Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-858/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qaimə-fakturanın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya Vergilər Nazirliyinin e-qaimə adlanan sistemi vasitəsi ilə taxta və digər ağacdan hazırlanan məhsulların alınması ilə bağlı göndərilmiş xx.xx.2019-cü il tarixli 135401 nömrəli qaiməfakturanın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh iddiaçıya Vergilər Nazirliyinin e-qaimə adlanan sistemi vasitəsi taxta və digər ağacdan hazırlanan məhsulları alması ilə bağlı xx.xx.2019-cü il tarixli 135401 nömrəli qaimə-faktura göndərmişdir. Bildirmək istəyirəm ki, aramızda şifahi və ya hər hansı yazılı müqavilə və ya razılıq olmamışdır. Sonradan iddiaçı Cavabdeh qaimə-fakturanı ləğv etməsi ilə bağlı müraciət etməyinə baxmayaraq onun tərəfindən qaimə-faktura ləğv edilməmiş və bunun nəticəsində iddiaçının fəaliyyəti ilə bağlı vergi orqanı tərəfindən aparılmış yoxlama zamanı iddiaçıya vergi borcu hesablanmışdır. Bildirilir ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarına əsasən iddiaçı tərəfindən həmin qaiməfaktura qəbul edilməsədə belə, 5 gün müddətində elektron vergi portalı tərəfindən elektron qaimə-faktura qəbul edilmiş və sonradan həmin qaiməfakturanın ləğv edilməsi ancaq təqdim edən tərəfindən aparıla bilər. Həmçinin “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 2.5.3-cü maddəsinə əsasən elektron qaiməfaktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunmalıdır. Bildirilir ki, iddiaçı ilə Cavabdeh arsında sonuncu tərəfindən qaimə-faktura qeyd edilmiş RH42 nömrəli müqavilə ümumiyyətlə bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, əvvəllər Cavabdeh tanımadığını, həmin şəxsdən hər hansı malları almadığını, müqavilə münasibətlərin yaranmadığını, ona qarşı vergi orqanları tərəfindən müəyyən maliyyə sanksiyası tətbiq olunandan sonra, hazırki hesab fakturanın mövcudluğunu bilmiş və sonradan Cavabdeh mobil telefonun nömrəsini əldə edib, sonuncudan mübahisəli hesab fakturanın ləğv edilməsini xahiş etsə də, Cavabdeh bunu etməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh istifadəsində olan telefona SMS məlumatın göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ.İşin halları İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli 135401 nömrəli elektron vergi hesab fakturasından görünür ki, Cavabdeh tərəfindən İddiaçı 347107,62 manat məbləğində malın satılması əks etdirilib. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı Cavabdeh tərəfindən alıcı İddiaçı 347107,62 manat məbləğində malların satılmasını əks etdirən xx.xx.2019-cu il tarixli 135401 nömrəli elektron vergi hesab fakturası vergi elektron sisteminə yerləşdirilmiş, lakin alıcı İddiaçı fakturada göstərilən mallar təhvil verilməmiş, sonuncu bir neçə ildən sonra sözügedən hesab faktura ilə bağlı məlumatı əldə etmiş və satıcıya mübahisəli fakturanın ləğv edilməsi ilə bağlı müraciət etsə də, sonuncu bunu etməmiş, həmçinin məhkəmə gedişatında satıcı məhkəmə iclaslarına gəlməmiş və 347107,62 manat məbləğində malların alıcı İddiaçı təhvil verildiyini əks etdirən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi satıcı Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 135401 nömrəli elektron vergi hesab fakturası vergi elektron sisteminə yerləşdirilsə də, 347107,62 manat məbləğində mallar alıcı İddiaçı təhvil verilməmişdir, həmçinin tərəflərin arasında müqavilədən irəli gələn münasibətləri yaranmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 135401 nömrəli elektron vergi hesab fakturası ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 135401 nömrəli elektron vergi hesab fakturası ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-858/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-858/2024
06.03.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver