx") ünvanladığı 12 sentyabr 2024-cü il tarixli, №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 14 sentyabr 2024-cü il tarixli, №59Q saylı bildirişinə (“Bildiriş”) əsasən hüquqi ünvanı: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 97, m 13 olan Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN: **********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilərək və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: "xxxx" əmtəə nişanlı 1500 ədəd, 156 kq papaqlar, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 12 sentyabr 2024-cü il tarixindən 26 sentyabr 2024-cü il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yə və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli, №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 14 sentyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli, №3-33-1100/000068Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 30 sentyabr 2024-cü il tarixli, №68Q saylı bildirişinə (“Bildiriş”) əsasən həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 27 sentyabr 2024-cü il tarixindən 11 oktyabr 2024-cü il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 163 saylı qərarınn tələblərinə əsasən malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yə və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli, №3-33- 1100/000068Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 30 sentyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. Hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış "xxxx" əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 12 sentyabr 2024-cü il tarixli, №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərarın və 27 sentyabr 2024-cü il tarixli №3-33- 1100/000068Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” qərarın və həmin qərarlara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” 59Q saylı bildirişin və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” 68Q saylı bildirişin iddiaçı “İddiaçı” Şirkətinə və həmçinin, bəyannaməçi və Cavabdeh MMC-yə vaxtında rəsmən təqdim olunmasına və qərarların “Qeyd” hissəsində cavabdehin qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, bəyannaməçi və ya Cavabdeh MMC özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm bəyannaməçinin və həm də Cavabdeh MMC-nin Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri "xxxx" əmtəə nişanlı malların kontrafakt olduğunu və bununla da iddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi “İddiaçı” Şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli, №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən buraxılışı 26 sentyabr 2024-cü il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli, №3-33-1100/000069Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 11 oktyabr 2024-cü il tarixinədək uzadılmış Cavabdeh MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı 1500 ədəd, 156 kq papaqlar, **********) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin №e-16(113)-665/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə “İddiaçı” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilərək, Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə X4 90AA963/90AA964 nomrə nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə idxal olunmuş və **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı 1500 ədəd, 156 kq papaqlar, **********) üzərinə 07 noyabr 2024-cü il tarixədək həbs qoyulmuşdur. Cavabdeh MMC isə ona məxsus malların üzərinə həbsin qoyulması haqqında Bakı Kommersiya Məhkəməsinin qərardadını mübahisələndirməyib və həmin qərardadın ləğvinə dair məhkəməyə şikayət verməmişdir. Bu fakt isə öz növbəsində Cavabdeh MMC-nin Bakı Baş Gömrük İdarəsinin qərarı ilə razı olduğunu və idxal etdiyi "xxxx" əmtəə nişanlı malların kontrafakt olduğunu və bununla da iddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqləyir. Qeyd etmək istəyirik ki, hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus "xxxx" əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müvafiq qaydada tanınır və qorunur. Həmçinin qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "xxxx"-nın əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqları obyektləri olan mallarının Gömrük Reyestrinə xx.xx.2020-ci il tarixində daxil edilmişdir və müvafiq qaydada qorunur. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin müəlliflik və əqli mülkiyyət hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır və həm də "xxxx" əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal "xxxx" malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə daxili istehlak bazarında haqsız rəqabət mühitinin yaradılmasına, keyfiyyətsiz və saxta məhsulların qanunsuz dövriyyəsi kimi mənfi təzahürlərə səbəb olur. Eyni zamanda, istehlakçıları aldatmaqla, üzərində "xxxx" markaları və əmtəə nişanları olan saxta və kontrafakt olan aşağı keyfiyyətli məhsulun istehsalı, idxalı, yayımı və satılması kimi qanun pozutularına yol vermiş şəxslər əqli mülkiyyət hüquqlarının pozuntusu nəticəsində zərərçəkmiş şəxsin\tərəfin rəsmi müraciəti əsasında mülki, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquq sahibi - “İddiaçı” Şirkətinin üçünçü şəxslər qarşısında mülki məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən sığortalanıb. Həmin halları nəzərə alaraq, hesab edirik ki, "xxxx" əmtəə nişanlarından qeyri-qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla, qeyd olunan Cavabdeh MMC, hüquq sahibi - “İddiaçı” Şirkətinin əqli mülkiyyət hüquqlarını pozur, “İddiaçı” Şirkətinə, həmçinin “İddiaçı” Şirkətinin Azərbaycandakı rəsmi distributorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal "xxxx" məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə, onları nüfuzdan salır. Bildirilmişdir ki, Azərbaycan Respublikasında “İddiaçı” Şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması, tanınması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində şirkətin adı, təsviri müvafiq siniflər üzrə əmtəə nişanları qeydiyyata alınmış və qorunmasına nəzarət edilir. İddia tələbinin kompensasiya ödənilməsi ilə bağlı hissəsində hesab edilir ki, cavabdehin əməlləri nəticəsində iddiaçı “İddiaçı” Şirkətinin işgüzar nüfuzuna, mənafeyinə xələl gətirilmişdir. İddiaçı “İddiaçı” Şirkəti tərəfindən həmin əməllərin qarşısının alınması üçün gömrük orqanında təmsil edilməsi və məhkəmədə iddia qaldırılması onun işgüzar nüfuzuna vurulmuş zərərin müdafiəsi, bərpası kimi qiymətləndirilir. Bu baxımdan iddiaçı “İddiaçı” Şirkəti tərəfindən həmin xərclərin əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat məbləğində mənəvi zərərin tələb edilməsinin ağlabatan olduğu hesab edilir. Həmçinin hüquqi xidmətlərin göstərilməsi ilə bağlı iddiaçı “İddiaçı” Şirkəti tərəfindən vəkilə, nümayəndəyə çəkilən xərclər, pretenziya məktublarının göndərilməsi, etibarnamənin hazırlanaraq təsdiq edilməsi, gömrük orqanında iddiaçının iştirakı ilə zəruri sənədləşmənin aparılması, Əmtəə nişanının Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatı ilə bağlı rüsumlar və digər bütün xərcləri nəzərə alaraq, 2000 (iki min) manat, toplam 7000 (yeddi min) manat məbləğində kompensasiyanın cavabdehdən tutulmasının ağlabatan olduğunu hesab edirik. Göstərilənləri nəzərə alaraq, hesab edilir ki, hüquq sahibi - “İddiaçı” Şirkətinin pozulmuş hüququnun bərpa edilməsini və qanunla tanınan və qorunan hüquq və mənafeyinin qorunmasının təmin edilməsi üçün Cavabdeh MMC-nin Azərbaycan Respublikasına idxal etdiyi sözügedən kontrafakt mallarının ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdeh MMC-dən kompensasiyanın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur.
3. İddia ərizəsinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Gömrük Məclləsinin 283, 285, 286.1, 287.1-ci maddələrinə, Azərbaycan Respublikasının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanununun 1, 25, 26, 32, 33,34, 36-cı maddələrinə və Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanununun 1.0.1, 1.0.2, 1.0.11, 3, 4, 6, 7-ci maddələrinə istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilən malların kontrafakt olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarından da məlum olduğu kimi, gömrük orqanı tərəfindən göstərilən mallar kontrafakt olması əlamətlərinin aşkar olunması əsası ilə saxlanılmış və bu barədə iddiaçıya məlumat vermişdir. Lakin hazırda iş materiallarında həmin malların həqiqətən də kontrafakt olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil. İddiaçının qeyd olunan mallarla bağlı məhkəməyə yazılı şəkildə təqdim etdiyi mülahizələr isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddia tələbinin kompensasiya ödənilməsi hissəsi ilə bağlı da bildirilmişdir ki, iddia tələbinin birinci hissəsi əsassız olduğundan bu hissədə də tələb əsassızdır. Bundan əlavə, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” AR Qanununun 6.2-ci maddəsinə əsasən hüquqpozmaya yol vermiş şəxsdən tutulacaq zərəri müəyyən edərkən məhkəmə aşağıdakılar nəzərə almalıdır: - 6.2.1. hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər; - 6.2.2. hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər; - 6.2.3. hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda). Odur ki, hətta hesab edilsə ki, iddia tələbinin birinci hissəsi əsaslıdır, o zaman da qanunvericiliyin qeyd olunan tələblərinə əsasən hüquqpozmaya yol vermiş şəxsdən zərərin tutulması üçün birinci növbədə həmin şəxs gəlir əldə etməlidir. Lakin indiki halda cavabdehin gəlir əldə etməsi, əldən çıxmış fayda və çəkdiyi xərclərlə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı bir təsdiqedici sübut təqdim edilməmişdir. Odur ki, cavabdeh yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-33-1100/000059Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərardan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963-90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" və “Lacoste” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmuşdur. Bununla da, həmin malların buraxılışının 10 iş günü müddətinə dayandırılması qərara alınmışdır.
8. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydaları”na 1 nömrəli əlavə: xx.xx.2024-cü il tarixli “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə bildirişi” adlı 59Q nömrəli sənəddən müəyyən olunur ki, “İddiaçı” və “ Lacoste Sa” şirkətinin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1 tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-1100/000059Q nömrəli qərarına əsasən bildirişdə adıçəkilən malların xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək buraxılışının dayandırılması barədə məlumat verilmişdir. X3 tərəfindən təhvil alınmışdır.
9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-33-1100/000068Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərardan müəyyən olunur ki, ərizəçi “İddiaçı” və “Lacoste Sa” şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 tərəfindən xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət olunmuşdur. Ərizədə məhkəmə prosedurlarının başladığı və bu səbəbdən buraxılışın dayandırılması müddətinin daha 10 gün uzadılması xahiş edilmişdir. Bunun nəticəsində İdarə tərəfindən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmiş, baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" və “Lacoste” əmtəə nişanlı malların buraxılışının dayandırılmasının daha 10 (on) iş günü müddətinə uzadılması qərara alınmışdır.
10. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydaları”na 3 nömrəli əlavə: xx.xx.2024-cü il tarixli “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə bildirişi” adlı 68Q nömrəli sənəddən müəyyən olunur ki, tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının xx.xx.2024-cü il tarixli, 3-33-1100/000068Q nömrəli qərarına əsasən bildirişdə adıçəkilən malların xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək buraxılışının dayandırılması barədə məlumat verilmişdir. X3 tərəfindən təhvil alınmışdır.
11. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən “İddiaçı” şirkətinin hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Ramazanov Nərimana ünvanlanan xx.xx.2019-cu il tarixli bildirişdən müəyyən olunur ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor online məlumat bazasında olan məlumatına əsasən “İddiaçı” adına qeydiyyata alınan ******* saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Nitsa təsnifatının 03,18, 25-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 02 dekabr 2026-cı il tarixinə qədər qüvvədədir.
12. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən “İddiaçı” şirkətinin hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Ramazanov Nərimana ünvanlanan xx.xx.2019-cu il tarixli bildirişdən müəyyən olunur ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor online məlumat bazasında olan məlumatına əsasən “İddiaçı” adına qeydiyyata alınan 437626 saylı "xxxx" beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Nitsa təsnifatının 18, 25, 28-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 12 aprel 2028-ci il tarixinə qədər qüvvədədir.
13. xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsindən müəyyən olunur ki, Cavabdeh MMC-yə (AZ1073, BAKİ ŞƏHƏRİ YASAMAL RAYONU, İSMAYİLBƏY QUTQAŞİNLİ, ev 97, mənzil 13) ümumilikdə çəkisi 2983 kq Çin mənşəli kaşılok gətirilmişdir. Həmin bəyannaməyə əlavədə qeyd edilmişdir ki, Cavabdeh MMC-yə ümumilikdə 832 kq Çin mənşəli kofta, papaq, köynək gətirilmişdir.
14. Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsi tərəfindən “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquqi məsələlər üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Ramazanov Nərimana ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 279.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 323 nömrəli qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”na əsasən Komitənin 1000/006 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə müraciətdə qeyd olunmuş "xxxx" əmtəə nişanı adı altında reyestrə daxil edilmişdir.
15. İddiaçı şirkətin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli Bəyanatından müəyyən olunur ki, Bakı şəhər Baş Gömrük İdarəsi tərəfindən saxlaılan "xxxx" markalı Çin mənşəli malların verilən məlumata əlavə olunan fotoşəkilləri də ekspertiza üçün onlara göndərilib. Əvvəlcə qeyd edilmişdir ki, heç bir əsl "xxxx" əmtəə nişanlı malların üstündə qəribə “K Onche”, “Avtive Sportswear” adlı yazılar əks olunmur. Əlavə olaraq, saxlanılmış papaqların heç birində malların əsl olduğunu və “İddiaçı” şirkətinə məxsus olmasını sübut edən “Barkodlar” qeyd olunmayıb. Həmçinin “İddiaçı” şirkətinin Çində və ya hansısa başqa yerdə saxlanılmış idman papaqlarının birkalarında qeyd olunan “qi qi ha er shi jian hua qu” adlı yerdə yerləşən və “wan long zhen zhi mao chang” adlı heç bir fabriki yoxdur. Beləliklə, Brend Mühafizəsi üzrə ixtisaslaşmış Departament tərəfindən aparılan ekspertiza və təhlillərə əsasən qeyd olunan məhsulların kontrafakt olduğu təsdiq edilmişdir.
16. "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş sığorta sertifikatından müəyyən olunur ki, “İddiaçı” və ya onunla əlaqəli və törəmə şirkətlərin qeydiyyata alınmış əqli mülkiyyət obyektləri ilə bağlı məsuliyyətini və əmlak mənafelərini qoruyan sığorta təminatı ilə təmin edilib. Sığorta şəhadətnaməsinə əqli mülkiyyət obyektləri, ticarət nişanları və referans nömrələri əlavə edilmişdir.
17. “X7 Co” LTD Şirkəti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubun məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, CN270/8 saylı fakturaya əsasən SLVU ******* saylı konteynerə yüklənmiş 500 “Lacoste” brend markalı portmanat və 1500 "xxxx" markalı papaq X5 Hui Boutique ticarət mərkəzi, MU36, B1, No.383 Tianhe yolu, Tianhe rayonu, Guangzhou şəhəri ünvanında yerləşən “Lacoste” və "xxxx" şirkətlərinin satış mərkəzindən alınmışdır.
18. İddiaçı tərəfindən iş materiallarına fotoşəkillər əlavə edilmişdir.
19. “İddiaçı” Şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, cavabdeh hüquq sahibi - "xxxx" Şirkətinin əmtəə nişanlarından qanunsuz olaraq istifadəni dərhal dayandıraraq son qoyulması və hüquq sahibi - "xxxx" Şirkətinə vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50000 (əlli min) manat məbləğində kompensasiyanın 23 sentyabr 2024-cü il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 279.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrini kağız üzərində və elektron daşıyıcılarda aparır. 283.1-ci maddəsinə əsasən reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. 283.2-ci maddəsinə əsasən gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir. 284.1-ci maddəsinə əsasən reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə dəymiş zərərin əvəzi malların pirat və ya kontrafakt olmadığı müəyyənləşdirildiyi hallarda ərizəçi tərəfindən ödənilir. 285.1-ci maddəsinə əsasəm gömrük orqanları buraxılışının dayandırılması haqqında qərar qəbul edilmış malların pirat və ya kontrafakt olmasının müəyyənləşdirilməsi üçün lazım olan məlumatları ərizəçiyə və bəyannaməçiyə verirlər. 286.1-ci maddəsinə əsasən gömrük orqanı buraxılışın dayandırılması barədə bildirişi ərizəçiyə təqdim etdikdən sonra bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulan müddət ərzində ərizəçinin iddiası əsasında məhkəmədə işin mahiyyəti üzrə baxılmağa başlanması barədə gömrük orqanlarına məlumat daxil olmadıqda, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların bu Məcəllə ilə müəyyən edilmiş qaydada gömrük rəsmiləşdirilməsi və buraxılışı həyata keçirilir. 286.2-ci maddəsinə əsasən Mülki Məcəllənin 286.1-ci maddəsində nəzərdə tutulan işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 20 (iyirmi) iş günündən gec olmayan müddətdə mahiyyəti üzrə baxılmağa başlanmalı və bu barədə məhkəmə gömrük orqanına məlumat verməlidir. 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər.
21. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. 32-ci maddəsinə əsasən Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 33-cü maddəsinə əsasən Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. 36-cı maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici hüquqi və fiziki şəxslər əmtəə nişanlarına və coğrafi göstəricilərə dair Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə bərabər hüquqa malikdirlər.
22. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” A zərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, audiovizual yayımçının proqramlarına, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxs, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır. 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
38. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının(1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə): 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir. 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur. 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namuslu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur: - 1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər; - 2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər; - 3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi. 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bıs maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunmuşlar.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi
25. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd etmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır.
26. İddia tələbinin bir hissəsini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: "xxxx" əmtəə nişanlı 1500 ədəd, 156 kq papaqlar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi təşkil edir.
27. İşdə olan, yuxarıda sadalanan sübutlarla malların kontrafakt olduğu təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, tələb həmin hissədə əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 1500 ədəd, 156 kq papaqlar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir.
28. Bundan əlavə, iddiaçı Cavabdehndən (VÖEN: **********) 7000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Məhkəmə iddianın bu hissədə əsasız olduğunu hesab edərək, rədd edilməsi qənaətinə gəlir.
29. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsinin tələbinə əsasən hüquqi sahibinin “vurulmuş ziyanın və çəkdiyi xərclərin” əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmək hüquq vardır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, iddiaçı 7000 manat məbləğində kompensasiyanın tələb edərkən pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri barədə məhkəməyə sübut təqdim etməlidir.
32. Lakin iddianın kompensasiya tələbinə dair hissəsi yuxarıda göstərilən xüsusatlar baxımından əsaslandırılmamış və məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
33. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, işin araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının məhv edilməsini xahiş etdiyi mallar dövriyyəyə buraxılmadan üzərinə öncə Gömrük orqanı tərəfindən, daha sonra məhkəmə qərardadları əsasında həbs qoyulmuşdur. Belə olan halda, iddiaçıya hansı zərərin dəyməsi məhkəmədə sual doğurmuş, iddiaçının nümayəndəsi isə bu suala əsaslandırılmış cavab verə bilməmişdir.
34. Ödəniləcək dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsi qiymətləndirilməyən iddia ərizəsinə şamil edildiyindən məhkəmə xərcləri onu ödəməkdən azad edilməyən cavabdehə aid edilməlidir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 1500 ədəd, 156 kq papaqlar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova