Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-875/2025 12.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borc” tələbinə dair iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Caspian Marine Services” BV-dən xx.xx.2020-ci il tarixli CMS-BMSG-09-20 saylı müqavilə üzrə 24400 manat borcun və 164 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhdar Cəmiyyəti ilə cavabdeh “X2” BV arasında xx.xx.2020-ci il tarixli CMS-BMSG-09-20 saylı müqavilə baglanmışdır. Müqavilə tərəfimizdən imzalanması üçün cavabdehə təqdim olunmasına baxmayaraq cavabdeh bugünə kimi müqaviləni imzalayıb geri qaytarmamışdır. xx.xx.2020-ci il tarixli CMS-BMSG-09-20 saylı müqaviləyə əsasən İddiaçı QSC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixinədək xidmətlər göstərmişdir. Cavabdeh bugünə kimi xx.xx.2020-ci il tarixli CMS-BMSG-09-20 saylı müqavilə üzrə xidmət haqqını ödəməmişdir. Borcun ödənilməsi üçün cavabdeh “X2” BV ilə dəfələrlə tərfimizdən şifahi görüşlər təşkil olunmuş borcun ödənməsi tələbi ilə cavabdehə xx.xx.2024-cü il tarixli H-248/2024 saylı pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Pretenziya məktubu göndərildikdən sonra cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin 01 avqust 2023-cü il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edildiyi barədə məlumat vermişdir. Göründüyü kimi cаvаbdеh xx.xx.2020-ci il tarixli CMS-BMSG-09-20 saylı müqaviləninşərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində “”İnci Group of Companies” QSCnimüqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. (Mülki Məcəllənin 421.2.-ci mаddəsi). Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhə dəfələrlə mürаciət оlunmаsınа, tərəfimizdən məsələnin məhkəmədənkənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, “X2” BVbоrcun ödənilməsi üçün hеç bir təşəbbüs göstərməmişdir. Odur ki, xx.xx.2020-ci il tarixli CMS-BMSG-09-20 saylı müqaviləyəəsasən cavadehin xx.xx.2023-cü il tarixinədək olan borcu 24400 (iyirmi dörd min dörd yüz) manat borc cavabdehdən tutulmalıdır. Sonuncu hazırlıq iclası xx.xx.2025-ci il tarixində keçirilmiş, tərəflər işin məhkəmə baxışı iclasına təyin edilməsinə etiraz etməmişlər. İş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. xx.xx.2025-ci il tarixlində iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı kimi iddianın əsasını dəyişərək idda həcmini azaldıb 22137,72 manat offis ləvəzimatı borcunu cavabdehdən tələb edirik və 22137.72 manat borcun cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsinini xahiş edir. xx.xx.2025-ci il tarixdə (saat 12:14) iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə prosesində məlum olmuşdur ki, İnci Qrupa heç bir borc cavabdeh tərəfindən yoxdur, borc BMS şirkətinədir. Odurki, MPM 54.1-ci maddə ilə əsl iddiaçı BMS Global Services MMC ilə əvəz edilməsi barədə Qərardad qəbul edəsiniz xx.xx.2025-ci il tarixdə (saat 13:03) iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Caspian Merin cəmi 4-cü rüb üçün 18593.,08 manat borcu vardır həmin borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirik. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmişdir. Və məhkəmə iddiaçının nümayəndəsinin iştirakını təmin etmək və verilmiş ziddiyatlı ərizələrə (ilkin olaraq xidmət müqaviləsi əsasında iddia ərizəsinin verilməsi, sonradan işin məhkəmə baxışı tarixinə qədər ərizə verərək alqı-satqı müqaviləsi üzrə ofis ləvazimatının alışına dair cavabdehdən borcun tutulmasını xahiş etməsi, daha bir ərizə ilə cavabdehin xidmət müqaviləsi üzrə İddiaçı QSC-yə borcun olmamasını, cavabdehin borcunun başqa şirkətə olması və iddiaçının əsl iddiaçı BMS Global Services MMC ilə əvəz edilməsi, daha sonra isə yenidən cavabdehin xidmət müqaviləsi üzrə 4-cü rüb üzrə yaranmış borcun tələb edilməsi) nümayəndə tərəfindən aydınlıq gətirilməsi, son olaraq tələbin nədən ibarət olmasının bildirilməsi üçün (çünki bütün ziddiyatlı ərizələr sonuncu hazırlıq iclasından sonra verilmiş, ərizələrdən sonra nümayəndə məhkəməyə gəlməmişdir) məhkəmə baxış iclası xx.xx.2025 il tarixə saat 15:20-ə təxirə salınsa da, iddiaçının nümayəndəsi ikinci baxış iclasında da iştirak etməmişdir. Beləliklə, məhkəmə iddiaçı tərəfindən verilmiş üç ziddiyatlı ərizələrə dair izahat verilməsi və tələbin nədən ibarət olmasına aydınlıq gətirilməsi üçün məhəmə iclaslarını təxirə salsa da, nümayəndə ardıcıl olaraq iki iclasa gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfin məhkəmə iclaslarında iştirak etməməklərinə narazıçılığını bildirərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. MPM-in 114.1 və 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 164 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-875/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-875/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver