Məhkəmə qərarları › İş №e-2-2(113)-913/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-913/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-913/2023 19.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4000 manat əsasə borc məbləği, gecikdirilmiş dövr üçün 33 manat və dövlət rüsumunun əvəzi 60 manat olmaqla cəmi 4153 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-913/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlərə üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İcraçı) ilə Cavabdeh (bundan sonra Sifarişçi) arasında, İcraçı tərəfindən Sifarişçiyə müqaviləyə əsasən mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksessuarları, kompüter texnikası, həmçinin böyük və kiçik məişət texnikasının müqavilədə göstərilmiş qaydada təhvil verilməsi öhdəliyini nəzərdə tutan xx.xx.2021-ci il tarixli, №_İNT513/21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, müvafiq müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir və cari təqvim ilinin sonuna kimi qüvvədə qalır. Belə ki, Cavabdeh MMC İddiaçı QSC-dən xx.xx.2021-ci il tarixli müqavilə ilə 5799.22 manat dəyərində satılması nəzərdə tutulan mallar götürmüşdür. Lakin, ödənişlər İcraçı tərəfindən həyata keçirilməmiş və buna görə də İcraçının Sifarişçi qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, №868280 saylı elektron qaiməyə əsasən, Cavabdeh MMC-nin İddiaçı QSC-yə olan borcu 5799.22 manat müəyyən olunmuşdur. Bu borcdan xx.xx.2022-ci il tarixində 1003 manat, xx.xx.2022-ci il tarixində 796.22 manat – ümumilikdə 1799.22 manat ödənilmiş, nəticədə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən isə mövcud borcu 4000 manat məbləğindədir. Beləliklə, Cavabdeh MMC-nin İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, №_İNT513/21 saylı müqavilə üzrə götürmüş olduğu, dəyəri 5799.22 manat olan elektronika malları üzrə yaranmış borcdan 1799.22 manat məbləğində ödəniş etdikdən sonra əsas borc məbləği 4000 manat təşkil etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, borclu şəxs tərəfindən edilmiş sonuncu ödəniş xx.xx.2022-ci il tarixində edildiyindən, gecikmə üzrə borc məbləği 2 ay əsasında (4000*5%)/12)*2= 33 manat təşkil edir. Daha sona iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə iddia tələbini artıraraq Cavabdeh MMC-dən 4000 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 33 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğin və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 200 manat məbləğin cəmi 4353 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi üzrə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli №_İNT513/21 saylı alqı satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti: 1.1. İcraçı, Sifarışçı və ya bu müqaviləyə əsasən mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, kompyuter texnikası, həmçinin böyük və kiçik məişət texnikasını bu müqavilədə göstərilmiş qaydada təhvil verməyi öhdəsinə götürür. 1.2. Sifarişçi malı qəbul etməyi və dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.3. Malların dəyəri və təhvil-təslim şərtləri satın alma adında tərtib edilən və məsul şəxsin imzası ilə təsdiq olunmuş müqaviləyə əlavə olan malların spesifikasiyası ilə müəyyən edilir. 1.4. Malların Spesifikasiyası bu müqavilənin ayrılmaz tərkib hissəsidir. 4.1. Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən qabaqcadan sifariş olunmuş malları təhvil aldıqdan sonra sifarişçi tərəfindən 20 təqvim günü ərzində İcraçıya sifariş olunmuş malların 100% dəyərini ödəyir. - xx.xx.2022-ci il tarixli BP-222 saylı hesab-fakturaya əsasən İddiaçı QSC xx.xx.2021-ci il tarixli №_İNT513/21 saylı alqı satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə verilməsi nəzərdə tutulmuş malların ümumi dəyəri 5799,22 manat təşkil etmişdir. - xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 868280 saylı elektron qaiməyə əsasən İddiaçı QSC xx.xx.2021-ci il tarixli №_İNT513/21 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə verilmiş malların ümumi dəyəri 5799,22 manat təşkil etmişdir. - xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktına əsasən 5799,22 manat dəyərindən olan müxtəlif adlı mallar "xxxx" MMC-yə təhvil verilmiş. Akt hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. - İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli hesab üzrə çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına EBBP seriyalı, 868280 saylı elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində - 850 manat, xx.xx.2022-ci il tarixində - 850 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli №_İNT513/21 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı QSC-yə olan 5799,22 manat borcdan 1799,22 manat ödənilmişdir və xx.xx.2022-ci il tarixinə borc qalığı 4000 manat təşkil etmişdir. - xx.xx.2022-ci il tarixli, ********* saylı ödəniş tapşırığına əsasən İddiaçı QSC tərəfindən “SİRİUS” Vekil bürosuna 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC tərəfindən 60 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, №_İNT513/21 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini tam ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 4000 manat məbləğində borcu yaranmışdır. Və həmin borcun mövcüdluğu tərəflər arasında imzalanmış malların təhvil-qəbul aktı, hesabdan çıxarış və e-qaimə fakturalarla təsdiq edilmişdir. Cavabdehə müqavilə üzrə cəmi 5799,22 manat dəyərində verilən malların dəyəri 1799,22 manat hissəsində iddiaçıya ödənilmişdir, qalan hissədə borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə iddia tələbinin digər hissəsini təşkil edən əsas borcun ödənilməsi zamanı gecikdirilmiş dövr üçün 33 manat məbləğində cərimənin ödənilməsi ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qərarda qeyd olunan hüquqi mövqeyi və 2 ay ərzində öhdəliyin icra olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilməyən pul vəsaitinin (4000*5% manat)/12)*2) illik 5%, yəni, ümumilikdə 33 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya borcunun olması iş materialları ilə sübut olunduğu üçün, iddia tələbi əsas borc və borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hissəsində təmin edilməlidir. Məhkəmə xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 60 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sonuncu dəqiqləşmə ərizəsində cəmi 4353 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etməyinə baxmayaraq, texniki səhvə yol verərək 4293 manat pul vəsaiti əvəzinə 4353 manat kimi qeyd etmişdir. Halbuki, iddiaçın tələbi əsas borc olan 4000 manat, faiz borcu 33 manat, dövlət rüsumunun əvəzi olaraq (mediasiya xərci) 60 manat və hüquqi xidmətə görə ödənilmiş 200 manat məbləğində (4000+33+60+200=4293 manat) olmuşdur. Və məhkəmə qeyd olunan bütün məbləğlərə dair ayrı-ayrılıqda tələbi əsaslı hesab edərək təmin etdiyi üçün iddianın (iddiaçının apardığı hesablamada yalnışlığı texniki səhv kimi qəbul edərək) qismən deyil tam təmin edilməsi qənayətinə gəlir. Nəticə hissə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən 4000 manat məbləğində əsas borc və borcun ödənilməsinin gecikdirilməsinə görə 33 manat məbləğində faizlər, cəmi 4033 (dörd min otuz üç) manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi olaraq 60 (altmış) manat və vəkil xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar