Məhkəmə qərarları › İş №e-2-2(113)-8530/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8530/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8530/2025 15.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC, "xxxx" MMC, X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:müqavilənin etibarsızlığı) X12 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdeh3 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC, "xxxx" MMC, X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC, "xxxx" MMC, X6 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X7 ilə İddiaçı arasında bağlanılan (1) **-ZH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (2) **-EA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (3) **-ZK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (4) **-OF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (5) **-TF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (6) **-GY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (7) **-GY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (8) **-CN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (9) **-LY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (10) **-LY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi; 2. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılan (1) WSM**********6675 BAN nömrəli nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (2) WSM**********2829BAN nömrəli nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (3) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli, (4) **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli, (5) **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi; 3. Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanılan (1) WDB9440331L442389 BAN nömrəli nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (2) WF0UXXTTPUBU67187 BAN nömrəli nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (3) WK0S**********738 BAN nömrəli nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (4) WSM**********7548 BAN nömrəli nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (5) **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, (6) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, (7) **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (8) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli, (9) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixlialğı-satqımüqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi; 4. Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanılan **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixlialğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi; 5. Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanılan (1) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (2) **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər X7, Cavabdeh3 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC (Müqaviləyə əsasən “F1 LOGİSTİCS GROUP” tərkibi olaraq adlandırılmışdır) ilə aramızda 01 yanvar 2018-ci il tarixində F1-1408 nömrəli X5 bağlanmışdır. Həmin müqaviləyə əsasən “F1 LOGİSTİCS GROUP” “Formula 1 Azərbaycan Gran-prisi” layihəsi çərçivəsində logistika fəaliyyətininin icrası məqsədilə “Partnyor Təchizatçı” ilə, yəni mənimlə qarşılıqlı əməkdaşlıq etməyi, mülkiyyətimdə olan nəqliyyat vasitələrini zəruri hallarda həmin şəxslərin istifadəsinə verməyim və əldə etdiyimiz mənfəəti bu Müqavilədə nəzərdə tutulan qaydada aramızda bölməyi öhdəmizə götürmüşük. Qeyd olunan 01 yanvar 2018-ci il tarixində F1-1408 nömrəli X3xx.xx.2020-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşma ilə "xxxx" MMC də həmin şirkətlər qrupunun siyahısına əlavə olunmuşdur və Müqavilənin tərəfi kimiçıxış etməyə başlamışdır. X2 2.1.3-cü bəndinə əsasən mənim, zəruri hallarda mülkiyyətimdə olan nəqliyyat vasitələrini “F1 LOGİSTİCS GROUP”a daxil olan şəxslərin adına müqavilə əsasında rəsmiləşdirilməsi üçün tədbir görmək öhdəliyim olmuşdur. Müqavilənin 2.2.11-ci bəndinə əsasən isə cavabdehlərin Müqavilə ləğv edildikdən sonra “F1 LOGİSTİCS GROUP”a daxil olan şəxslərin adına müqavilə əsasında rəsmiləşdirilmiş nəqliyyat vasitələrinin Təchizatçı Partnyorun adına yenidən rəsmiləşdirilməsi üçün zəruri tədbir görmək və bununla bağlı yaranan bütün xərcləri qarşılamaq öhdəliyiniz olmuşdur. Qeyd edim ki, Müqavilə bağlandıqdan sonra qeyd olunan müqavilə şərtləri nəzərə alınaraq, mülkiyyətimdə olan bəzi nəqliyyat vasitələrinin cavabdehlərin adına rəsmiləşdirməli olduq. Cavabdehlər bunu tenderdə iştirak və müvafiq sənədləşmələrin həyata keçirilməsinin daha asan olması ilə əsaslandırdılar, mən isə bunun aramızda bağlanan biznes əməkdaşlığımüqaviləsi ilə nəzərdə tutulduğu üçün etirazetmədim. Lakin müvafiq dövlət orqanları tərəfindən X5 əsasında nəqliyyat vasitəsinin fiziki şəxsin adından hüquqi şəxsin adına rəsmiləşdirilməsinə icazə verilmədiyi üçün məcbur olaraq həmin nəqliyyat vasitəsinin alğı-satqısına dair aramızda formal müqavilə bağlanmışdır (bununla bağlı mənə əlavə heç bir vəsait ödənilmədən). Lakin aramızda bağlanmış Müqavilə üzrə gözlənilən nəticələrə nail olunmadığından, xx.xx.2023-cü il tarixli 1209/2023 nömrəli Xitam Sazişi ilə X3 xitam verilmişdir. Həmin Sazişə əsasən, cavabdehlər tərəfindən onların adına rəsmiləşdirilmiş nəqliyyat vasitələrinin mənim adıma keçirilməsi öhdəliyi götürülmüşdür. Buna baxmayaraq, alğı-satqı müqaviləsi əsasında tərəfimdən Cavabdehlərin adına rəsmiləşdirilmiş nəqliyyat vasitələrinin faktiki olaraq mənim istifadəmdə qalmasına baxmayaraq, rəsmi qeydiyyatda hələ də şirkətlərin adına saxlanılmaqdadır. Halbuki, Müqavilə şərtlərinə əsasən Müqavilə ləğv olunduğu halda onlar həmin nəqliyyat vasitələrini həm mənim adıma yenidən rəsmiləşdirməli, həm də bununla bağlı zəruri xərcləri ödəməli idilər. Bu da onu göstərir ki,cavabdehlər üzərinə götürdükləri öhdəlikləri lazımi şəkildə həyata keçirmirlər və mənim hüquqlarımı kobudcasına pozurlar. Hazırki vəziyyətdə nəqliyyat vasitələrinin cavabdehlərin adına olması mənim üçün hüquqi cəhətdən ciddi problemlər yaradır və mən həmin nəqliyyat vasitələrini özgəninkiləşdirə bilmirəm. Bununla əlaqədar mən cavabdehlərə xx.xx.2025-ci ildə rəsmi qaydada pretenziya məktubu da göndərmişəm və tələb etmişəm ki, Pretenziya məktubu rəsmi qaydada onlara təqdim edildiyi gündən 3 (üç) iş günü ərzində Nəqliyyat vasitələrinin alğı-satqısına dair müqavilənin etibarsız olduğunu nəzərə alaraq, həmin müqavilələri ləğv etsinlər və nəqliyat vasitələrinin yenidən adıma rəsmiləşdirilməsi üçün lazımi tədbir görsünlər. Lakin cavabdehlər bunu etmədiyi üçün mən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh X7 ilə İddiaçı arasında bağlanılan (1) **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci iltarixli, (2) **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dair xx.xx.2021-ci xx.xx.2021-ci ci iltarixli, (3) **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dairxx.xx.2021 xx.xx.2021-ci ci i tarixli, (4) **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci ci il tarixli, (5) **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ci il tarixli, (6) **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ci il tarixli, (7) **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (8) **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (9) **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ci il tarixli, (10) **-LY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi;Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılan (1) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018ci il tarixli, (2) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (3) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli, (4) **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli, (5) **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi;Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanılan (1) **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (2) **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (3) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (4) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (5) **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, (6) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, (7) **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (8) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli, (9) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi;Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanılan, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi; Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanılan (1) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair, (2) **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Cavabdeh3 MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, birgə əməkdaşlıq əsasında nəqliyyat vasitələrinin balansımıza keçirilməsinə razılaşmışdıq. Lakin bu razılaşma praktiki olaraq icra olunmamışdır və nəqliyyat vasitələri istifadəmizdə olmamışdır. Bu vəziyyətlə bağlı məhkəmədənkənar məsələni həll etməyə çalışsaq da, heç bir nəticə əldə edə bilməmişlər. İddia əsaslıdır, iddia tələbini qəbul edirlər. Müqavilələr etibarsız olmuşdur,

6. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı ilə Cavabdeh3 MMC arasında xx.xx.2019-cü il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

11. İddiaçı ilə Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

12. İddiaçı ilə X7 arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

13. İddiaçı ilə X7 arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

14. İddiaçı ilə X7 arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

15. İddiaçı ilə X7 arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

16. İddiaçı ilə X7 arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

17. İddiaçı ilə X7 arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

18. İddiaçı ilə X7 arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

19. İddiaçı ilə Cavabdeh3 MMC arasında xx.xx.2023-cü il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

20. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

21. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

22. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

23. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

24. İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

25. İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

26. İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

27. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

28. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsi imzalanmışdır.

29. İddiaçı ilə “F1 LOGİSTİCS GROUP” (1. X7 , VÖEN: **********; 2. Cavabdeh1 MMC, VÖEN: **********; 3. Cavabdeh3 MMC, VÖEN: **********; Cavabdeh2 MMC, VÖEN: **********; 5. "xxxx" MMC) arasında imzalanmış Biznes Əməkdaşliği haqqında xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən Hazırkı Müqaviləyə əsasən “F1 LOGİSTİCS GROUP” “Formula-1 Azərbaycan Gran-prisi” layihəsi çərçivəsində logistika fəaliyyətininin icrası məqsədilə “Partnyor Təchizatçı” ilə qarşılıqlı əməkdaşlıq etməyi və əldə etdikləri mənfəəti bu Müqavilədə nəzərdə tutulan qaydada aralarında bölməyi öhdələrinə götürürlər.

30. İddiaçı ilə “F1 LOGİSTİCS GROUP” (1. X7 , VÖEN: **********; 2. Cavabdeh1 MMC, VÖEN: **********; 3. Cavabdeh3 MMC, VÖEN: **********; Cavabdeh2 MMC, VÖEN: **********; 5. "xxxx" MMC) arasında imzalanmış Biznes Əməkdaşliği haqqında Xitam Verilməsi barədə 14 noyabr 2023-cü il tarixli 1209/2023 saylı Sazişə əsasən “Tərəflər” arasında 01 yanvar 2018-ci il tarixli, Fl-1408 nömrəli Biznes əməkdaşlığı haqqında Müqavilə bağlanmışdır. Lakin həmin Müqavilə üzrə nəzərdə tutulan nəticələrə nail olunmadığından və planlaşdırılmış minimum gəlir limitləri əldə edilmədiyindən, “Tərəflər” qarşılıqlı razılıq əsasında qeyd olunan Müqaviləyə xitam verilməsi barədə qərara gəlmişlər.

31. Cavabdeh "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, bildiririk ki, nəqliyyat vasitələrinin istifadəsi məhz ölkəmizdə keçirilən Formula yarışı üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə keçirilən tenderlərin tələbi də xidmət zamanı istifadə olunacaq texnikaların tender iştirakçılarının mülkiyyətində olması olduğundan mən, direktoru olduğum digər cavabdehlər, habelə partnyorla birgə n/v-ə dair formal alğı-satqı müqaviləsi bağlamaq məcburiyyətində olmuşuq. Yəni, mübahisə olunan alğı-satqı müqavilələri həqiqətən də uydurma olmuşdur. Lakin layihə nəzərdə tutulduğu formada baş tutmadıqda iddiaçı n/v-ni tələb edən zaman mübahisə ilə bağlı iddiaçıya dəfələrlə müxtəlif təkliflər irəli sürsək də, iddiaçı razı olmamış və təəssüf ki işi məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir. Halbuki, iddiaçının n/v-nin dəyərini bizə ödəyib, daha sonra bizim həmin dəyəri aybaay iddiaçıya geri qaytarmağımız məqbul hesab oluna bilərdi. Nəzərə alınmalıdır ki, həmin əmlakların bizim balansımızda qalması bizim istifadə etmədiyimiz əmlak üzrə vergi ödəməyimiz və beləliklə bu müddət davam etdikcə əsassızca maddi itkiyə məruz qalmağımız deməkdir.

32. Cavabdeh "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Şirkətimiz müvafiq biznes layihəsinə 2020-ci ildə qoşulmuş və layihədən ciddi gəlir əldə edəcəyini hədəfləmişdir. Bu əsasla, tenderlərə daxil olan zaman tenderlərin tələbinə uyğunlaşmaq üçün iddiaçının da etirazı olmadığından hər hansı ödəniş olmadan müvafiq alğı-satqı müqavilələrinin bağlanması razılaşdırılmışdır. Lakin layihə planlanlandığı kimi inkişaf etmədiyindən işlərin dayandırılması, n/v-in iddiaçıya qaytarılması zərurəti yaranmışdır. Digər biznes əməkdaşları ilə birgə iddiaçıya minimal dəyərlə n/v-nin dəyərini ödəyib, müqaviləni bağlayıb, daha sonra həmin vəsaitin il ərzində hissəvi olaraq iddiaçıya qaytarılmasına dair hesablaşmaların aparılması təklifi irəli sürsək də, iddiaçı heç bir formada təklifimizi qəbul etməmiş və sonradan bizə məlum olmuşdur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

33. Cavabdeh2 MMC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, nəqliyyat vasitələrinin istifadəsi məhz ölkəmizdə keçirilən Formula yarışı üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə keçirilən tenderlərin tələbi də xidmət zamanı istifadə olunacaq texnikaların tender iştirakçılarının mülkiyyətində olması olduğundan mən, direktoru olduğum digər cavabdehlər, habelə partnyorla birgə n/v-ə dair formal alğısatqı müqaviləsi bağlamaq məcburiyyətində olmuşuq. Yəni, mübahisə olunan alğısatqı müqavilələri həqiqətən də uydurma olmuşdur. Lakin layihə nəzərdə tutulduğu formada baş tutmadıqda iddiaçı n/v-ni tələb edən zaman mübahisə ilə bağlı iddiaçıya dəfələrlə müxtəlif təkliflər irəli sürsək də, iddiaçı razı olmamış və təəssüf ki işi məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir. Halbuki, iddiaçının n/v-nin dəyərini bizə ödəyib, daha sonra bizim həmin dəyəri aybaay iddiaçıya geri qaytarmağımız məqbul hesab oluna bilərdi. Nəzərə alınmalıdır ki, həmin əmlakların bizim balansımızda qalması bizim istifadə etmədiyimiz əmlak üzrə vergi ödəməyimiz və beləliklə bu müddət davam etdikcə əsassızca maddi itkiyə məruz qalmağımız deməkdir.

34. Cavabdeh X7 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, nəqliyyat vasitələrinin istifadəsi məhz ölkəmizdə keçirilən Formula yarışı üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə keçirilən tenderlərin tələbi də xidmət zamanı istifadə olunacaq texnikaların tender iştirakçılarının mülkiyyətində olması olduğundan mən, direktoru olduğum digər cavabdehlər, habelə partnyorla birgə n/v-ə dair formal alğısatqı müqaviləsi bağlamaq məcburiyyətində olmuşuq. Yəni, mübahisə olunan alğısatqı müqavilələri həqiqətən də uydurma olmuşdur. Lakin layihə nəzərdə tutulduğu formada baş tutmadıqda iddiaçı n/v-ni tələb edən zaman mübahisə ilə bağlı iddiaçıya dəfələrlə müxtəlif təkliflər irəli sürsək də, iddiaçı razı olmamış və təəssüf ki işi məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir. Halbuki, iddiaçının n/v-nin dəyərini bizə ödəyib, daha sonra bizim həmin dəyəri aybaay iddiaçıya geri qaytarmağımız məqbul hesab oluna bilərdi. Nəzərə alınmalıdır ki, həmin əmlakların bizim balansımızda qalması bizim istifadə etmədiyimiz əmlak üzrə vergi ödəməyimiz və beləliklə bu müddət davam etdikcə əsassızca maddi itkiyə məruz qalmağımız deməkdir.

35. Cavabdeh1 MMC məhz ölkəmizdə keçirilən Formula yarışı üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə keçirilən tenderlərin tələbi də xidmət zamanı istifadə olunacaq texnikaların tender iştirakçılarının mülkiyyətində olması olduğundan mən, direktoru olduğum digər cavabdehlər, habelə partnyorla birgə n/v-ə dair formal alğısatqı müqaviləsi bağlamaq məcburiyyətində olmuşuq. Yəni, mübahisə olunan alğısatqı müqavilələri həqiqətən də uydurma olmuşdur. Lakin layihə nəzərdə tutulduğu formada baş tutmadıqda iddiaçı n/v-ni tələb edən zaman mübahisə ilə bağlı iddiaçıya dəfələrlə müxtəlif təkliflər irəli sürsək də, iddiaçı razı olmamış və təəssüf ki işi məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir. Halbuki, iddiaçının n/v-nin dəyərini bizə ödəyib, daha sonra bizim həmin dəyəri aybaay iddiaçıya geri qaytarmağımız məqbul hesab oluna bilərdi. Nəzərə alınmalıdır ki, həmin əmlakların bizim balansımızda qalması bizim istifadə etmədiyimiz əmlak üzrə vergi ödəməyimiz və beləliklə bu müddət davam etdikcə əsassızca maddi itkiyə məruz qalmağımız deməkdir.

36. Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, WSM**********6675,WSM**********2829,WSM**********7548,WDB9440331L442389,W F0UXXTTPUBU67187 ban nömrəli nəqliyyat vasitələri İddiaçı qeydiyyatdan çıxmışdır.

V. Tətbiq edilən hüquq:

37. AR Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. - 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. - 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

38. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

40. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

43. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X9rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

44. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

45. Məhkəmənin hazırlıq iclaslarında cavabdehlərin nümayəndələri ayrı-ayrılıqda və məhkəmə ünvanladıqları ərizəlrlə iddia ərizəsində qeyd edilən müqavilələrin etibarsız olduğunu etiraf etmiş, formal alğı-satqı müqaviləsi bağlamaq məcburiyyətində olmuşuq. Yəni, mübahisə olunan alğı-satqı müqavilələri həqiqətən də uydurma əqd olduğunu etiraf edərək iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hesab edir ki. Qeyd edilən müqavilələrin etibarsız olması işin mübahisəzi halıdır.

46. Belə ki,İddiaçı cavabdeh X7 ilə İddiaçı arasında bağlanılan (1) **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (2) **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dair xx.xx.2021-ci xx.xx.2021-ci ci iltarixli, (3) **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dairxx.xx.2021 xx.xx.2021-ci ci i tarixli, (4) **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci ci il tarixli, (5) **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ci il tarixli, (6) **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ci il tarixli, (7) **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (8) **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (9) **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ci il tarixli, (10) **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi;Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılan (1) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (2) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (3) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli, (4) **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli, (5) **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi;Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanılan (1) **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018ci il tarixli, (2) **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (3) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (4) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli, (5) **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, (6) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, (7) **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (8) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli, (9) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi;Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanılan, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsi; Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanılan (1) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair ci il tarixli, (2) **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dairci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlərin ləğv edilməsini xahiş etmişdir.

47. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.

48. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.

49. İddiaçı ona istinad edir ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd müvafiq dövlət orqanları tərəfindən X5 əsasında nəqliyyat vasitəsinin fiziki şəxsin adından hüquqi şəxsin adına rəsmiləşdirilməsinə icazə verilmədiyi üçün məcbur olaraq həmin nəqliyyat vasitəsinin alğı-satqısına dair formal müqavilə bağlanmışdır.

50. Cavabdehlər məhkəməyə ünvandıqları yazılı ərizədə tərəflrə arasında bağlanılmış müqavilələrin formal müqavilə olduğunu qəbul etmişlər.

51. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitələrinin alğı-satqısı,X5 və Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubu ilə təsdiq edilir ki,tərəflər arasında həqiqətən biznes əməkdaşlığı münasibətləri çərçivəsində iddiaçı tərəfindən cavabdehə nəqliyyat vasitələri təqdim edilmiş,həmin nəqliyyat vasitələri formal olaraq alğı-satqı müqaviləsi imzalamaqla cavabdehlərin adına rəsmiləşdirilmişdir.İşin halları ilə təsdiq edilir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq nəqliyyat vasitələrinin cavabdehlərin mülkiyyətinə vermək yox,həmin nəqliyyat vasitələrinin biznes əməkdaşlığı çərçivəsində istifadə etmək olmuşdur.

52. Uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir.

53. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X7 ilə İddiaçı arasında bağlanılmış (1) **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021ci il tarixli, (2) **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (3) **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (4) **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (5) **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022ci il tarixli, (6) **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022ci il tarixli, (7) **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022ci il tarixli, (8) **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (9) **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022ci il tarixli, (10) **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilməli və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlər ləğv edilməli,Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış (1) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (2) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (3) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli; (4) **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli; (5) **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli.alğı-satqı müqavilələri etibarsız etibarsız hesab edilməli və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlər ləğv edilməli,Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanılmış (1) **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (2)**-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (3) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (4) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (5) **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli; (6) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli; (7) **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli; (8) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli; (9) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilməli və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlər ləğv edilməli,Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanılmış **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlər ləğv edilməli,cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış (1) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli; (2) **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilməli və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlər ləğv edilməlidir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh X7 ilə İddiaçı arasında bağlanılmış (1) **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (2) **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (3) **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli, (4) **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (5) **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (6) **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (7) **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (8) **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (9) **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli, (10) **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilsin və bu müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlər ləğv edilsin. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış (1) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (2) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (3) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli; (4) **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli; (5) **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli.alğı-satqı müqavilələri etibarsız hesab edilsin və həmin müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanlarına dair qeydlər ləğv edilsin. Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanılmış (1) **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (2)**-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (3) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (4) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2018-ci il tarixli; (5) **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli; (6) **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli; (7) **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli; (8) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli; (9) **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilsin və həmin müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanlarına dair qeydlər ləğv edilsin. Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanılmış **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyat nişanına dair qeydlər ləğv edilsin. Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış (1) **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli; (2) **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilsin və həmin müqavilələr əsasında aparılmış dövlət qeydiyyat nişanlarına dair qeydlər ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar