Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9474/2024 29.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “əmlakın və ya onun dəyərinin geri qaytarılması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, “GMC İddiaçı MMC ilə X4 oğlu arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli, 0339- BDİ0-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış 855,80 (səkkiz yüz əlli beş, 80 qəpik) AZN dəyərindəki 2 ədəd KİXX ATF DX-İİİ 1L-18 AZN, 2 ədəd KİXX ATF DX-İİİ 4L- 66 AZN, 2 ədəd KİXX ATF DX-Vİ 1L- 22 AZN, 2 ədəd KİXX ATF DX-Vİ 4L- 84 AZN, 2 ədəd KİXX ATF MULTİ0 1L- 20 AZN, 2 ədəd KİXX ATF MULTİ0 4L-75 AZN, KİXX D1/RV 5W-40 4L- 72 AZN. KİXX G 10W-40 SL 1L- 13.40 AZN, 2 ədəd KİXX G 10W-40 SL 4L “İron Packing”- 48 AZN, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 1L- 15 AZN, KİXX G1 10W-40 SN PLUS 4L “İron Packing”- 57 AZN, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1L19.40 AZN, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4L “İron Packing”- 72 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1L- 19 AZN. 2 ədəd KİXX G1 5W-40 SN PLUS 4L “İron Packing” -72 AZN, 2 ədəd KİXX G1 A3/B4 5W-30 1L- 21 AZN, 2 ədəd KİXX G1 A3/B4 5W-30 4L- 78 AZN, 2 ədəd KİXX HD1 10W40 Cİ-4 6L- 84 AZN mallarının, mallar qaytarıla bilmədiyi təqdirdə onların dəyərinin və 30 (otuz) AZN dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC -yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verilən ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli dövlət rüsumu 30 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. İş materiallarına isə işdə tərəf olamayan “X2” ASC tərəfindən xx.xx.2024-cü il tarixində ödənilmiş rüsum qəbzi əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1.5-ci maddəsinin tələbinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı GMC Group” MMC-nin cavabdeh X1 qarşı “əmlakın və ya onun dəyərinin geri qaytarılması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verilən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-9474/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9474/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver