Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-888/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı borcun ödənilməsi dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 876,80 manat (səkkiz yüz yetmiş altı manat 80 qəpik) pul vəsaitinin və ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 11 saylı yaşayış binasının damında quraşdırılmış və cəmiyyətimizin mülkiyyətində olan mobil baza stansiyasının texnoloji avadanlıqlarının qorunub saxlanması, təmizlik və abadlaşdırma xidmətlərinin göstərilməsi tərəfinizdən təmin edilməli, bunun müqabilində cəmiyyətmiz tərəfindən müqavilə üzrə müəyyənləşdirilmiş xidmət haqqı ödənilməli idi. Xidmət müqaviləsinin 3.1-ci bəndinə görə illik xidmət haqqı 10.000 (on min) manat müəyyən edilmiş və 01 mart 2020-ci il tarixdən hesablanmaqla 01 mart 2023-cü il tarixədək, üç ilin xidmət haqqısı, cəmi 30.000 (otuz min) manat cavabdehə ödənilmişdir. Bildiririk ki, tərəflərin qarşılıqlı razılığına əsasən 27 yanvar 2023-cü il tarixdə, xidmət müqaviləsinin predmeti olan mobil baza stansiyası yuxarıda göstərilən ünvandan götürülmüşdür. Buna görə də, həmin tarixdən tərəflər arasında imzalanmış xidmət müqaviləsinə xitam verilmişdir. Bu barədə cavabdehə bildiriş də göndərilmişdir. Hesab edirik ki, cavabdehə qabaqcadan ödənilmiş xidmət haqqının xidmətlərdən istifadə olunmayan müddət üçün, yəni 23 yanvar 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək olan dövrə görə 32 gün üçün hissəsi, yəni 876.80 manat(10.000/365=27.40x 32 gün=876.80) manat pul vəsaiti cəmiyyətimizə geri qaytarılmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azerconnect MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçıya sifarişçiyə məxsus yaşayış binasının mobil baza stansiyasının texnoloji avadanlıqlarının qorunub saxlanması, təmizlik və abadlaşdırma xidmətinin göstərilməsi hazırki müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada tapşırılır. Sifarişçi isə göstərilən xidmətlərin əvəzinə müqavilə ilə müəyyənləşdirilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin hesablaşma və ödəniş qaydasına əsasən sifarişçi göstərilmiş xidmətlərə görə 10.000 manat məbləğində icraçıya illik xidmət haqqı ödəyir. Sifarişçi icraçıya xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək olan dövr üçün 3 il qabaqcadan 30.000 manat haqq ödəyir.
13. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin adı xidmət müqaviləsi olsa da, tərəflər arasında məhz icarə münasibətləri yaranmışdır.
15. Belə ki, müqavilənin mahiyyəti İddiaçı MMC-yə məxsus olan mobil baza stansiyanın qeyd edilmiş sahədə yerləşdirilməsi və orada olduğu müddət üçün pulun ödənilməsi ilə bağlıdır.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 xx.xx.2020-xx.xx.2023-cü il tarixləri üzrə 30.000 manat məbləğində ödəniş edilmişdir.
17. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin rəhbərliyə ünvanlanmış məktubda Cavabdeh2, "xxxx" MMC-yə məxsus BBK7019 Ambassador HUB sahəsinin söküntüsü zamanı ona məxsus olan obyektə heç bir ziyan dəymədiyini və gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddiasının olmadığını bildirmiş və öz imzası ilə təsdiq etmişdir.
18. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 3 illik icarə haqqı ödənilmiş ancaq cavabdehin özünün də, iddiaçıya yazmış olduğu məktubdan görünür ki, tərəflər arasında olan icarə hüquq münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
19. Hazırda isə, iddiaçı icarə hüquq münasibətlərinə xitam verildikdən sonrakı dövrə aid olan pulun qaytarılmasını tələb edir.
20. Bu xüsusda qeyd edilməlidir ki, cavabdeh tərəf də, iddiaçıya məktub ünvanlamaqla tərəflər arasında olan icarə münasibətlərinin xx.xx.2023-cü il tarixdə bitdiyini qəbul etmişdir.
21. Ona görə də, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə aid (32gün) olan, ödənilmiş icarə haqqı iddiaçıya qaytarılmalıdır.
22. Qeyd edilmiş tarixləri və illik icarə haqqını 10.000 manat olduğunu nəzərə aldıqda (10.000/365=27.397 (1 gün üçün) 27.397x32=876.71 (32 gün üçün)) ödənilmiş icarə haqqı üzrə 876.71 manat məbləğinə aid hissədə artıq icarə hüquq münasibətlərinə xitam verildiyindən, qeyd edlmiş məbləğdə pul, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Belə olan halda, Məhkəmə hesab edir ki, 876.71 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir
25. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 876 (səkkiz yüz yetmiş altı) manat 71 (yetmiş bir) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Kənan Hüseynov