Məhkəmə qərarları › İş №e-2-2(113)-879/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-879/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-879/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və X8 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisii Əmanətlərin Sığortalanması Fonduna qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi və digər Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X3 katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və X6 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka müqaviləsinə xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-2(102)-675/2022 nömrəli qərarı ilə iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisii Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli 2-2(106)-82/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Qərardan görünür ki: - Cavabdeh ASC-nin Şirvan filialı ilə cavabdeh X8 (etibarnamə ilə çıxış edib İddiaçı1 Talib oğlu) arasında bağlanmış 2015-ci il 26 fevral tarixli, 0076/15 saylı kredit müqaviləsinə əsasən, tərəflər X7 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, sahibkarlıq məqsədilə 14500 manat məbləğində kreditin verilməsi barədə razılığa gəlmişlər. - 2015-ci il 26 fevral tarixli kassa məxaric orderindən görünür ki, X7 14500 manat kredit verilmişdir. Kassa məxaric orderi 2015-ci il 18 fevral tarixli etibarnaməyə əsasən İddiaçı1 Talib oğlu tərəfindən imzalanmışdır. - "Zaminbank” ASC-nin Şirvan filialı ilə İddiaçı1 Talib oğlu arasında bağlanmış 2015-ci il 25 fevral tarixli, 0011/15 saylı ipoteka müqaviləsinə əsasən 2015-ci il 25 fevral tarixli, 0076/15 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı1 Talib oğluna məxsus Şirvan şəhəri, X11 küçəsində yerləşən 48,53 kv.m ümumi, 28,96 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 60 nömrəli mənzil "Zaminbank” ASC-nin Şirvan filialının xeyrinə ipotekaya qoyulmuşdur. Həmin müqavilə etibarnamə ilə çıxış edən İddiaçı1 Talib oğlu tərəfindən imzalanmışdır. - 2015-ci il 10 mart tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 Talib oğluna məxsus Şirvan şəhəri, X11 küçəsində yerləşən ev 19, 60 saylı mənzil Cavabdeh ASC-nin Şirvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Ləğv prosesində olan Cavabdeh ASC-nin 2020-ci il 25 dekabr tarixli, **********512 saylı maliyyə arayışından görünür ki, ləğv prosesində olan Cavabdeh ASC ilə X8 arasında bağlanmış 2015-ci il 26 fevral tarixli, 0076/15 saylı kredit müqaviləsi üzrə onun 2020-ci il 17 dekabr tarixinə banka 14.492,68 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 2.677,18 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.301,87 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 2.072,31 manat faiz borcu olmaqla, ümumi borc 20.544,04 manat təşkil edir. - Ləgv prosesində olan "xxxx" ASC tərəfindən X7 və İddiaçı1 Talib oğluna 2021 -ci il 27 yanvar tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə" 2021-ci il 27 yanvar tarixli **********253 saylı bildiriş ünvanlanaraq "xxxx" ASC ilə X8 arasında bağlanılmış 2015-ci il 26 fevral tarixli, 0076/15 saylı kredit müqaviləsi əsasında alınmış 14500 manat kreditə gorə cəmi 20.544,04 manat borcun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə həmin şəxslərə xəbərdarlıq edilmişdir. - Ləğv prosesində olan “Zaminbank" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə 2021-ci il 25 yanvar tarixli, **********151 saylı ərizə ünvanlanaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. - 2021-ci il 18 fevral tarixli, 2752 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatı barədə bildirişdən aydın olur ki, Şirvan şəhəri, X11 küçəsi ev 19 ünvanında yerləşən İddiaçı1 Talib oğluna məxsus 60 saylı mənzilə dair ipotekanın dövlət qeydiyyatına dair bildirişin qeydiyyatı əlavə edilmişdir. - Problemli kreditlərin kompensasiyası üzrə rəsmi internet portalından çıxarışdan görünür ki, X6 ləğv prosesində olan “Zaminbank ASC-yə olan əsas kredit borcu 14.492,68 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. - İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X7 və İddiaçı1 Talib oğluna qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İ.Hüseynovdan 14.492,68 manat əsas, 2.677,18 manat faiz, 1.301,87 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.072,31 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdeh İddiaçı1 məxsus olan Şirvan şəhəri, X11 küçəsi, ev 19 ünvanında yerləşən 48,53 kv.m. ümumi sahəsi, 28,96 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 60 nömrəli mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh İ.Hüseynovdan tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. - Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli, e-2-2(121)-27/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İ.Hüseynovdan 14.492,68 manat məbləğində əsas borc, 21 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum, ümumilikdə 14.553,68 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan banka ödənilməsi, tələbin İddiaçı1 məxsus 60 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 25000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 14.492,68 manat məbləğində əsas borc, 21 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun iddiaçıya ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh İddiaçı1 qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi və iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli, 2- 2(106)-82/2022 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətləri təmin olunmalı, mübahisə predmeti üzrə iddia müddəti tətbiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

2. İddiaçılar İddiaçı1 və X8 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisii Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 0011/15 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi, Şirvan şəhəri, X11 küçəsi, ev 19 ünvanında yerləşən 60 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi və iddiaçıların adlarının problemli müştərilər kimi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması üzrə aidiyyatı orqanlara ərizə ilə müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 oglu ilə ləgv prosesində olan Cavabdeh ASC-i arasında illik 6 % olmaqla 36 ay müddətinə 14500 manat məbləgində kredit verilməsi ilə baglı xx.xx.2015-ci il tarixli, 0076/15 nömrəli kredit müqaviləsi baglanmış və kredit borcunun təminatı kimi bank ilə İddiaçı1 oglu arasında sonuncuya məxsus Şirvan şəhəri, X11 küçəsi, ev 19 ünvanında yerləşən 48,53 kv.m ümumi sahəsi, 28, 96 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 60 nömrəli mənzil xx.xx.2015-ci il tarixli, 0011/15 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş və həmin müqavilə DƏDKR PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. Qeyd edir ki, kredit üzrə borc vaxtında ödənilmədiyi üçün ləgv prosesində olan Cavabdeh ASC-i X10 ogluna və İddiaçı1 ogluna qarşı “14.492,68 manat əsas, 2.677,18 manat faiz, 1.301,87 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.072,31 manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdeh X5 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan Şirvan şəhəri, X11 küçəsi, ev 19 ünvanında yerləşən 48,53 kv.m ümumi sahəsi, 28,96 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 60 nömrəli mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin X5 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan Cavabdeh ASC-yə təhvil verilməs barədə” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2 (121)-27/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim-Elşən Abdullayev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X5 14.492,68 manat məbləğində əsas borc, 21 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum, ümumilikdə 14.553,68 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nə ödənilməsi, tələbin İddiaçı1 məxsus Şirvan şəhəri, X11 küçəsi, ev 19 ünvanında yerləşən, 2 otaqlı, 60 saylı mənzilə yönəldilməsi, İddiaçı1 məxsus Şirvan şəhəri, X11 küçəsi, ev 19 ünvanında yerləşən, 2 otaqlı, 60 saylı mənzilin ilkin satış qiyməti 25.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 14.492,68 manat məbləğində əsas borc, 21 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum ləğv prosesində olan Cavabdeh ASC-yə ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh İddiaçı1 qaytarılması, iddia tələbi qalan hissədə rədd edilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti İddiaçı1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi müəyyən edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2 (121)-27/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətləri üzrə Şirvan Apellyasiya Məhkəməsinin Məhkəməsinin 2-2 (106)-82/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim-Tale Kərimov) cavabdehlər İddiaçı1 oglunun və X10 oglunun verdiyi apellyasiya şikayətləri təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2 (121)- 27/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi ləgv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı ləgv prosesində olan Cavabdeh ASC-nin ləgvedicisi X2 cavabdehlər X10 ogluna və İddiaçı1 ogluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-2 (106)-82/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı ləgv prosesində olan Cavabdeh ASC-nin ləgvedicisi X2 kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali X1 2-2 (102)-675/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Kəmalə Abıyeva) kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2-2 (106)-82/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Qeyd edir ki, iddiaçı ləgv prosesində olan Cavabdeh ASC-nin ləgvedicisi X2 iddia tələbi rədd edilməsinə və məhkəmə qətnaməsi qanuni qüvvəyə minməsinə baxmayaraq bu günədək ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 məxsus Şirvan şəhəri, X11 küçəsi, ev 19 ünvanında yerləşən, 2 otaqlı, 60 saylı mənzil ipoteka yüklülüyündən azad edilməmiş, bu barədə girov saxlayan iddiaçı tərəfindən aidiyyatı üzrə ipoteka müqaviləsini dövlət qeydiyyatına alan DƏDKR PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə verilməmişdir. Bundan başqa, həm İddiaçı1 həm də, X6 adları kredit borcları olmadıgı halda problemli müştərilər kimi bankın problemli kreditlər üzrə reyestrindən adları silinməmişdir. Bu hal onların banklardan yeni kreditlər götürmələrinə mane olur. Bu barədə ləgv prosesində olan Cavabdeh ASC-nin ləgvedicisi X4 xx.xx.2023cü il tarixdə poçtla həm də, xx.xx.2023-cü il tarixdə elektron qaydada pretenziya məktubu ünvanlanmış və cavabdeh pretenziya məktubuna xx.xx.2023-cü il tarixli, **********538 nömrəli cavab məktubunda məhkəmə qətnamələri ilə X2 üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmaması bildirilmişdir. Qeyd edir ki, mübahisənin məhkəmədən kənar sülh yolu ilə, razılaşma ilə həll edilməsindən ötəri tərəflərindən ərizə ilə mediasiya təşkilatına müraciət edilmiş lakin, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mübahisənin razılaşma yolu ilə həll edilməsi baş tutmamışdır. Qeyd edir ki, kredit borcu barədə iddia tələbi iddia müddətinin keçməsi əsası ilə məhkəmə qətnamələri ilə rədd edildiyindən hesab edirlər ki, əsassız olaraq ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın yüklülükdə qalması mülkiyyətçinin hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar və bu hüquqlarından istifadə edirlər.

4. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə 29-cu maddəsinin 1-ci və 4-cü hissəsinə, 60-cı maddəsinin 1-ci hissəsinə, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında “Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 527.1-ci maddələrinə, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 48.1 və 48.2-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “ipoteka haqqında” Qanunun 48.1 -ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, əsas öhdəlik üzrə iddia müddətinin tətbiq edilməsi ipotekaya xitam verilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz qərarında qeyd etmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Bildiyiniz kimi, “İpoteka haqqında” Qanunun 10.1 -ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Bundan başqa iddiaçıların istinad etdiyi qətnamələr üzrə onların borcunun olmaması müəyyən olunmamışdır, sadəcə onların ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun xx.xx.2023- cü il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

6. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçıların adlarının problemli müştərilər kimi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması ilə bağlı banka müraciət etsələr də, onlar məhkəmə tərəindən onların üzərinə bu cür öhdəliyin qoyulmadığını bildirirlər.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etirazda göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

10. AR Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. - 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. - 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. - 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. - 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. - 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. - 554.2-ci maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. - 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.

11. “İpoteka haqqında” AR Qanununun 48.1-ci maddəsinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki: - iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki: - iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. - Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. - Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.

14. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X9 12 noyabr 2021-ci il tarixli qərarının 3.5-ci bəndinə əsasən kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

15. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X8 ilə Cavabdeh ASC arasında bağlanmış 2015-ci il 26 fevral tarixli, 0076/15 saylı kredit müqaviləsinə əsasən, tərəflər X7 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, sahibkarlıq məqsədilə 14500 manat məbləğində kreditin verilmişdir. Həmin kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı1 Talib oğluna məxsus Şirvan şəhəri, X11 küçəsində yerləşən 48,53 kv.m ümumi, 28,96 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 60 nömrəli mənzil "Zaminbank” ASC-nin Şirvan filialının xeyrinə ipotekaya qoyulmuşdur.

18. İddiaçı ləğv prosesində olan Cavabdeh ASC tərəfindən cavabdehlər X7 və İddiaçı1 Talib oğluna qarşı iddia qaldırılaraq həmin kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi xahiş edilmişdir. Həmin iş üzrə qanuni qüvvədə olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli, 2-2(106)-82/2022 saylı qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh ASC-nin iddia tələbi iddia müddətinin buraxılması əsası ilə rədd edilmişdir.

19. Hazırda iddiaçılar İddiaçı1 Talib oğlu və X8 mübahisəli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddianın qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə rədd edildiyini, lakin buna baxmayaraq həmin kredit müqavilə üzrə borc öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 məxsus Şirvan şəhəri, X11 küçəsi, ev 19 ünvanında yerləşən, 2 otaqlı, 60 saylı mənzil ipoteka yüklülüyündən azad edilmədiyini, bu barədə girov saxlayan iddiaçı tərəfindən aidiyyatı üzrə ipoteka müqaviləsini dövlət qeydiyyatına alan DƏDKR PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə verilmədiyini əsas göstərərək ipoteka müqaviləsinə xitam verilməsini, ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi və iddiaçıların adlarının problemli müştərilər kimi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması üzrə aidiyyatı orqanlara ərizə ilə müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, ipoteka müqaviləsinə xitam verilməsi ipoteka yüklülüyündən azad edilməsi barədə əsasları “İpoteka” haqqında Qanunun 48.1-ci maddəsində təsbit edilmişdir (ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəlməsi, əsas öhdəliyə xitam verilməsi, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satılması, ipoteka predmeti məhv olması və qanunda nəzərdə tutulmuş digər əsaslar).

21. Hazırkı halda isə həmin halların heç birinin mövcudluğu müəyyən edilmir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu iddia ilə təmin edilməyən natural öhdəliyə çevirir.

23. Odur ki, hazırkı halda əsas tələb üzrə iddia müddətinin buraxılmasının həmin öhdəliyinə xitam verilməsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

24. Digər tərəfdən o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarında - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında əks olunmuş mövqeyə görə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

25. Digər tərəfdən məhkəmə iddiaçı X7 münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, İ.Hüseynov mübahisəli ipoteka predmeti üzərində qanunla qorunan hər hansı hüquqa malik olmasını təsdiq edən sübut təqdim etmədiyindən ipoteka predmetinin yüklülükdən azad edilməsini tələb etməyə dair subyektiv hüquqa malik deyildir.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi hissəsində iddia əsassız olduğundan rədd edilməlidir.

27. İkinci iddia tələbinə - iddiaçıların adlarının problemli müştərilər kimi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması üzrə aidiyyatı orqanlara ərizə ilə müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda artıq qeyd edildiyi kimi kredit müqaviləsinə əsaslanan borc tələbi üzrə iddia müddətinin buraxılması borclunun həmin borcu ödəmək öhdəliyinin xitam verilməsinə səbəb olmadığından və sözügedən öhdəlik natural öhdəlik kimi mövcud olmaqda davam etdiyindən həmin öhdəliyin mövcudluğu (tam ödənilməməsi) barədə məlumatın kredit reyestrindən çıxarılması üçün də əsasların mövcudluğu müəyyən edilmir.

28. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçılar İddiaçı1 və X6 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka müqaviləsinə xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi və s. tələbinə dair iddiası rədd edilsin. İddiaçılar tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar