Məhkəmə qərarları › İş №e-2-2(113)-8639/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8639/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8639/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı güzəştli kredit ödənişinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliyin icra edilməməsi, güzəştli kredit ödənişinin geri qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi, Vəkil2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı güzəştli kredit ödənişinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05 avqust 2020-ci il tarixli müqavilə №007 üzrə 88790,13 manat, müqavilə №007/2 üzrə 111535,38 manat, müqavilə №007/3 üzrə 77197,89 manat, və 01 aprel 2021-ci il tarixli müqavilə №016 üzrə 47208,33 manatın və hüquqi yardımla bağlı ödənilmiş 576,28 manat xərcin, cəmi 325308,01 manat pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 05 avqust 2020-ci il (müqavilə №007, №007/2, №007/3) və 01 aprel 2021-ci il (müqavilə №016) tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə müqavilə №007 üzrə 27 baş, müqavilə №007/2 üzrə 37 baş, müqavilə №007/3 üzrə 26 baş, müqavilə №016 üzrə 15 baş “Simmental” cinsli damazlıq inək əldə etmişdir. Damazlıq heyvanların alınması üçün Cavabdeh2 müqavilə №007 üzrə 92 205,14 manat, müqavilə №007/2 üzrə 125 054,82 manat, müqavilə №007/3 üzrə 87 267,18 manat və müqavilə №016 üzrə 50 588,19 manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış müqavilə №007 üzrə 27 baş, müqavilə №007/2 üzrə 37 baş, müqavilə №007/3 üzrə 26 baş və müqavilə №016 üzrə 15 baş heyvanın təsərrüfatında olmaması aşkar edilmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq həmin heyvanların ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh imzaladığı 3 ədəd xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli İltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə müqavilə №007 üzrə 92205,14 manat, müqavilə №007/2 üzrə 125054,82 manat, müqavilə №007/3 üzrə 87267,18 manat və müqavilə №016 üzrə 50588,19 manat, beləliklə cəmi 355115,33 ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir: 1. İddiaçı tərəfindən iddia tələbinin əsası olaraq, “2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış müqavilə №007 üzrə 27 baş, müqavilə №007/2 üzrə 37 baş, müqavilə №007/3 üzrə 26 baş və müqavilə №016 üzrə 15 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq həmin heyvanların ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmiş, 3 ədəd xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli İltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edildiyi, cəmi 355 115,33 ziyan vurulduğu, dəfələrlə xəbərdar edilməsinə baxılmayaraq ödənişlər icra edilməmişdir” qeyd edilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlər ilkin baxış keçirilən zaman iddiaçının ərizədə qeyd etdiyi əsasları sübuta yetirə biləcəyi hər hansı sənədi təqdim etmədiyi aydın şəkildə görünməkdədir. Belə ki, 05 avqust 2020-ci il (müqavilə №007, №007/2, №007/3) və 01 aprel 2021-ci il (müqavilə №016) tarixli müqavilələr üzrə (90 baş və 15 baş olmaqla) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə müqavilələr üzrə 105 baş heyvan subsidiya əsasında cavabdehə təhvil verilmişdir. Həmin müqavilələrdə heyvanlarla bağlı ətraflı öhdəliklər tənzimlənmədiyindən, damazlıq heyvanların üçüncü şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi məsələsi müvəkkili tərəfindən imzalanan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “iltizamlar” ilə müəyyənləşdirilmişdir. Sözügedən iltizamlara əsasən damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verilməyəcəyi, baytarın müsbət rəyi olmadan kəsilməyəcəyi öz əksini tapmışdır. Həmin iltizamlarla müddət müəyyənləşdirilmiş olsa da, həmin müddətin başlanılması öz əksini tapmamışdır. İlkin olaraq nəzərə almaq lazımdır ki, iltizam tərəflər arasında müəyyən öhdəliklər yaradır və hər bir tərəfin üzərinə məsuliyyət təyin edir. Buradan birbaşa aydın etmək mümkün olur ki, sözügedən iltizamlar yazılı şəkildə bağlanmış müqavilənin əlavəsi və ya yeni bir müqavilədir. Çünki iltizamların əsasını təşkil edən sənəd tərəflər arasında imzalanmış müqavilə olmuşdur. Yəni, yaranan öhdəliklərin hər biri ilkin müqavilə tarixi olaraq 05 avqust 2020-ci il nəzərdə tutulmalıdır. Bundan əlavə tərəflər arasında təhvil verilmiş mallar ilə bağlı yuxarıda qeyd edilən (xx.xx.2021 və xx.xx.2021) tarixlərdə iltizamlar imzalanmışdır. Belə olan halda həmin müddətin başlanılma tarixi olaraq müqavilənin bağlanıldığı və ya iltizamın imzalandığı tarix əsas götürülərsə cavabdehin həmin müddətə əməl etməyərək heyvanların ölüm və məcburi kəsim halı həqiqəti əks etdirmir. Çünki, iltizamın imzalandığı və orada qeyd olunan 3 illik öhdəlik tarixi öhdəliyin başlanıldığı müddət olaraq qəbul edilməli və məsuliyyətin bitmə tarixi iltizamın bitdiyi tarix hesab edilməlidir. Hər iki iltizamın imzalanması tarixlərinə nəzər yetirdikdə müəyyən etmək olur ki, iltizamların bitmə tarixi xx.xx.2024 və xx.xx.2024-cü il olur. Yəni həmin tarixdən etibarən iddiaçı tərəfindən qeyd edilən öhdəliklər artıq yekunlaşmışdır. Yəni həmin tarixdən etibarən damazlıq heyvanları 3-cü şəxslərin mülkiyyətinə/istifadəsinə verməmək və ya baytar rəyi olmadan kəsməmək kimi öhdəliklər öz qanuni qüvvəsini itirmişdir. Yəni tərəflər arasında imzalanmış müqavilə və ona əsasən tərtib edilmiş iltizamlarda qeyd edilən vəzifə və öhdəliklər xitam olmuşdur. 2. Bundan əlavə iddiaçı iddia ərizəsində “2024-cü ilin birinci rübündə monitorinqlər keçirildiyi və təsərrüfatda 37, 27, 26 və 15 baş heyvanın həmin təsərrüfatda olmadığı” müəyyən etdiyini bildirilmişdir. İddia ərizəsinə əlavə olaraq təqdim edilən monitorinqlər barədə aktlarda 2024-cü ilin birinci rübündə deyil, daha sonrakı müddətdə olan avqust ayında həyata keçirildiyi öz əksini tapır. Həmin müddət heyvanların təhvil alındığı 2021-ci ilin aprel ayı ilə uyğunsuzluq təşkil edilməklə 3 illik iltizam müddətinin bitdiyi tarixdən sonranı əhatə etməkdədir. Hansı ki, nə müqavilələrdə, nə də iltizamda daha sonra bu kimi yoxlanışların olacağı, bundan əlavə iltizama “ömür boyu” riayət ediləcəyi barədə məlumat əks etdirilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən 3 illik müddətdən sonra azad şəkildə heyvanlar barədə sərəncam vermək hüququ istifadə edilə bilərdi. 3. Növbəti əsas olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olaraq təqdim edilən aktlar qanuna müvafiq şəkildə tərtib edilməmişdir. İddiaçı qeyd etmişdir ki, “Mülki iş üzrə "avqust 2024-cü il tarixli və 30 aprel 2025-ci il tarixli aktlarda iddiaçı tərəfindən təsərrüfata baxış keçirilməsinin mümkün olmadığı, telefon zənglərinə cavab verilmədiyi, monitorinqlərin keçirilməsinə şərait yaradılmadığı, təsərrüfatın qeyriqənaətbəxş hesab edildiyi qeyd edilmişdir”. Lakin, sözügedən tarixdə iddiaçının nümayəndələri tərəfindən hər hansı telefon zəngi edilməmiş, keçiriləcək yoxlama barədə ona məlumat təqdim edilməmiş, faktiki olaraq ünvanının, məlumatlarının mövcud olmasına baxmayaraq hər hansı şəxs vasitəsilə onunla əlaqə saxlanılmamışdır. Həmin zaman yoxlanışın keçirilməsi, kim tərəfindən necə keçirilməsi isə ümumiyyətlə cavabdehə aydın olmamışdır. Daha əvvəldən xəbərdar edilmədiyi üçün təsərrüfatın mühafizəsinin təmini məqsədilə həmin sahənin bağlı olması başa düşülən haldır. Daimi olaraq həmin ərazidə cavabdehin olması da qeyri-mümkün bir haldır. Ancaq iddiaçı tərəfin qeyd olunan məqamlara əməl etmədən aktlaşdırmanın həyata keçirilməsi və bağlı olan təsərrüfat sahəsində (daxil olmadan) monitorinq keçirmədən qeyri-qənaətbəxş adlandırılması əsassız olmaqla yanaşı həmin monitorinqlərin qanuna müvafiqliyini də sual altına alır. Hazırkı dövrdə praktikada görünən və həmçinin qanunvericiliyin tələbi bundan ibarətdir ki, keçiriləcək yoxlamalar barədə əvvəldən sahibkar məlumatlandırılmalı, müvafiq qərar sahibkara təqdim edilməli, o qərar ilə tanış edilərək yoxlama həyata keçirilməlidir. Bundan əlavə keçirilən yoxlamalar müvafiq reyestrdə qeydiyyata alınmalıdır. Lakin tərəfindən qeyd edilən halları təkzib edə biləcək hər hansı bir sübut nə daha əvvəl onlara, nə də məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, həmin aktlaşdırmaların həyata keçirildiyi tarix yuxarıda qeyd olunanlara əsasən iltizam müddəti üzrə öhdəliyin bitdiyi tarixdən sonrakı müddətə təsadüf edir. Yəni iddiaçı tərəfindən qanunsuz aktların tərtib edilməsindən əlavə, səlahiyyəlti olmadığı müddət ərzində belə bu kimi yoxlamaların həyata keçirilməsi “baş tutmuşdur”. Həmçinin iddiaçı hansı səbəbdən olması məlum olmamasına baxmayaraq tərəfindən iltizam dövründə tələf olan heyvanlarla bağlı təqdim olunan aktlar nəzərə alınmamışdır. Belə ki, 25 may 2022-ci il tarixində cavabdehin təsərrüfatında olan heyvanların bir qismi xəstələnmiş və bu halın iltizam müddətində baş verdiyini nəzərə alaraq, baytarlar tərəfindən təsərrüfata baxış keçirilmişdir. Baxış nəticəsində baytarlar tərəfindən səkkiz heyvanın (birka nömrələri qeyd olunmaqla akt əlavə olunur) beşində tənəffüs yollarında, üçündə isə mastit xəstəliyi olduğu müəyyən edilərək, heyvanların çıxdaş edilməli olduğu bildirilmişdir. Bundan başqa ümumilikdə iltizam dövrü ərzində xəstəliyə yoluxan heyvanlarla bağlı cavabdeh tərəfindən Aqrar Sığorta Fonduna müraciət edilmiş, Fond tərəfindən verilən cavab məktublarında da heyvanların xəstələnməsi faktı bir daha öz əksini tapmış, 9 heyvanın sığorta ödənişi həyata keçirilmişdir. 4. Əlavə olaraq İddiaçı iddia ərizəsində “öhdəliyin icrası barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq ödənişlərin icra edilmədiyini bildirmişdir”. Cavabdehə yalnızca xx.xx.2025-ci il tarixdə müraciət daxil olmuş, həmin müraciət izahlı şəkildə 5 gün sonra xx.xx.2025-ci il tarixli məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” qaydalarının 7.1-ci bəndi nəzərə alınmalıdır. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Lakin iltizam tarixi bitdikdən sonra iddiaçı tərəfindən yalnızca 1 dəfə yoxlanış həyata keçirilmişdir. Halbuki qanunvericiliyin tələbindən aydın şəkildə görünür ki, rüblük olaraq yəni ildə 4 dəfə olmaqla səlahiyyətli şəxslər tərəfindən monitorinq həyata heçirilməli idi. İltizam müddəti ərzində cavabdehə hər hansı bir pretenziya, xəbərdarlıq məktubu ünvanlanmamış, hansısa uyğunsuzluğun müəyyən edilməsi barədə bildiriş təqdim edilməmişdir. Əlavə olaraq müqavilə üzrə təhvil verilən heyvanlarda iltizam müddəti bitdikdən sonra dırnaq çürüməsi (nekrobaterioz) xəstəliyi aşkarlanmışdır. Dırnaq çürüməsi damazlıq heyvanların tələf olmasına səbəb olmuşdur ki, bu xəstəlik heyvanların xilas olmasını qeyri-mümkün edən xəstəlik növüdür. Sözügedən xəstəlik ilə bağlı müvafiq internet saytlarında və digər resurslarda yetəri qədər məlumatlar əks etdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2-ci maddəsində öhdəliyin icrası yalnız onun üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəlik olaraq tənzimlənmişdir ki, iltizam müddətini nəzərə alaraq daşıdığı öhdəlik müddəti tam şəkildə 2024-cü ilin aprel ayından bitmişdir. Təqdim edilmiş iddia ərizəsi yalnızca formal mülahizələr əsasında tərtib edilmiş, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş və birinci instansiya məhkəməsinə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, məsələ ilə bağlı elektron poçt üzərindən Agentliyə məlumat verilməsi ilə əlaqədar müraciət etmişdir. Sığorta ödənişləri ilə bağlı onların sistemində məbləğin görünmədiyini bildirmişlər. Lakin yoxlama aktları, 3 il ərzində heyvanların monitorinqi ilə bağlı hər hansı sübut yoxdur. Hazırda mövcud sübutlar əsasında iddia tələbini müdafiə edir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda iddia tələbinin əsası cavabdehə təhvil verilmiş damazlıq heyvanlarının qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində ödənilmiş güzəşt məbləğidir. Fevral ayına kimi keçirilən baxışlar barədə məlumatı yoxdur. 2025-ci ildə baxış keçirilməsi barədə ona məlumat verilib. Düzdür, iltizam müddəti həmin dövrdə bitmişdir. Həmin dövrə kimi Hesablama Palatası tərəfindən bütün yoxlanışlar keçirilib, daha sonra ziddiyətlər yarandıqda onlar da yoxlamaya cəlb edilir. Hesablama Palatasının monitorinq aktı var, lakin onlara təqdim edilməmişdir. 28 heyvandan 9 heyvana sığorta ödənişinin ödənilməsi barədə məlumatı yoxdur. Rəsmi mail üzrə cavabdehin bildirdiyi hallar üzrə quruma müraciət edilsə də qurumun hazırda mövqeyi dəyişməzdir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iltizam müddəti ərzində ümumi 105 baş heyvandan 26 baş heyvanın müəyyən xəstəliklərdən dolayı ölməsi, məcburi kəsilməsi zərurəti yaranmışdır. Sığorta Fondu çağırılmış və hal aktlaşdırılmışdır. Digərləri isə iltizam müddəti bitdikdən sonra olmuşdur. Tərəfindən iltizam dövründə tələf olan heyvanlarla bağlı təqdim olunan aktlar nəzərə alınmamışdır. Belə ki, 25 may 2022-ci il tarixində cavabdehin təsərrüfatında olan heyvanların bir qismi xəstələnmiş və bu halın iltizam müddətində baş verdiyini nəzərə alaraq, baytarlar tərəfindən təsərrüfata baxış keçirilmişdir. Baxış nəticəsində baytarlar tərəfindən səkkiz heyvanın beşində tənəffüs yollarında, üçündə isə mastit xəstəliyi olduğu müəyyən edilərək, heyvanların çıxdaş edilməli olduğu bildirilmişdir. Bundan başqa ümumilikdə iltizam dövrü ərzində xəstəliyə yoluxan heyvanlarla bağlı cavabdeh tərəfindən Aqrar Sığorta Fonduna müraciət edilmiş, Fond tərəfindən verilən cavab məktublarında da heyvanların xəstələnməsi faktı bir daha öz əksini tapmış, 9 heyvanın sığorta ödənişi həyata keçirilmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, 2022-ci il fevral ayında AKİA-nın nümayəndələri 10 gün-10 gün aralığında 2 dəfə olmaqla yoxlamaya gəlmişdilər. Həmin dövrdə 18 baş heyvan tələf olmuşdu. 9 heyvan üzrə sığorta ödənişinin edilməsi barədə akt tərtib etdilər. Həmin aktın bir surəti onda, digər surəti özlərində qaldı. Onda hazırda həmin aktın surəti yoxdur. Lakin qarşı tərəfdə bu akt var. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 016 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzeşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazliq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 15 (on beş) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir. 1.2-ci bəndinə əsasən Alıcı 15 baş damazlıq heyvanlarına 87338,19 manat satış dəyəri təşkil edən məbləği ödəyir. 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ödənişlər yalnız 1.1-ci bənddə qeyd edilən cins damazlıq heyvanın ödənişinə yönəldilir. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ərizə ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək ərizəsində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, 016 saylı, 1 aprel 2021 tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 87338,19 AZN olan 14 (on dörd) baş Simmental cinsli damazlıq heyvan, 1 (bir) baş Simmental (marka:, model:, seriya/şassi nömrəsi: ) satış dəyərinin minimum 40 faizinin tərəfimdən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və "xxxx" ASC-də açılmış bank hesabıma köçürülməsinə razılıq verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizam ilə Cavabdeh2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən (veriləcək) 14 baş Simmental cinsli damazlıq heyvan, 1 (bir) baş Simmental (marka:, model:, seriya/şassi nömrəsi:) saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə üzərinə öhdəlik görümüşdür. Yuxarıda sadanalan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini imzası ilə təsdiq etmişdir. Avstriya şirkəti tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli, 26022021-9 nömrəli kommersiya fakturasına əsasən 30 baş Simmental cinsli boğaz düyənin ümumi dəyəri 82.500 avro, 26022021-8 nömrəli kommersiya fakturasına əsasən 30 baş Simmental cinsli boğaz düyənin ümumi dəyəri 82.500 avro, 25012021-1 nömrəli kommersiya fakturasına əsasən 31 baş Simmental cinsli boğaz düyənin ümumi məbləği 82.150 avro təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh2 tərəfindən "xxxx" MMCyə 36750 manat pul ödənmişdir. HS-**********-PS nömrəli X2 və Kənd Təsərrüfatı X1 Sığortasi üzrə Sığorta Şəhadətnaməsinə əsasən sığorta predmetini bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən (15 baş simmental cinsli) X2 təşkil edir. Ümumi sığorta məbləği 87 338,19 manat, ümumi sığorta haqqı 8297,14 manat, dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan sığorta haqqı 4148.57 manat təşkil edir. "xxxx" MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 007/3 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azerbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli,413 nömrəli Fərmanına və həmin Fermanla təsdiqlənmiş Qaydalara əsasən .damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazliq heyvanın Alıcıya satı İmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2 bəndində müəyyən edilmiş dəyorinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 26 (iyirmi altı) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbui edir. AJıcımn güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə İcazə verilmir. 1.2-ci bəndinə əsasən alıcı 26 (iyirmi altı) baş damazlıq heyvanlarına 150967,18 manat satış dəyəri təşkil edən məbləği ödəyir. 1.4cü bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ödənişlər yalnız 1.1-ci bənddə qeyd edilən cins damazlıq heyvanın ödənişinə yönəldilir. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ərizə ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, 007/3 saylı, 5 fevral 2021 tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 150967,18 AZN olan 26 (iyirmi altı) baş Simmental cinsli damazlıq heyvan satış dəyərinin minimum 40 faizinin tərəfimdən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və "xxxx" ASC-də açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizam ilə Cavabdeh2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən (veriləcək) 26 (iyirmi altı) baş Simmental cinsli damazlıq heyvan saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə üzərinə öhdəlik görümüşdür. Yuxarıda sadanalan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə aynlmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh2 tərəfindən "xxxx" MMCyə 211500 manat, xx.xx.2021-ci il tarixdə 9000 manat pul ödənmişdir. HS-**********-PS nömrəli X2 və Kənd Təsərrüfatı X1 Sığortasi üzrə Sığorta Şəhadətnaməsinə əsasən sığorta predmetini bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən (26 baş simmental cinsli damazlıq heyvan) X2 təşkil edir. Ümumi sığorta məbləği 525 027 manat, ümumi sığorta haqqı 49 877,6 manat, dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan sığorta haqqı 24938,80 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, 33/21-EC/EK nömrəli “iribuynuzlu heyvanların qiymətləndirilməsinə dair hesabat” da qeyd olunmuşdur ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən edildi ki, "xxxx" MMC-yə məxsus olan, bu hesabatın 7-ci bölməsində siyahı üzrə qeyd edilmiş, 26 baş simmental cinsli damazlıq iribuynuzlu heyvanların ümumilikdə hazırkı bazar dəyəri: 153400 manat təşkil edir. "xxxx" MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 007 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli,413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən .damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazliq heyvanın Alıcıya satılmasını,Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 27 (iyirmi yeddi) baş Simental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı İsə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə İcazə verilmir. 1.2-ci bəndinə əsasən alıcı 27 (iyirmi yeddi) baş damazlıq heyvanlarına 158355,27 manat satış dəyəri təşkil edən məbləği ödəyir. 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ödənişlər yalnız 1.1-ci bənddə qeyd edilən cins damazlıq heyvanın ödənişinə yönəldilir. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ərizə ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, 007 saylı, 5 fevral 2021 tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 158355,27 AZN olan 27 (iyirmi yeddi) baş Simmental cinsli damazlıq heyvan satış dəyərinin minimum 40 faizinin tərəfimdən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və "xxxx" ASC-də açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqınd” iltizam ilə Cavabdeh2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən (veriləcək) 27 (iyirmi yeddi) baş Simmental cinsli damazlıq heyvan saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə üzərinə öhdəlik görümüşdür. Yuxarıda sadanalan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə aynlmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini imzası ilə təsdiq etmişdir. Avstriya şirkəti tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli, 17022021-1 nömrəli kommersiya fakturasına əsasən 27 baş Simmental cinsli boğaz düyənin ümumi dəyəri 74.250 avro təşkil edir. xx.xx.2021-ci il tarixli, 26/21-EC/EK nömrəli “iribuynuzlu heyvanların qiymətləndirilməsinə dair hesabat” da qeyd olunmuşdur ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən edildi ki, "xxxx" MMC-yə məxsus olan, bu hesabatın 7-ci bölməsində siyahı üzrə qeyd edilmiş, 27 baş simmental cinsli damazlıq iribuynuzlu heyvanların ümumilikdə hazırkı bazar dəyəri: 159 300.00 manat təşkil edir. "xxxx" MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 007/2 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli,413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazliq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 37 (otuz yeddi) baş Simmental cinsli damazlıq heyvanları Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə İcazə verilmir. 1.2-ci bəndinə əsasən alıcı 37 (otuz yeddi) baş damazlıq heyvanlarına 215704,82 manat satış dəyəri təşkil edən məbləği ödəyir. 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ödənişlər yalnız 1.1-ci bənddə qeyd edilən cins damazlıq heyvanın ödənişinə yönəldilir. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ərizə ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, 007/2-sayh, 5 fevral 2021 tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 215704,82 AZN olan 37 (otuz yeddi) baş Simmental cinsli damazlıq heyvan satış dəyərinin minimum 40 faizinin tərəfimdən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və "xxxx" ASC-də açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqınd” iltizam ilə Cavabdeh2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən (veriləcək) 37 (otuz yeddi) baş Siııımeıılal cinsli damazlıq heyvan saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə üzərinə öhdəlik görümüşdür. Yuxarıda sadanalan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə aynlmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli, 30/21-EC/EK nömrəli “iribuynuzlu heyvanların qiymətləndirilməsinə dair hesabat” da qeyd olunmuşdur ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən edildi ki, "xxxx" MMC-yə məxsus olan, bu hesabatın 7-ci bölməsində siyahı üzrə qeyd edilmiş, 37 baş simmental cinsli damazhq iribuynuzlu heyvanların ümumilikdə hazırkı bazar dəyəri: 218300 manat təşkil edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair (subsidiya məbləği 47318,04 və 23270,15 AZN), (subsidiya məbləği 125054,82 AZN), (subsidiya məbləği 87267,18 AZN), (subsidiya məbləği 92205,14 AZN) 30 aprel 2025-ci il tarixli aktların “aşkar olunmuş çatışmazlıqlar” hissəsində qeyd olunmuşdur ki, hal-hazırda təsərrüfata baxış keçirilməsi tərəfimizdən mümkün olmamışdır. Belə ki, təsərrüfat sahibi ilə 055 *** ** ** telefon nömrəsi ilə əlaqə saxlanılsa da vətəndaş telefon zənglərinə cavab verməmişdir. Monitorinqin keçirilməsinə şərait yaradılmadığı üçün təsərrüfat tərəfimizdən qeyri-qənaətbəxş hesab edilmişdir. İddia tələbi dəqiqləşdirildikdən sonra təqdim edilmiş maliyyə arayışlarında güzəşt ayrılmış 27 baş damazlıq heyvanlar üzrə dəymiş zərərin həcmi 88 790, 13 manat, güzəşt ayrılmış 37 baş damazlıq heyvanlar üzrə dəymiş zərərin həcmi 111 535, 38 manat, güzəşt ayrılmış 26 baş damazlıq heyvanlar üzrə dəymiş zərərin həcmi 77 197, 89 manat, güzəşt ayrılmış 15 baş damazlıq heyvanlar üzrə dəymiş zərərin həcmi 47 208,33 manat müəyyən edilmişdir. Binə Baytarlıq məntəqəsinin özəl baytar həkimi tərəfindən tərtib olunmuş 25 may 2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, təsərrüfata baxış keçirildi, heyvanlar müayinə olundu. Heyvanlardan həqiqətən 5-ində tənəffüs orqanlarının xəstəlikləri, 3-ündə mastit xəstəliyinin ağır forması aşkar olundu. Təsərrüfat sahibinə xəstəliklərlə bağlı məlumat verildi və heyvanların çıxdaş olunması məsləhət görüldü. Aqrar Sığorta Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış 22 sentybar 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, HS**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT 596208768, AT 996894868, AT 810015868, AT ********* və AT ********* birka nömrəli heyvanlara dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə qeyd olunan AT ********* və AT ********* birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanların xx.xx.2021-ci il tarixdə xəstələnməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. X2nın və kənd təsərrüfatı X1 sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə əsasən iribuynuzlu heyvanlarda pasterelyoz və enterotoksemiya şübhəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq İdarəsinin məktubuna əsasən sözügedən iribuynuzlu heyvanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi müəyyən edilmişdir. Eyni zamanda müstəqil ekspertin rəyində Aqrar Sığorta Qaydalarının 1.21.1-ci bəndinin 12-ci abzası rəhbər tutularaq iribuynuzlu heyvanlarda ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzre təminat verilmiş sığorta risklərinə münasibətdə, əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar analizinin nəticələrinə əsasən yekun diaqnozun qoyulması qeyd olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi X3 Laboratoriyasının xx.xx.2021- ci il tarixli AZ**********/Lab04-21040 (1395) saylı sınaq Protokolu nəticələrinə əsasən AT ********* və AT ********* birka nömrəli heyvanlar üzrə verilən nümunərdə pasterelyoz xəstəlik törədiciləri aşkar edilmişdir. Aqrar Sığorta Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na və 2007-ci il aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər və yoluxucu olmayan heyvan xəstəlikləri nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir. Sığortalanmış AT ********* və AT ********* birka nömrəli heyvanlara dəymiş zərərlə bağlı Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Aqrar Sığorta Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış 19 oktyabr 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, HS-**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT ********* birka nömrəli heyvana dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə qeyd olunan AT ********* birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın xx.xx.2021-ci il tarixdə xəstələnərək ölməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. X2nın və kənd təsərrüfatı X1 sığortası üzre sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə əsasən iribuynuzlu heyvanda yoluxucu xəstəlik şübhəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq İdarəsinin məktubuna əsasən sözügedən iribuynuzlu heyvanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi səbəbindən tələf olması qeyd edilmişdir. Eyni zamanda müstəqil ekspertin rəyində Aqrar Sığorta Qaydalarının 1.21.1-ci bəndinin 12-ci abzası rəhbər tutularaq iribuynuzlu heyvanlarda ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə ekspert teminat tərəfindən verilmiş sığorta risklərinə münasibətdə, əlavə araşdırılmanın aparılması müstəqil analizinin nəticələrinə zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar Qida Təhlükəsizliyi əsasən yekun diaqnozun qoyulması qeyd olunmuşdur. Azərbaycan **********/Lab04-21043 X3 Laboratoriyasının xx.xx.2021-ci il tarixli (1540) saylı sınaq Protokolu nəticələrinə əsasən AT ********* birka nömrəli heyvan üzrə verilən nümunədə pasterelyoz xəstəlik törədiciləri aşkar edilmişdir. Azərbaycan Respublikası Aqrar Sığorta Nazirlər Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan "Baytarlıq sahəsində Kabinetinin profilaktikası, 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları'nda göstərilmiş karantin və xüsusi xəstəliklər təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan və yoluxucu olmayan heyvan xəstəlikləri nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir. Aqrar Sığorta Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış 02 avqust 2021-ci il tarixli məktublarda qeyd olunmuşdur ki, HS-**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT 785094268, AT ********* birka nömrəli heyvana dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə AT ********* birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın xx.xx.2021-ci il tarixdə, AT ********* birka nömrəli heyvanın xx.xx.2021-ci il tarixdə xəstələnməsi və bununla bağlı sığorta əməliyyatlarınınaparılması qeyd olunmuşdur. X2nın və kənd təsərrüfatı X1 sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyində Aqrar Sığorta Qaydalarının 1.21.1-ci bəndinin 12-ciabzası rəhbər tutularaq iribuynuzlu heyvanda ölüm səbəbinin müəyyən edilməsi və yamüqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar laboratoriya analizinin nəticələrinə əsasən yekun diaqnozun qoyulması qeyd olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi X3 Laboratoriyasının sınaq nəticələrinə əsasən verilən nümunədə pnevmokokk infeksiyası-Streptococcus pneumoniae aşkar edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarXidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq İdarəsinin məktubuna əsasən sözügedəniribuynuzlu heyvanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəlixəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi müəyyən edilmişdir. Laboratoriya analizlərinin nəticəsinə əsasən təsdiq edilmiş pasterelyoz xəstəliyinə görə Aqrar Sığorta Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahıs”na və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi vəfiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər və yoluxucu olmayan heyvan xəstəliklər nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir. Aqrar Sığorta Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış 04 avqust 2021-ci il tarixli məktublarda qeyd olunmuşdur ki, HS-**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT 067933569, AT 162408868, AT ********* birka nömrəli heyvana dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə AT ********* birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın xx.xx.2021-ci il tarixdə, AT ********* birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın xx.xx.2021-ci il tarixdə xəstələnməsi, AT ********* birka nömrəli heyvanın xx.xx.2021-ci il tarixdə xəstələnməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. X2nın və kənd təsərrüfatı X1 sığortası üzrə sığorta hadisesinin araşdırılması baredə müstəqil ekspertin rəyinə əsasən iribuynuzlu heyvanda ağciyərin iltihabı və pnevmoniya, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq İdarəsinin məktubuna əsasən sözügedən iribuynuzlu heyvanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi müəyyən edilmişdir. Sığorta risklərinə daxil olan yoluxucu xəstəliklərə ağciyərin iltihabı və pnevmoniya aid edilmir, həmçinin Aqrar Sığorta Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na və 2007-ci il 16 aprel tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər və yoluxuсu olmayan heyvan xəstəlikləri nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir. Aqrar Sığorta Fondu tərəfindən Cavabdeh2 ünvanlanmış 25 yanvar 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, HS-**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT ********* birka nömrəli heyvana dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə qeyd olunan AT ********* birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın xx.xx.2021-ci il tarixdə xəstələnərək ölməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. X2nın və kənd təsərrüfatı X1 sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə əsasən iribuynuzlu heyvanda yoluxuси xəstəlik şübhəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq İdarəsinin məktubuna əsasən sözügedən iribuynuzlu heyvanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi səbəbindən tələf olması qeyd edilmişdir. Eyni zamanda müstəqil ekspertin rəyində Aqrar Sığorta Qaydalarının 1.21.1-ci bəndinin 12-ci abzası rəhbər tutularaq iribuynuzlu heyvanlarda ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə, əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar analizinin nəticələrinə əsasən yekun diaqnozun qoyulması qeyd olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi X3 Laboratoriyasının xx.xx.2021- ci il tarixli **********/Lab04-21057-T-057 saylı sınaq Protokolu nəticələrinə əsasən AT ********* birka nömrəli heyvan üzrə verilən nümunədə pasterelyoz xəstəlik törədiciləri aşkar edilmişdir. Aqrar Sığorta Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər ve yoluxucu olmayan heyvan xəstəlikləri nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" MMC tərəfindən imzalanmış Lizinq portfelinin yığımı üçün ve Agentliyin digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətlərinin satın alınması üzrə fəaliyyət cədvəlinə əsasən lizinq və borcların yığımı üçün hər birlizinq alan/borcalan üzrə məhkəmədə təmsilçilik üzrə hüquqi yardımın dəyəri 576,28 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydaları: 2.1. Agentliyin vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir: 2.1.1. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi; 2.1.3. kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşməsinin maliyyələşdirilməsi; 2.1.4. heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi... 5.1. Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər və lizinq vəsaiti verilə bilər: 5.1.1. 15 000 manatadək - mikrokreditlər; 5.1.2. 15 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər; 5.1.3. 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər; 5.1.4. 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər; 5.1.5. 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər və lizinq vəsaiti. 5.4. Kredit və lizinq müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə və lizinqlərə güzəşt müddəti şamil edilmir. 6.1.2. idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi meyarlara uyğun olaraq yerli istehsala aid edilən müasir suvarma sistemlərinə münasibətdə isə 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. 6.2. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 6.2.1. müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir; 6.2.2. idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir; 6.2.3. damazlıq heyvanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kredit və lizinq yolu ilə maliyyələşdirirlər. 7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir. 7.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə əsasında "xxxx" MMC ilə 05 avqust 2020-ci il tarixli №007, №007/2, №007/3 və 01 aprel 2021-ci il tarixli №016 nömrəli müqavilələr bağlayaraq ümumilikdə 105 baş "Simmental" cinsli damazlıq heyvan əldə etmişdir. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli iltizamlar imzalayaraq əldə etdiyi damazlıq heyvanları 3 il müddətində üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməmək, həmçinin baytarın müsbət rəyi olmadan kəsməmək barədə öhdəlik götürmüşdür. İddiaçı cavabdehin qeyd olunan öhdəlikləri pozaraq heyvanları təsərrüfatında saxlamadığını və nəticədə Agentliyə ziyan vurduğunu bildirərək güzəşt edilmiş vəsaitin geri qaytarılmasını tələb etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iltizamlardan görünür ki, cavabdehin üzərinə götürdüyü öhdəliklər xx.xx.2021–xx.xx.2024 və xx.xx.2021–xx.xx.2024-cü illər tarixlərini əhatə edən 3 illik müddət üçün müəyyən edilmişdir. Lakin iddiaçı həmin müddət ərzində cavabdehin təsərrüfatında monitorinq və ya yoxlama aparılması, yaxud damazlıq heyvanların üçüncü şəxslərə verilməsi və ya satılması faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş 30 aprel 2025-ci il tarixli monitorinq aktlarından görünür ki, yoxlamalar iltizam müddəti başa çatdıqdan sonra aparılmış və 3 illik iltizam müddətində heyvanların olmamasına dair qeyd aparılmamışdır. Halbuki monitorinq nəticəsi yalnız öhdəliyin pozulmasını deyil, pozuntunun məhz iltizam müddəti ərzində baş verdiyini təsdiq etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə iltizam müddəti ərzində cavabdehin öhdəlikləri pozması ilə bağlı sübutların təqdim edilməsi təklif olunsa da, nümayəndə əlavə sübutlarının olmadığını bildirmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydaları”nın 7.2-ci bəndinə əsasən Agentlik maliyyələşdirilən təsərrüfat subyektlərində vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlər aparmaq hüququna malikdir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin təsərrüfatında iltizam müddəti ərzində hər hansı monitorinq aparılması müəyyən edilməmişdir. Bu halda iddiaçı tərəfindən öz nəzarət mexanizmlərindən istifadə edilməməsi cavabdehin öhdəliklərini pozması faktının mövcud olduğunu avtomatik olaraq təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, iş materiallarından görünür ki, iltizam müddəti ərzində bəzi heyvanların xəstələnməsi ilə əlaqədar baytarlıq baxışı keçirilmiş və baytarlıq rəylərinə əsasən bir sıra heyvanların çıxdaş edilməsi zəruri hesab edilmişdir. Həmçinin cavabdeh tərəfindən Aqrar Sığorta Fonduna müraciət edilmiş, bir sıra heyvanlar üzrə sığorta ödənişi həyata keçirilmişdir. Bu hallar cavabdehin heyvanların saxlanılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə vicdanla yanaşdığını göstərir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən imzalanmış iltizamda damazlıq heyvanların xəstəlik və ya təbii səbəblər nəticəsində tələf olması halında subsidiya məbləğinin geri qaytarılmasına dair hər hansı öhdəlik nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə iltizam müddəti ərzində cavabdehin damazlıq heyvanları üçüncü şəxslərə satması, istifadəsinə verməsi və ya baytarlıq rəyi olmadan kəsməsi faktı müəyyən edilməmişdir. Əksinə, tələf olmuş heyvanların bir qismi ilə bağlı rəsmi baytarlıq rəyi, digər qismi ilə bağlı isə cavabdeh tərəfindən sığorta fonduna müraciət faktı mövcuddur ki, bu da cavabdehin öhdəliklərə vicdanla yanaşdığını göstərir. Məhkəmə qeyd edir ki, sübutetmə yükü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı tərəfindən cavabdehin öhdəliyini pozaraq güzəştli kredit vəsaiti ilə aldığı heyvanları 3 il tamam olmamış satdığı və ya üçüncü şəxsə verildiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin üzərinə götürdüyü öhdəlikləri pozması sübuta yetirilmədiyindən subsidiya məbləğinin geri tələb olunması üçün hüquqi əsaslar mövcud deyildir. Odur ki, iddia təmin olunmamalı, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı güzəştli kredit ödənişinin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar