Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-843/2025 12.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı, kontrafakt, zərər) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “İddiaçı” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 500 ədəd, 68 kq portmanatlar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və 2) Cavabdehndən (VÖEN: **********) 7000 (yeddi min) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, baş ofisi: Fransa, Paris, 75016, Boulevard de Montmorency 31-37 ünvanında yerləşən “İddiaçı” Şirkətinə (“LACOSTE”) ünvanladığı 12 sentyabr 2024-cü il tarixli №3-33- 1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 14 sentyabr 2024-cü il tarixli №59Q saylı Bildirişinə (“Bildiriş”) əsasən, hüquqi ünvanı: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 97, m. 13 olan Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN: **********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilərək və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 500 ədəd, 68 kq portmanatlar, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 12 sentyabr 2024-cü il tarixindən 26 sentyabr 2024-cü il tarixinədək dayandırılmışdır. “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33- 1100/000068Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 30 sentyabr 2024-cü il tarixli №68Q saylı Bildirişinə (“Bildiriş”) əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 27 sentyabr 2024-cü il tarixindən 11 oktyabr 2024-cü il tarixinədək uzadılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) Cavabdeh MMC-yə və bəyannaməçi "xxxx" MMCyə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000068Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 30 sentyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. Hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X4, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və 27 sentyabr 2024-cü il tarixli №3-33- 1100/000068Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarın və həmin Qərarlara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” 59Q saylı Bildirişin və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” 68Q saylı Bildirişin İddiaçı “İddiaçı” Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdeh MMC-yə vaxtında rəsmən təqdim olunmasına və Qərarların “Qeyd” 3 hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh MMC özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdeh MMC-nin Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi “İddiaçı” Şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3- 33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 26 sentyabr 2024-cü il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000069Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 11 oktyabr 2024-cü il tarixinədək uzadılmış Cavabdeh MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 500 ədəd, 68 kq portmanatlar, **********) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin № e-16(113)-661/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə “İddiaçı” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 26 sentyabr 2024-cü il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000068Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 11 oktyabr 2024-cü il tarixinədək uzadılmış Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 500 ədəd, 68 kq portmanatlar, **********) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə 07 noyabr 2024-cü il tarixinədək həbs qoyulmuşdur. Hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus “LACOSTE” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müvafiq qaydada tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış “LACOSTE” X3 Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş “LACOSTE” əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması barədə xx.xx.2021-ci il tarixli müvafiq Bildirişləri bu İddia Ərizəsinə əlavə olunur. Həmçinin qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “LACOSTE”-nın əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqları obyektləri olan mallarının Gömrük Reyestrinə xx.xx.2022-ci il tarixində daxil edilmişdir və müvafiq qaydada qorunur. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli müvafiq Məktubu bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin müəlliflik və əqli mülkiyyət hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır və həm də, “LACOSTE” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal “LACOSTE” malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə, daxili istehlak bazarında haqsız rəqabət mühitinin yaradılmasına, keyfiyyətsiz və saxta məhsulların qanunsuz dövriyyəsi kimi mənfi təzahürlərə səbəb olur. Eyni zamanda, istehlakçıları aldatmaqla, üzərində “LACOSTE” markaları və əmtəə nişanları olan saxta və kontrafakt olan aşağı keyfiyyətli məhsulun istehsalı, idxalı, yayımı və satılması kimi qanunpozutularına yol vermiş şəxslər əqli mülkiyyət hüquqlarının pozuntusu nəticəsində zərərçəkmiş şəxsin\tərəfin rəsmi müraciəti əsasında mülki, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquq sahibi - “İddiaçı” Şirkətinin üçünçü şəxslər qarşısında mülki məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən sığortalanıb. Həmin halları nəzərə alaraq, “LACOSTE” əmtəə nişanlarından qeyri qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla, qeyd olunan Cavabdeh MMC, hüquq sahibi - “İddiaçı” Şirkətinin əqli mülkiyyət hüquqlarını pozur, “İddiaçı” Şirkətinə həmçinin, “İddiaçı” Şirkətinin Azərbaycandakı rəsmi distributorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal “LACOSTE” məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə, onları nüfuzdan salır. Azərbaycan Respublikasında “İddiaçı” Şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması, tanınması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində şirkətin adı, təsviri müvafiq siniflər üzrə əmtəə nişanları qeydiyyata alınmış və qorunmasına nəzarət edilir. İddia tələbinin kompensasiya ödənilməsi ilə bağlı hissəsində isə, Cavabdehin əməlləri nəticəsində İddiaçı “İddiaçı” Şirkətinin işgüzar nüfuzuna, mənafeyinə xələl gətirilmişdir. İddiaçı “İddiaçı” Şirkəti tərəfindən həmin əməllərin qarşısının alınması üçün Gömrük Orqanında təmsil edilməsi və məhkəmədə iddia qaldırılması onun işgüzar nüfuzuna vurulmuş zərərin müdafiəsi, bərpası kimi qiymətləndirilir. Bu baxımdan İddiaçı “İddiaçı” Şirkəti tərəfindən həmin xərclərin əvəzi olaraq Cavabdehdən 5000 (beş min) AZN məbləğində mənəvi zərərin tələb edilməsinin ağlabatandır. Həmçinin hüquqi xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı “İddiaçı” Şirkəti tərəfindən Vəkilə, nümayəndəyə çəkilən xərclər, pretenziya məktubların göndərilməsi, etibarnamənin hazırlanaraq təsdiq edilməsi, Gömrük orqanında iddiaçının iştirakı ilə zəruri sənədləşmənin aparılması, Əmtəə nişanının Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində 8 qeydiyyatı ilə bağlı rüsumlar və digər bütün xərcləri nəzərə alaraq, 2000 (iki min) manat məbləğində, toplam 7000 (yeddi min) manat məbləğində kompensasiyanın Cavabdehdən tutulmasının ağlabatan olduğu hesab edilir. Göstərilənləri nəzərə alaraq, hüquq sahibi - “İddiaçı” Şirkətinin pozulmuş hüququnun bərpa edilməsini və qanunla tanınan və qorunan hüquq və mənafeyinin qorunmasının təmin edilməsi üçün Cavabdeh MMC-nin Azərbaycan Respublikasına idxal etdiyi sözügedən kontrafakt mallarının ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdeh MMC-dən kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməlidir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 500 ədəd, 68 kq portmanatlar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdehndən 5000 (beş min) manat məbləğində mənəvi zərərə görə kompensasiya, 400 (dörd yüz) manat məbləğində hüquqi xidmət xərci, 1600 (min altı yüz) manat məbləğində sənədləşmə işlərinin aparılması ilə bağlı pul vəsaiti, toplam 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı çıxışını məhkəməyə təqdim edərək bildirmişdir ki, İlk öncə məhkəmənin nəzərinə çatdırır ki, iddia tələbində göstərilən malların kontrafakt olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarından da məlum olduğu kimi gömrük orqanı tərəfindən göstərilən mallar kontrafakt olması əlamətlərinin aşkar olunması əsası ilə saxlanılmış və bu barədə iddiaçıya məlumat vermişdir. Lakin hazırda həmin malların həqiqətən də kontrafakt olmasını təsdiq edən iş materiallarında hər hansı bir sübut mövcud deyil. İddiaçının qeyd olunan mallarla bağlı məhkəməyə yazılı şəkildə təqdim etdiyi mülahizələri isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddia tələbinin kompensasiya ödənilməsi hissəsi ilə bağlı da bildiririk ki, iddia tələbinin birinci hissəsi əsassız olduğundan bu hissədə də tələb əsassızdır. Bundan əlavə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” AR Qanununun 6.2-ci maddəsinə əsasən hüquqpozmaya yol vermiş şəxsdən tutulacaq zərəri müəyyən edərkən məhkəmə aşağıdakılar nəzərə alınmalıdır: - 6.2.1. hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər; - 6.2.2. hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər; - 6.2.3. hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda). Odur ki, hətta hesab etsək ki iddia tələbinin birinci hissəsi əsaslıdır o zaman da qanunvericiliyin qeyd olunan tələblərinə əsasən hüquqpozmaya yol vermiş şəxsdən zərərin tutulması üçün birinci növbədə həmin şəxs gəlir əldə etməlidir. Lakin indiki halda cavabdehin gəlir əldə etməsi, əldən çıxmış fayda və çəkdiyi xərclərlə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı bir təsdiqedici sübut təqdim edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “İddiaçı” şirkətinə ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı adına qeydiyyata alınan 437001 saylı “Lacoste” beynəlxalq əmtəə nişanı əmtəələrin və xidmətlərin beynəlxalq Nitsa təsnifatının 1-42-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 25 aprel 2028-ci il tarixinə qədər qüvvədədir.
8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquqi məsələlər üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan məlum olur ki, əmtəə nişanları üzərində əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə müraciət nəzərə alınaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 279.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”na əsasən Komitənin 1000/063 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamı ilə müraciətdə qeyd olunmuş Lacoste əmtəə nişanı adı altında mallar reyestrə daxil edilmişdir.
9. Azərbaycan Respublikası DG Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-1100/000054Q saylı malların buraxılışının dayandırılması haqqında qərarına əsasən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası xx.xx.2024-cü il tarixli, CN2708 saylı inviys sənədi ilə Çin Xalq Respublikasında 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə daxil olunmuş mallara gömrük bəyannaməsi ilə bəyan edilmiş “Lacoste” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar edilmiş və malların buraxılışının 10 iş günü müddətinə dayandırılması qərara alınmışdır.
10. Azərbaycan Respublikası DG Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-1100/000059Q saylı malların buraxılışının dayandırılmasının uzadılması haqqında qərarla Cavabdeh MMC tərəfidən Azərbaycan Respublikası xx.xx.2024-cü il tarixli, CN2708 saylı inviys sənədi ilə Çin Xalq Respublikasında 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə idxal olunmuş və bəyan edilmiş “Lacoste” əmtəə nişanlı malların buraxılışının dayandırılması daha 10 iş günü müddətinə uzadılması qərara alınmışdır.
11. İddiaçı şirkətin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli bəyanatında bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı şəhəri Baş Gömrük İdarəsinin №3-33- 110Q/000059Q saylı Qərarına və 12 Sentyabr 2024-cü ıl tarixli 59Q saylı Bildirişinə istinadən bizə verilən məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmış “LACOSTE” əmtəə nişanlı malların (“portmonne” - pul kisələrinin) kontrafakt olması şübhəsi ilə saxlanıldığı bildirilir. Bununla əlaqədar, saxlanılmış Çın mənşəli, üzərində “LACOSTE” əmtəə nişanı və simvolları olan malların (pul kisələrinin) şəkilləri araşdırılması üçün bizə təqdim olunmuşdur. İlk növbədə nəzərinizə çatdırmaq istərdik ki, heç bir əsl (orijinal) “LACOSTE” əmtəə nişanlı mallar (pul kisələri), heç vaxt saxlanılan mallarda olduğu kimi kirli bağlamada qablaşdırılmırlar {qablaşdırmanm şəkillərinə baxın). Əlavə olaraq, saxlanılmış malların - pul kisələrinin və ya onların qutularının heç birinin üzərində bu malların əsi (orijinal) olduğunu və məhz LACOSTE şirkətinə məxsus olmasını sübiit edən “Barkodlar” (ştrix kodlar) qeyd olunmuyub. Pul kisələrinin üzərində və həmçinin, qablaşdırma qutularında göstərilən "LACOSTE" etiketləri (timsalı simvolu və yazı) orijinal "LACOSTE" əmtəə nişanının (timsahın simvolunun) sadə və primitiv imıtasiyasıdır və LACOSTE-nin Əqli Mülkiyyət Hüquqları obyektlərindən qeyri-qanuni istifadə faktını ehtiva edir ki, bu da öz növbəsində, LACOSTE-nin Əqli Mülkiyyət Hüquqlarının açıq şəkildə pozulmasıdır. Beləliklə, saxlanılan malların təfərrüatlarının Brend Mühafizəsi üzrə ixtisaslaşmış Departamentimiz tərəfindən aparılmış ekspertiza və təhlillərinə əsasən, qeyd olunan məhsulların istehsal mənşəyindən asılı olmayaraq kontrafakt olduğunu təsdiq edirik. Ona görə də, “LACOSTE” brendinin, lakin bununla məhdudlaşmayaraq, Əmtəə nişanlarının. Dizaynlarının, Müəllif Hüquqları və Patentləri də daxil olmaqla. LACOSTE şirkətinin Əqli Mülkiyyət Hüquqlarının müstəsna sahibi və mülkiyyətçisi kimi, Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından xahiş edirik ki, qeyd olunan bütün bu kontrafakt “LACOSTE” əmtəə nişanlı mallar Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq lazımi qaydada müsadirə edilərək məhv edilsin.
12. Məhkəmə tərəflərlərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
13. İlk olaraq iddia tələbinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********8420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 500 ədəd, 68 kq portmanatlar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi ilə bağlı məhkəmə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
14. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun:
15. 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
16. 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
17. 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
18. 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
19. 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
20. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” A zərbaycan Respublikası Qanununun:
21. 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır.
22. 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklore nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.
23. 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır.
24. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
25. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
26. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının(1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə):
27. 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyriqanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir.
28. 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur.
29. 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:
30. 1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;
31. 2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;
32. 3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi.
33. 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bıs maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
34. Qeyd olunanlardan və gömrük orqanının qərarından da göründüyü kimi cavabdeh fərdi sahibkar tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd etmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır.
35. Göründüyü kimi işdə olan sübutlar ilə iddiaçının tələbinin təsdiqi tapdığından, cavabdehin etirazında göstərilənlər isə iddianın rədd edilməsinə əsas olmadığı üçün, məhkəmə hesab edir ki, tələb həmin hissədə əsaslıdır və təmin edilməlidir.
36. Bundan əlavə iddiaçı Cavabdehndən 5000 (beş min) manat məbləğində mənəvi zərərə görə kompensasiya, 1600 (min altı yüz) manat məbləğində sənədləşmə işlərinin aparılması ilə bağlı pul vəsaitinin ödənilməsini tələb etmişdir. Məhkəmə iddianın bu hissədə əsasız olduğunu hesab edərək, rədd edilməsi qənayətinə gəlir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, zərər və sənədlərə çəkilmiş xərclərlə bağlı məhkəməyə sübut təqdim edilməlidir.
39. Lakin iddia tələbinin qeyd olunana hissələrinə dair yuxarıda göstərilən xüsusatlar baxımından əsaslandırılmamış və məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, mübahisəli mallar dövriyyəyə çıxarılmadığı üçün həmin kontrafakt mallara görə iddiaçıya zərərin dəyməsi də məntiqli hesab edilə bilməz.
40. Məhkəmə xərcləri ilə bağlı məhkəmə aşağıdakı məqamları eyd etməyi zəruri hesab edir.
41. İddiaçı cavabdehdən 400 manat məbləğində vəkil xərcinin tutulmasını da məhkəmədən xahiş etmişdir.
42. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunmuşlar.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
45. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin,məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
47. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsi qiymətləndirilməyən iddia ərizəsinə şamil edildiyindən məhkəmə xərcləri onu ödəməkdən azad edilməyən cavabdehə aid edilməli və 400 manat vəkil xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000059Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli CN2708 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 90AA963/90AA964 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş 500 ədəd, 68 kq portmanatlar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Vəkil xərcinin əvəzi olaraq 400 manat Cavabdeh MMC-dən tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumunu Cavabdeh MMCdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova