Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9536/2025 30.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 166,88 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” İddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını İddiaçı vasitəsi ilə həyata keçirir və tokeni İddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə Cavabdeh arasında NBA-2022-001 saylı15 avqust 2022-ci il tarixli müqavilə imzalanmışdır. Həmin tarixdə Müqaviləyə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq Cavabdehin İddiaçıya ümumilikdə 313.88 AZN (üç yüz on üç manat səksən səkkiz qəpik) borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 147 AZN (yüz qırx yeddi manat) hissəsini ödəmiş, lakin İddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırki tarixədək iddiaçıya ümumilikdə 166.88 AZN (yüz altmış altı manat səksən səkkiz qəpik) borcu qalmışdır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 15 avqust 2022-ci il tarixli, NBA-2022-001 nömrəli xidmət müqaviləsinə əsasən İcraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini İcraçının və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür.
5. Müqavilənin 1.2-ci bəndinə əsasən Aylıq servis xidmətinə daxil olan xidmətlərin tam siyahısı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmişdir.
6. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş Sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 (beş) iş günü ərzində həyata keçiriləcək.
7. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən hər bir xidmətin ödənişi aşağıda qeyd olunan sənədlərə əsasən həyata keçirilir: 2.3.1. xidmətlərin göstərilməsi barədə akt; 2.3.2. elektron qaimə faktura.
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 15 avqust 2022-ci il tarixli, NBA-2022-001 nömrəli xidmət müqaviləsinə Texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokolu adlı 2 nömrəli əlavəyə əsasən NKA göstərilən aylıq servis xidməti ədv daxil 9,44 manat dəyərində razılaşdırılmışdır.
9. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 15 avqust 2022-ci il tarixli, NBA-2022-001 nömrəli xidmət müqaviləsinə Texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokolu adlı 1 nömrəli əlavəyə əsasən NKA göstərilən aylıq servis xidməti ədv daxil 70.80 manat dəyərində razılaşdırılmışdır.
10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBEC 463070 nömrəli 9,44 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBED 593922 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDP 357240 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDT 821121 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDN 150345 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDA 932609 nömrəli 9,44 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10114177 nömrəli 35,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCK 522656 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDF 091591 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDD 265022 nömrəli 9,44 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCG 840814 nömrəli 9,44 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCİ 990477 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCO 922914 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCN 017137 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDİ 756338 nömrəli 9,44 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCC 611206 nömrəli 70,80 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDZ 443748 nömrəli 9,44 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2406 11365843 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDW 011650 nömrəli 9,44 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEA 972415 nömrəli 9,44 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDX 677589 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDR 538267 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDG 848769 nömrəli 9,44 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDK 974583 nömrəli 9,44 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
11. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən İddiaçı MMC (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) arasında imzalanmış NBA-2022-001 saylı 15 avqust 2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə aşağıdakı sənədlərə müvafiq olaraq 313.88 AZN (üç yüz on üç manat səksən səkkiz qəpik) borcu mövcud olmuşdur. Cavabdeh MMC tərəfindən həmin borc məbləğinin 147 AZN (yüz qırx yeddi manat) hissəsi ödənilmiş və onun İddiaçı MMC-yə ümumilikdə 166.88 AZN (yüz altmış altı manat səksən səkkiz qəpik) borcu qalmışdır.
12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 15 avqust 2022-ci il tarixli, NBA- 2022-001 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın:
23. 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş NKA modellərindən istifadə olunur.
24. 4.1-ci bəndinə əsasən operator sertifikatlaşdırılmış və dövlət reyestrinə daxil edilmiş model üzrə mövcud NKA barədə məlumatları (model və zavod nömrəsi) portal üzərindən Nazirliyin informasiya sisteminə daxil edir.
25. 4.4-cü bəndinə əsasən istifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır.
26. 4.5-ci bəndinə əsasən operator Nazirliyin informasiya sisteminə daxil edilmiş və nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş NKA-nı yalnız vergi orqanında uçota alınmış təsərrüfat subyekti (obyekti) olan hüquqi şəxs və ya fərdi sahibkara təqdim edə bilər.
27. 7.2.10-cu bəndinə əsasən istifadəçilərə təqdim edilmiş NKA-ya servis-texniki xidmətlər göstərmək operatorun vəzifəsidir.
28. 8.3.14-cü bəndinə əsasən operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq istifadəçinin vəzifəsidir.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 15 avqust 2022-ci il tarixli, NBA-2022-001 nömrəli müqavilə imzalanmış, iddiaçı onlayn kassa qeydiyyatı, quraşdırılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi xidmətlərini göstərmiş, cavabdeh tərəfindən isə həmin xidmətlərin dəyəri tam şəkildə ödənilməmişdir.
30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 166,88 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
IV. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 166,88 manat məbləğində pul, 30 manat dövlət rüsumu, ümumilikdə 196,88 (bir yüz doxsan altı manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova