Məhkəmə qərarları › İş №e-2-2(113)-9459/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9459/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9459/2025 16.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC-nin Cavabdeh2 qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* saylı Sublisenziya müqaviləsi üzrə fərdi sahibkar Cavabdeh2 439,15 (dörd yüz otuz doqquz manat on beş qəpik) manat məbləğində borc məbləğinin və 30 (otuz manat) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Sublisenziya müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə aramızda mövcud olmuş Sublisenziya müqaviləsi üzrə 439,15 (dörd yüz otuz doqquz manat on beş qəpik) manat məbləğində borc öhdəliyi qalmışdır və həmin öhdəliyi icra etməmişdir. Borcluya dəfələrlə şifahi və yazılı qaydada müraciət edilmiş, qanunvericiliyə uyğun olaraq pretenziya göndərilmiş, lakin Cavabdeh2 öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və İddiaçı MMC-yə olan borcunu geri qaytarmaqdan boyun qaçırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Sublisenziya müqaviləsinə əsasən; 1.1 Müqavilə Servis tərəfindən müəyyən edilmiş aşağıdakı istifadə hüquqları göstərir: a) Servis tərəfindən sərnişin və baqaj daşımaları, yükləmə-boşaltma işləri, yüklərin daşınması xidmətinə olan tələbat barədə aktual məlumatları ehtiva edən məlumatlar toplusundan istifadə hüququnun verilməsi qaydasını müəyyən edir. Servis və Məlumatlar toplusunun funksional modullarına (bundan sonra Modul adlandırılacaq) bir ödəniş üçün giriş; b) ’’Maxim" taksi sifariş Servisi "marka və korporativ şəxsiyyət elementlərindən istifadə hüququ; c) AİST proqram paketi və səlahiyyətli mobil tətbiqetmələrdən istifadə hüququ (Maxim: bir taksi sifariş et, Maksim: bir taksi sifariş et, Android: Maxim: bir taksi sifariş et Windows Phone, Taxsee Sürücü J2ME, Taxsee Sürücü iOS, X2, X3 Phone (bundan sonra - proqram təminatı); d) əlavə funksionallıq, daxil olmaqla, dəyəri, həcmi və məzmunu HelpDesk-də (iş proseslərini optimallaşdırmaq və Partnyora dəstək vermək məqsədilə yaradılan AİST proqram kompleksi daxilində tapşırıqların (sorğuların) qeyd olunması üçün İxtisaslaşdırılmış sistem, bundan sonra - HelpDesk) razılaşdırılmış və hesabat dövrünün sonunda istifadə statistik məlumatlarında əks olunmuş Məlumatlar toplusu. 2.1 Bu Müqavilənin şərtlərinə uyğun olaraq X1-dən və 1.1 -ci bənddə göstərilən digərlərindən istifadə etmək hüququ verir, obyektlər, sadə (qeyri-müstəsna) lisenziyanın şərtlərinə əsasən, bu Müqavilələ müəyyən edilmiş qaydada, o cümlədən əlavə funksional Modullar və proqramlar vasitəsilə təmin edilir və Partnyor bu Müqavilədə müəyyən edilmiş qaydada, müddətdə və miqdarda Servisə lisenziya haqqını ödəməyi öhdəsinə götürür. MT 240 seriyalı, 00084872 nömrəli, 03 aprel 2024, 03 may 2024, 04 iyun 2024, 03 iyul 2024, 05 avqust 2024 və 25 sentyabr 2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elekron qaimə-fakturalardan görünür ki, İddiaçı MMC (VÖEN- **********) tərəfindən Cavabdeh2 (VÖEN-**********) ********** kodlu proqram təminatı sonuncuya təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı Sublisenziya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Cavabdeh2 439,15 (dörd yüz otuz doqquz manat 15 qəpik) manat borc öhdəliyi qalmışdır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında Sublisenziya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan xidmətlərti cavabdehə vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli və Cavabdeh2 xx.xx.2023-cü il tarixli ******* saylı Sublisenziya müqaviləsi üzrə 439,15 (dörd yüz otuz doqquz manat 15 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2023-cü il tarixli ******* saylı Sublisenziya müqaviləsi üzrə 439,15 (dörd yüz otuz doqquz manat 15 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar