Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8728/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 19 sentyabr 2020-ci il tarixli, 0316-HRF-GM/20 saylı konsiqnasiya müqaviləsinə əsasən satılmış mallara dair yaranmış 213 (iki yüz on üç) manat qalıq borc və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə "xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh oğlu (bundan sonra “Alıcı”) ilə 19 sentyabr 2020-ci il tarixli, 0316-HRF-GM/20 saylı konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərilmişdir ki, müqavilənin icra yeri “Bakı şəhər, Nizami rayon, Məmmədəli Şərifli küç, “RM” Yağdəyişmə məntəqəsi, (YDM) ünvanıdır. Konsiqnasiya müqaviləsinə görə konsiqnator malları digər tərəfin anbarında (adnınaküd) saxlanca verir və digər tərəf isə həmin malların satışından əldə edilən gəlir hesabına ödəniş edir. Göründüyü kimi, müqavilə üzrə malların təhvil-təslimi, satışı, yəni icra olunması mağazanın yerləşdiyi ünvan üzrə həyata keçirilir və bu səbəblə müqavilənin icra yeri Cavabdeh oğlunun “Bakı şəhər, Nizami rayon, Məmmədəli ŞəriHli küç, “RM” Yağdəyişmə məntəqəsi, (YDM) ünvanında yerləşən mağazasıdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə alıcıya satmağı və alıcı isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən cavabdeh Hüseynov Rəşad Fazil oğluna Cəmiyyət tərəfindən ümumi dəyəri 213 (iki yüz on üç) manat dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən alıcı həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin heç bir hissəsini ödəməmiş, ümumi olaraq 213 (iki yüz on üç) manat dəyərindəki qalıq borcunu müəssisəyə geri qaytarmamışdır. Yekun olaraq qeyd edilmişdir ki, 19 sentyabr 2020-ci il tarixli, 0316-HRF- GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə toplam 213 (iki yüz on üç) manat dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən alıcı tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Borclu şəxsin 213 (iki yüz on üç) manat dəyərindəki borcunu ödəmək üçün xx.xx.2024-cü il tarixində elektron pretenziya məktubu göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən görünür ki, bir tərəf (Satıcı) digər tərəfə (Alıcı) müqavilə və qiymətlərin qarşılıqlı razılaşdırılması və malların təhvili aktına əsasən malları anbarda saxlanca verir və həmin mallar üzərində sərəncam hüquqları yaranır. Digər tərəf isə (Alıcı) öz növbəsində malları qəbul edir, anbarın (mağazanın) rəflərində yerləşdirir və həmin malların satışından müqavilə və onun əlavəsi ilə razılaşdırılmış məbləği satıcıya ödəyir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1, 384.4, 425.1, 427.3, 427.5, 441.1, 441.4, 447.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 19 sentyabr 2020-ci il tarixli, 0316-HRF-GM/20 nömrəli konsiqnasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları alıcıya satır. Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir. Həmin müqavilənin 2.1.4 maddəsinə əsasən alıcı həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır.
6. 19 sentyabr 2020-ci il tarixli, 0316-HRF-GM/20 nömrəli alqı-satqı müqaviləsinə dair 1 saylı əlavəyə uyğun olaraq xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırıması və malların təhvil verilməsi haqqında 1 nömrəli akta əsasən 213 manat dəyərində 2 ədəd KİXX G1 0W-20 SN PLUS 4L, 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4L, 2 ədəd KİXX G1 0W-30 SN PLUS 4L “İron Packing” satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir.
7. İddiaçı tərəfindən tərtib edilən və məhkəmənin elektron sistemi vasitəsilə təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh 19 sentyabr 2020-ci il tarixli, 0316-HRF-GM/20 nömrəli konsiqnasiya müqaviləsi üzrə İddiaçı MMC-yə 213 manat borcu yaranmışdır.
8. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, mübahisənin məhkəmədənkənar həll edilməsinə cəhd göstərmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
11. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 19 sentyabr 2020-ci tarixli konsiqnasiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, malların təhvil verilməsi haqqında 1 nömrəli aktdan görünür ki, 213 manat dəyərində mallar verilmiş, malların dəyəri ödənilməmişdir.
12. İddia tələbininin bir hissəsini Cavabdeh 213 manat ödənilməmiş borc məbləğinin tutulması təşkil edir.
13. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 213 manat (iki yüz on üç) əsas borc iddiaçının xeyrinə tutulmalıdır.
14. Eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə cavabdehdən tutulması xahiş edilmişdir.
15. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 213 manat (iki yüz on üç) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat (otuz) olmaqla, cəmi 243 manat (iki yüz qırx üç) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova