Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-846/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı “idxal olunmuş malların müsadirə olunaraq məhv edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əqli mülkiyyət hüququ, əmtəə nişanı, kompensasiya) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil2 iştirakı ilə, iddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı “idxal olunmuş malların müsadirə olunaraq məhv edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı “İddiaçı” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33- 1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 74 kq kişi sviterləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və cavabdehdən 7000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/Q00060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZRİ905170409 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHCİ7/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 2095 kq kişi sviterləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və Cavabdeh 7000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İddiaçı” Şirkətinə(“LACOSTE”) ünvanladığı 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 14 sentyabr 2024-cü il tarixli №60Q saylı Bildirişinə əsasən fərdi sahibkar Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilərək və baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 iş günü müddətinə 12 sentyabr 2024-cü il tarixindən 26 sentyabr 2024-cü il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 14 sentyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000071Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 30 sentyabr 2024-cü il tarixli № 71Q saylı Bildirişinə əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 iş günü müddətinə 27 sentyabr 2024-cü il tarixindən 11 oktyabr 2024-cü il tarixinədək uzadılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq qərarı və bildirişi bu iddia ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000071Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 30 sentyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. Hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X3, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000071Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarın və həmin Qərarlara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” 60Q saylı Bildirişin və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” 71Q saylı Bildirişin iddiaçı “İddiaçı” Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdeh vaxtında rəsmən təqdim olunmasına və Qərarların “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdeh Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da iddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi “İddiaçı” Şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 26 sentyabr 2024-cü il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000071Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 11 oktyabr 2024-cü il tarixinədək uzadılmış fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin №e-16(113)-675/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə “İddiaçı” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların istifadəsi və özgəninkiləşdirilməsi Cavabdeh məhkəmə tərəfindən 08 noyabr 2024-cü il tarixinədək qadağan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin İş №e-16(113)-675/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı bu İddia Ərizəsinə əlavə olunur. Cavabdeh isə ona məxsus mallar barəsində Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında Qərardadını mübahisələndirməyib və həmin Qərardadın ləğvinə dair məhkəməyə şikayət verməmişdir. Bu fakt isə öz növbəsində, Cavabdeh Bakı Baş Gömrük İdarəsinin Qərarı ilə razı olduğunu və idxal etdiyi “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqləyir. Qeyd etmək istəyirik ki, hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus “LACOSTE” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müvafiq qaydada tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış “LACOSTE” X2 Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş “LACOSTE” əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması barədə xx.xx.2021-ci il tarixli müvafiq Bildirişləri bu iddia ərizəsinə əlavə olunur. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “LACOSTE”-nın əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqları obyektləri olan mallarının Gömrük Reyestrinə xx.xx.2022-ci il tarixində daxil edilmişdir və müvafiq qaydada qorunur. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli müvafiq Məktubu bu iddia ərizəsinə əlavə olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 283-cü maddəsinin tələblərinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 iş gününədək uzadılır. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 iyun tarixli 163 nömrəli Qərarı ilə tənzimlənir. Bildiririk ki, Azərbaycan Respublikasında “İddiaçı” Şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması, tanınması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində şirkətin adı, təsviri müvafiq siniflər üzrə əmtəə nişanları qeydiyyata alınmış və qorunmasına nəzarət edilir. İddia tələbinin kompensasiya ödənilməsi ilə bağlı hissəsində hesab edirik ki, Cavabdehin əməlləri nəticəsində İddiaçı “İddiaçı” Şirkətinin işgüzar nüfuzuna, mənafeyinə xələl gətirilmişdir. İddiaçı “İddiaçı” Şirkəti tərəfindən həmin əməllərin qarşısının alınması üçün Gömrük Orqanında təmsil edilməsi və məhkəmədə iddia qaldırılması onun işgüzar nüfuzuna vurulmuş zərərin müdafiəsi, bərpası kimi qiymətləndirilir. Bu baxımdan iddiaçının “İddiaçı” Şirkəti tərəfindən həmin xərclərin əvəzi olaraq Cavabdehdən 5000 (beş min) AZN məbləğində mənəvi zərərin tələb edilməsinin ağlabatan olduğunu hesab edirik. Həmçinin hüquqi xidmətlərin göstərilməsi ilə bağlı iddiaçı “İddiaçı” Şirkəti tərəfindən vəkilə, nümayəndəyə çəkilən xərclər, pretenziya məktubların göndərilməsi, etibarnamənin hazırlanaraq təsdiq edilməsi, gömrük orqanında iddiaçının iştirakı ilə zəruri sənədləşmənin aparılması, əmtəə nişanının Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatı ilə bağlı rüsumlar və digər bütün xərcləri nəzərə alaraq, 2000 manat məbləğində, toplam 7000 manat məbləğində kompensasiyanın cavabdehdən tutulmasının ağlabatan olduğunu hesab edirik. Göstərilənləri nəzərə alaraq, hesab edir ki, hüquq sahibi - “İddiaçı” Şirkətinin pozulmuş hüququnun bərpa edilməsini və qanunla tanınan və qorunan hüquq və mənafeyinin qorunmasının təmin edilməsi üçün Cavabdeh Azərbaycan Respublikasına idxal etdiyi sözügedən kontrafakt mallarının ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdeh kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Gömrük Məcəlləsinin 283.1, 285, 286, 287.1, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 26, 32-34-cü, 36-cı maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin malların gömrükdən çıxarılıb başqa ölkədə satılmasına razı deyillər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh malın alınmasında şəxsən özü iştirak etmişdir. Bu malların kontrafakt mallar olması barədə qətiyyən məlumatlı olmamışdır. Bugünkü gündə də həmin malların kontrafakt mallar olması müəyyən deyil və Cavabdeh aldadıldığını düşünür. Kiməsə məxsus malları ölkəyə gətirib satmaq məqsədi olmamışdır. Belə olan halda bir sahibkar olaraq maddi-mənəvi zərər çəkirlər. Bu mübahisə məhkəmə yolu ilə deyil, barışıq yolu ilə həllini tapmasını istəyirlər. Əsas səbəbkarlar hər iki tərəfə dəymiş zərərin qarşılığını ödəməlidir. Cavabdeh tərəf vicdanlı alıcıdır. Cavabdeh qeyd olunan malların hamısını ödəniş edərək Çindən “Outlet” mağazasından almışdır. Hamıya da məlumdur ki, orada satılan mallar dəyərindən qat-qat aşağı qiymətə satılır. Real vəziyyət budur ki, vətəndaş pulunu ödəyərək məhsulu almışdır. Burada cavabdehliyi iddiaçının adından malları satan şəxs məsuliyyət daşımalıdır. Sonda o, iddianın təmin olunmamasını xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan məlum olur ki, əmtəə nişanları üzərində əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə müraciətinizi nəzərə alaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 279.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”na əsasən Komitənin 1000/063 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamı ilə müraciətinizdə qeyd olunmuş “LACOSTE” əmtəə nişanı adı altında mallar reyestrə daxil edilmişdir. Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli “Malların buraxılışının dayandırılması haqqında” qərarından görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı olması əlamətləri aşkar olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE" əmtəə nişanlı malların buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə” Bildiriş № 60Q-dən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Bakı Baş Gömrük İdarəsinin 12.09. 2024-cü il tarixli 3-33-1100/000060Q nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların xx.xx.2024-cü il tarixindən 26.09,2024-cü il tarixinədək buraxılışı dayandırıldığı bildirilmişdir: Gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər: Baxış zamanı 74 kq LACOSTE əmtəə nişanlı kişi sviterlərinin olduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” qərarından görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı olması əlamətləri aşkar olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE" əmtəə nişanlı malların buraxılışı 10 (on) iş günü müddətinə dayandırılması uzadılması qərara alınmışdır. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” Bildiriş № 71Q-dən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının xx.xx.2024-cü il tarixli 3-33-1100/000071Q nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək buraxılışının dayandırılması müddəti uzadılması bildirilmişdir: XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı kişi sviterləri **********; Malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı 5100AHC17/03AEU017 avtomobil nəqliyyat vasitəsi; mallara dair yol-nəqliyyat sənədlərinin nömrəsi: AZR**********; gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər: Baxış zamanı 74 kq LACOSTE əmtəə nişanlı kişi sviterləri olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş məlumat fotoşəkillərində “İddiaçı” şirkətinin məhsullarını saxtadan fərqləndirən xüsusiyyətlər göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında 12 sentyabr 2024-cü il tarixli 3-33-1100/000060Q nömrəli Qərara əsasən ərizəçiyə və bəyannaməçiyə göndərilmiş 60Q nömrəli bildirişdə qeyd edilən "LACOSTE” əmtəə nişanlı kişi sviterlərinin miqdarının 74 kq olduğu göstərilmişdir. Lakin tərtib edilmiş akta əsasən gömrük nəzarəti altında saxlanılan “LACOSTE” əmtəə nişanlı kişi sviterlərinin miqdarının 2095 kiloqram olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova ünvanlanmış xx.xx.2021 tarixli bildirişdə qeyd edilmişdir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən LACOSTE (ünvan: 31-37 Boulevard de Montmorency, F-75016 PARİS (FR) adına qeydiyyata alınan ******* saylı müvafiq təsvirli beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 09, 14, 18, 24, 25, 35-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 08 fevral 2029cu il tarixinə qədər qüvvədədir. Tətbiq edilən hüquq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. 26-cı maddəsinin birini və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır. 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının(1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə): 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir. 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur. 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:
1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;
2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;
3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi. 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bıs maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “İddiaçı” şirkətinin nişan sahibi olaraq “LACOSTE” əmtəə nişanının barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Əmtəə nişanın sahibi, iddiaçı “İddiaçı” şirkətinin razılığı olmadan Cavabdeh tərəfindən gətirilmiş, onun bəyan etdiyi 2095 kq-lıq “LACOSTE” əmtəə nişanlı kişi sviterləri Azərbaycan Respublikasına idxal olunmaqla “LACOSTE” əmtəə nişanından istifadə edilmişdir. Bu isə qeydə alınmış əmtəə nişanına dair iddiaçının hüquqlarının pozulması sayılır. Həmçinin idxal olunmuş 2095 kq-lıq “LACOSTE” əmtəə nişanlı məhsullar, həmin əmtəə nişanı ilə qeyri-qanuni təchiz olunduğundan kontrafakt hesab edilir. Belə olan halda iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün cavabdeh tərəfindən gətirilmiş, hüquq pozuntusunun obyekti olan 2095 kq-lıq “LACOSTE” əmtəə nişanlı məhsulların müsadirə edilərək məhv edilməsini, vurulmuş ziyan və çəkilmiş xərc əvəzində kompensasiya tələb etmək də haqlıdır. Cavabdehin nümayəndəsi izahatında cavabdehin həmin malların kontrafakt olmasından xəbərsiz olduğunu, aldadıldığını, Çin Xalq Respublikasında “Outlet” mağazasından aldığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları, malların rəsmi mağazadan alınmasına dair çekləri məhkəməyə təqdim etməmiş, eitrazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qanunvericilik normalarını, nişan sahibi olaraq iddiaçının əmtəə nişanına müstəsna hüququnun cavabdeh tərəfindən pozulduğunu, cavabdeh tərəfindən gətirilmiş 2095 kq-lıq “LACOSTE” əmtəə nişanlı məhsulların kontrafakt olduqlarını, belə olan halda isə məhkəmənin hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malik olduğunu, iddiaçının vurulmuş ziyan və çəkilmiş xərcə görə 1000 manatdan 50000 manatadək kompensasiya tələb etmək hüququnun olduğunu, tələb edilən kompensasiya məbləğinin kontrafakt malların həcminə nisbətdə ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 2095 kq kişi sviterləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Cavabdeh tərəfindən vurulmuş zərərə görə 7000 (yeddi min) manat kompensasiya məbləği tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Kənan Hüseynov