Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8911/2025 05.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Cavabdeh MTK-ya qarşı “kooperativ üzvlüyündən çıxma və əmlak payının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “kooperativ üzvlüyündən çıxma və əmlak payının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTKnınfəaliyyəti ilə bağlı maliyyə və hüquqi sənədlərin surətlərinin verilməsi və İddiaçı "xxxx"MTK-nın üzvlüyündən çıxarılması ilə bağlı qərarın qəbul edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı Cavabdeh MTK-dakı payının əvəzi olaraqBakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsiev 17 giriş-2 mənzil 76 və Bakı şəhəri, ünvan 1 ünvanındakı mənzillərin ona verilməsi, həmin mənzillərin İddiaçı mülkiyyətinə verilməsi üçün zəruri hüquqi tədbirlərin görülməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Hazırda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının vəsatətini materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və ərizə iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı “kooperativ üzvlüyündən çıxma və əmlak payının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8911/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8911/2025
05.11.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver