Məhkəmə qərarları › İş №e-2-2(113)-8426/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8426/2025

21.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8426/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh xxx X5rşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (ziyanın ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı2 cavabdeh xxx X5rşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxıldı. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 cavabdeh xxx X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus daşınmaz əmlakın məqsədilə sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq tikilinin 260,4 kv.m-nin hər 1 kv.m-nə 2000 manat hesablanmaq şərtilə ümumilikdə 520800 manatın iddiaçı X2 (şəxsiyyət vəsiqəsinin seriya № AA 4287136) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur. Həmin daşınmaz əmlak iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş, bu barədə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 19 may 2000-ci il tarixdə texniki passport tərtib edilmişdir. Həmin sənəddə daşınmaz əmlakın ümumi sahəsi 260,4 kv.m qeyd olunmuşdur (yaşayış sahəsi 230,8 kv.m, köməkçi sahə 29,6 kv.m). Qeyd edilən daşınmaz əmlak xxnun km 2-4 hissəsinin çəkilməsi ilə əlaqədar cavabdeh tərəfindən sökülmüş, əmlakın yerləşdiyi torpaq sahəsi yolun tikintisi altına salınmışdır. Lakin bununla bağlı cavabdeh tərəfindən bu günədək iddiaçının əmlakına vurulmuş ziyana görə hər hansı kompensasiya ödənilməmişdir.

3. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbləri əsassız olmaqla rədd edilməlidir. Belə ki, ilə əlaqədar yolun tikintisi altına düşən tikililər köçürülmüşdür. Həmin dövrdə vaxt məhdudiyyəti nəzərə alınaraq yolun tikinti və abadlaşdırma işlərinin layihəsi altına düşən tikililər müxtəlif təşkilat-müəssisə sahibləri tərəfindən sökülərək kənarlaşdırılmışdır. İddiaçıya məxsus mənzilin yerləşdiyi torpaq sahəsi hal-hazırda xxnun müəyyən hissəsinin altında yerləşir. Tikintinin hansı təşkilat tərəfindən sökülməsi barədə məlumat olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli, 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 32-ci maddəsinin 8-ci bəndinə əsasən yaşayış məntəqələrində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək rayon icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə görə isə (həmin Fərmanla əvvəlki Əsasnamə qüvvəsini itirmişdir) rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər (1.6); Yerli icra hakimiyyətinin başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10); Müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir (4.9.3); yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək səlahiyyətinə malikdir (4.9.14). İİ. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsini müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş texniki passportdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 260.4 kv.m (yaşayış sahəsi 230.8 kv.m, köməkçi sahə 29.6 kv.m) təşkil edən daşınmaz əmlak X3 məxsusdur.

9. Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 233226 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, xxx mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2005-ci il tarixdə 55 öz saylı reyestr kitabında xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır.

10. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X4 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşdur.

11. xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 811 manat dövlət rüsumu ödənilmişdir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, xxx mənzili mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur və həmin daşınmaz əmlak avtomobil yolunun 2-4 km hissəsinin yenidən qurulması layihəsi çərçivəsində sökülmüş və onun yerləşdiyi torpaq sahəsi yolun tikintisi altına salınmışdır.

13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

14. “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Broniovski (Brorniowski) Polşaya qarşı” məhkəmə işi üzrə qərarında əks olunmuş hüquqi mövqeyə görə, "134.1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, Razılığa gələn Dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Lakin bu üç norma təcrid halında deyil, bir-biri ilə əlaqəlidir. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır”.

16. Göründüyü kimi, “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin nəzərdə tutduğu ən mühüm şərt dövlət orqanları tərəfindən mülkiyyətin toxunulmazlığına yönəlmiş hər hansı bir müdaxilənin hüquqa uyğun olması tələbidir. Qeyd edilən maddənin 1-ci bəndinin 2-ci cümləsi mülkiyyətdən məhrum etməyə yalnız qanunla nəzərədə tutulmuş şərtlərə uyğun olduqda icazə verir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (maddə 386.1). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Beləliklə, mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Real zərər varsa, əmlak hüququ pozulur və zərər vuran tərəfindən öhdəlik yaranır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli Fərmanının 2.4-cü bəndində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) da daxil edilmişdir.

20. Daşınmaz əmlakın bazar qiymətinin müəyyən olunması məqsədilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması “X13 və Ekspertiza Mərkəzi” MMC-yə həvalə edilmişdir. Məhkəməyə daxil olmuş mütəxəssis tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 164 nömrəli rəyə əsasən İddiaçı2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın 260.4 kv.m sahəsinin 1 kv.m-nin qiyməti 1500 manat təşkil etməklə, hazırkı bazar qiyməti 390600 manat məbləğində müəyyən edilmişdir.

21. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı sözügedən daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş real zərərin həcmini və zəruriliyini sübutlar vasitəsi ilə əsaslandırmışdır.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən söküntü işləri aparılarkən iddiaçıya məxsus daşınmaz əmlakın sökülməsi qanuna uyğun aparılmamış, idiaçının ona əmlak hüququ ilə məxsus olan əmlakından məhrum edilməsi, beləliklə iddiaçının əmlak hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir.

23. Məhkəmə AR MPM-in 206.1-ci maddəsinə əsasən ekspert rəyini əsas götürərək hesab edir ki, iddiaçıya dəyən ziyanın məbləği ümumi sahəsi 260.4 kv.m təşkil edən daşınmaz əmlakın hər kv.m-nə görə 1500 manat hesablanmaqla, 260.4 kv.m üçün ümumilikdə 390600 manat müəyyən edilməli, qalan hissədə iddia təmin edilməməlidir. ((260.4x1500=390600)).

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

25. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilmiş 806 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

26. AR MPM-in: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddır. V. Nəticə:

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X10 X14 ünvan 2 ünvanında yerləşən, mülkiyyət hüququ ilə İddiaçı2 məxsus daşınmaz əmlakın məqsədilə sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 390600 (üç yüz doxsan min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar