Məhkəmə qərarları › İş №e-2-2(113)-9352/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9352/2024

20.12.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9352/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı “malların məhv olunması və sairə” barədə ərizəsi və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 24 oktyabr 2024-cü il tarixli №3-33- 1100/000080Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli WX2024415 saylı invoys sənədi ilə Türkiyə Cümhuriyyətindən 90DN491 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********2414 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 170 ədəd kişi köynəkləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və 2) Cavabdeh (VÖEN:**********) 7000 (yeddi min) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Belə ki,dövlət rüsumunun hesablanması kalkulyatorundan görünür ki, iş üzrə 90 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-ci maddəsinə istinad edərək, dövlət rüsumu ödəməmişdir. Belə ki, hazırki iddia tələbi kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 170 ədəd kişi köynəkləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsindən və kompensasiyanın ödənilməsindən ibarətdir.Həmin tələb “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasinin Qanunun tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı “malların məhv olunması və sairə” tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar