Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9572/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, sonradan dəqiqləşdirmə barədə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 84305 (səksən dörd min üç yüz beş) manat pul məbləğinin və tərəfindən ödənilmiş 342,92 manat dövlət rüsumunun Aqrar Sığorta Fondundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Aqrar Sığortalı İddiaçı arasında xx.xx.2022-ci il tarixində BS-**********- QS (sığorta məbləği-8330,41 manat) BS**********-QS (2081,31manat), BS-**********-QS (2215.62 manat), BS-**********-QS (3323,21 manat). BS-**********-QS (2057 manat), BS-**********-QS (5603,84 manat), BS- **********- QS (2662 manat), BS-**********-QS (20932,23 manat), BS**********-QS (6079,7 manat), BS-**********-QS 94911,17 manat), BS-**********- QS (1793 manat), BS-**********- QS (7940,57 manat), BS-**********-QS (2216,06 manat), BS-**********-QS (4809,64 manat), BS-**********- QS (1080,31 manat), BS-**********-QS (652,3 manat), BS-**********- QS (10365,52 manat), BS-**********- QS (10493,56 manat). BS-**********-QS (5565,01 manat), BS-**********-QS (501,49 manat), BS-**********- QS (5138,32 manat), BS- **********-QS (8402.6 manat) saylı Sığorta Şəhadətnamələri bağlanmışdır. Həmin şəhadətnamələr üzrə ümumi sığorta məbləği 117154,87 manat (bir yüz on yeddi min yüz əlli dörd manat səksən yeddi qəpik) müəyyən edilmiş və Sığortalı tərəfindən 2296,74 manat (iki min iki yüz daxsan altı manat yetmiş dörd qəpik) sığorta haqqı ödənilmişdir. Vasitəçi Aqrar Sığortaçı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir. Şəhadətnamədə Sığorta təminatının sığorta haqqı ödənildikdən 7 gün sonra başlandığı razılaşdırılmışdır. Şəhadətnamədə Sığortanın xx.xx.2023-cü il saat 23:59-dan xx.xx.2023cü il saat 23:59-dək qüvvədə olması göstərilir. Sığorta Müqaviləsinin qüvvədə olduğu ərazi Oğuz rayonudur. Sığortalı tərəfindən Oğuz rayonunun Başdaşağıl kəndində 150 ha sahədə taxıl əkilmişdir. Bildirir ki, 2023-cü ildə bir neçə dəfə güclü dolu yağmışdır. 01 iyun 2023-cü yağması səbəbindən taxıl zəmilərinə böyük zərər dəyməsi barədə Hidrometrologiya Komitəsinin məlumatı əsasında “REPORT” İnformasiya Agentliyi məlumat yaymışdır. Məhz bu səbəbdən məhsuldarlıq 2022-ci ilə nisbətən 2023-cü ilə xeyli aşağı düşmüşdür. Taxılın əkilməsi və biçilməsi də daxil olmaqla 1 ha çəkilən xərc 1100 manat (bir min bir yüz) təşkil edir. 150 ha sahəyə çəkilən xərc 165000 manat (bir yüz altmış beş min) təşkil edir. 2022-ci ildə məhsuldarlıq hər hektardan 4000 kq olduğu halda, 2023-cü ildə, zəmilərə dolu zərər vurduğu ildə məhsuldarlıq hər hektardan 700 kq olmuşdur. Buğdanın bir kq-nın satışı sahədən 0,28 manat təşkil edir. 2022-ci ildə gəlir 165000 manat olduğu halda, 2023-cü ildə 29400 manat olmuşdur. Göründüyü kimi dolu yağması nəticəsində əldə olunan gəlir 135600 manat (bir yüz otuz beş min altı yüz) az olmuşdur. Şəhadətnamələr üzrə ümumi sığorta məbləği 117154,87 manat (bir yüz on yeddi min yüz əlli dörd manat səksən yeddi qəpik) müəyyən edilmiş və 2023-cü ildə güclü dolu yağması nəticəsində məhsuldarlıq xeyli aşağı olmuş, əldə edilən gəlir 29400 manat (iyirmi doqquz min dörd yüz) olmuşdur. (117154,87 manat - 29400 manat = 87754,87 manat). Həmin məbləğin İddiaçı ödənilməsi barədə -"xxxx" ASC-yə müraciət etmişdir, lakin Sığortaçı tərəfindən nəinki onun haqlı tələbi yerinə yetirilməyib, hətta onun müraciətlərinə cavab veriilməyib. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli 431 saylı qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta” Qaydalarına əsasən aşağıda göstərilən risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır.
3. İddia tələbinə dəqiqləşdirmə barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində hesablama zamanı səhvə yol verilmişdir. Belə ki, buğda əkilən sahə 103,368699 ha təşkil edir. 1 ha üzrə məhsuldarlıq 20 sentner qəbul edilmişdir. 1 sentner buğdanın satınalma qiyməti 55 manat təşkil edir. Ümumi sığorta məbləği 113705,57 manat qiymətləndirilmişdir. Dolu yağması nəticəsində həmin il cəmi 29400 manat gəlir götürülmüşdür. 113705,57 manat – 29400 = 84305 manat. Dolu yağması nəticəsində iddiaçıya 84305 manat zərər dəymişdir.
4. Cavabdehin Aqrar Sığorta Fondu elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, ölkədə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və “Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust tarixli 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Fond təsis edilmişdir. Bildirir ki, sığortalı İddiaçı ilə Fondun adından onun idarəedici qurumu olan – "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair buğda bitkisi üzrə BS-**********-QS, BS-**********- QS, BS**********-QS, BS-**********-QS, BS-**********-QS və BS-**********-QS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış əkin sahələrinə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müqavilənin sığorta riskləri bölməsində qeyd olunmuş (dolu, yanğın, sel və ya subasma, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və normadan artıq yağan qar yağıntıları) risklərin baş verməsi nəticəsində sığortalanmış məhsullara dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. 2023-cü il 12 iyul tarixində sığortalı tərəfindən “1651” X1 rayonu, Baş Daşağıl kəndində yerləşən buğda sahələrinə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində dolu, yağış yağması və külək nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəydə buğda bitkisinin vegetativ inkişafının sünbüllənmə fazasının tam yetişmə mərhələsində olduğu müəyyən edilmişdir. Həmçinin qiymətləndirmə zamanı bu sahənin və ətraf ərazilərin təminatxarici quraqlıq səbəbindən zərər gördüyü məlum olmuşdur. Belə ki, bitkilərdə kök və gövdə hissələrin inkişafı zəif olmuş, kollanma prosesi demək olar ki, baş verməmiş, sünbül qısa, dən sayı az olmuş və məhsuldarlıq bəyan edilən məhsuldarlıqdan tamamilə aşağı olmuşdur. Qaydaların 2.3.1-ci yarımbəninin 5-ci abzasına əsasən quraqlıq riski sığorta risklərindən istisnaya daxil edilmiş və həmin riskin baş verməsi nəticəsində yaranan zərərlərə görə sığorta təminatının verilməsi nəzərdə tutulmamışdır. Qaydaların 1.21.1-ci yarımbəndinin 2-ci abzasına əsasən sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən biri də sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyidir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş 2023-cü il 19 iyul tarixli rəylərdə də sığortalıya məxsus buğda sahələrinin məhz quraqlıq səbəbindən zərərə məruz qaldığı qeyd edilmiş, nəticədə sözügedən hadisə sığorta risklərindən istisnaya daxil edildiyi üçün ödənişin verilməsindən imtina edilmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və ya bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta şəhadətnaməsinin sığorta riskləri bölməsinə əsasən sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edilir. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi həm qanunvericiliklə, həm də sığortalı İddiaçı ilə bağlanmış sığorta müqavilələri üzrə quraqlıq riski üzrə təminat verilmədiyindən nəticədə, sığorta hadisəsinin mövcud olmadığı əsası ilə Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina barədə qərar (2024-cü il 4 aprel tarixli 12-9/2-H- 42-257/2024 nömrəli məktub ilə) qəbul edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsi ilə verilmiş etiraz ərizəsini müdafiə edib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 7,5731 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 0,4559 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 4,4647 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına xx.xx.2020-ci il tarixdə **********2 nömrə ilə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 5,5270 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 1,53 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına xx.xx.2020-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 0,9821 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
14. Aqrar Sığortaçı- Aqrar Sığorta Fondunun adından çıxış edən "xxxx" ASC ilə Aqrar Sığortalı İddiaçı arasında Oğuz rayonu ərazisində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək qüvvədə olma müddəti ilə - xx.xx.2022-ci il tarixində BS-**********- QS (sığorta məbləği 8330,41 manat), BS**********-QS (sığorta məbləği 2081,31 manat), BS-**********-QS (sığorta məbləği 2215.62 manat), BS-**********-QS (sığorta məbləği 3323,21 manat), BS-**********- QS (sığorta məbləği 2057 manat), BS-**********-QS (sığorta məbləği 5603,84 manat) , BS- **********- QS (sığorta məbləği 2662 manat), BS-**********-QS (sığorta məbləği 20932,23 manat), BS**********-QS (sığorta məbləği 6079,7 manat), BS-**********-QS (sığorta məbləği 94911,17 manat), BS-**********- QS (sığorta məbləği 1793 manat), BS-**********- QS (sığorta məbləği 7940,57 manat), BS-**********-QS (sığorta məbləği 2216,06 manat), BS-**********-QS (sığorta məbləği 4809,64 manat), BS-**********- QS (sığorta məbləği 1080,31 manat), BS-**********-QS (sığorta məbləği 652,3 manat), BS-**********-QS (sığorta məbləği 10365,52 manat), BS-**********- QS (sığorta məbləği 10493,56 manat). BS- **********-QS (sığorta məbləği 5565,01 manat), BS-**********-QS (sığorta məbləği 501,49 manat), BS-**********- QS (sığorta məbləği 5138,32 manat) və BS-**********-QS (sığorta məbləği 8402.6 manat) saylı Sığorta Şəhadətnamələri bağlanmış və sığorta şəhadətnamələri üzrə ümumi sığorta məbləği 117154,87 manat müəyyən edilmiş və sığortalı tərəfindən (sığorta şəhadətnaməsinə əlavə nömrə 1) 2516,42 manat sığorta haqqı ödənilmişdir.
15. Aqrar Sığortaçı- Aqrar Sığorta Fondunun adından çıxış edən "xxxx" ASC ilə Aqrar Sığortalı İddiaçı arasında bağlanmış sığorta Şəhadətnamələrinin sığorta ödənişinin verilməsi qaydası və əsasları - sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspert rəyi - dolu, fırtına, qasırğa torpaq sürüşməsi risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halların təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd olması qeyd edilmişdir.
16. İddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədrinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, İddiaçı BS**********-QS, BS-**********-QS, BS-**********-QS, BS- **********-QS, BS-**********-QS, BS-**********-QS BS-**********-QS, BS-**********-QS BS- **********-QS, BS-**********-QS, BS-**********-QS və BS-**********-QS nömrəli sığorta müqavilələri üzrə 01-03-.07.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi üzrə sığorta tələbindən imtina etmişdir.
17. Aqrar Sığorta Fondu tərəfindən İddiaçı müraciətinə xx.xx.2024-cü il tarixli, 12- 9/2-H-42-257/2024 nömrəli cavab məktubuna əsasən, kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üzrə BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS- **********5-QS, BS-**********0-QS, BS-**********-QS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan buğda sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi bağlı Fond tərəfindən İddiaçı sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir.
18. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə vəkil sorğusuna cavab məktubuna əlavə edilmiş arayışa əsasən: may ayı xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış yağıntının miqdarı 2,2 mm olmuşdur. Oğuz rayonunun Başdaşağıl kəndinə dolu düşmüşdür. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 33,4 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 2,2 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 1,0 mm olmuşdur. xx.xx.2023-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 0,4 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 2,6 mm olmuşdur. xx.xx.2023-cü il tarixində yağış yağmış, yağıntının miqdarı 2,9 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 24,5 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 63,4 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 4,8 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 2,9 mm olmuşdur. xx.xx.2023cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,6 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,7 mm olmuşdur. xx.xx.2023-cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 4,2 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 4,6 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,3 mm olmuşdur. xx.xx.2023-cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 17,7 mm olmuşdur. İyun ayı xx.xx.2023-cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 16,1 mm olmuşdur. Saat 17:00-17:35 radələrində Oğuz rayonunun Başdaşağıl kəndinə, saat 19:30-19:50 radələrində isə Filfilli kəndinə diametri 25-30 mm olan dolu düşmüşdür. xx.xx.2023-cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 12,2 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 23,2 mm olmuşdur. xx.xx.2023-cü il il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 4,8 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,6 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış yağıntının miqdarı 26,0 mm olmuşdur. xx.xx.2023-cü il tarixində ildırım çaxmış, leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 1,1 mm olmuşdur. xx.xx.2023cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 9,7 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 5,0 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 13,3 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 1,1 mm olmuşdur. xx.xx.2023-cü il tarixində leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,4 mm olmuşdur.
19. Aqrar Sığorta Fondunun kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə BS-**********-QS nömrəli sığorta müqaviləsi üzrə müstəqil ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 4,46 ha torpaq sahəsinə baxış keçirilmiş və ərazidə buğda bitkisinin əkilməsi və bitkilərin vegetativ inkişafın sünbülləmə fazasının tam yetişmə mərhələsində olması, eləcə də baxış zamanı həmin sahənin və ətraf ərazilərin quraqlıq səbəbindən zərər gördüyü müəyyən edilmişdir. Belə ki, bitklilərin kök və gövdə hissələrinin inkişafının zəif olması, kollanma prosesinin demək olar ki, baş verməməsi, sünbülün qısa olması dən sayının az olması və məhsuldarlığın bəyan olunan məhsuldarlıqdan aşağı olması müəyyən edilmişdir. Əraziyə dəymiş yekun zərər 84,0 % müəyyən edilmiş və qiymətləndirilmiş sahədə zərərin əsas səbəbinin quraqlıq olması və həmin zərərin təminat riskinə aid olmaması qeyd edilmişdir.
20. Aqrar Sığorta Fondunun kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə BS-**********-QS nömrəli sığorta müqaviləsi üzrə müstəqil ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 7,57 ha torpaq sahəsinə baxış keçirilmiş və ərazidə buğda bitkisinin əkilməsi və bitkilərin vegetativ inkişafın sünbülləmə fazasının tam yetişmə mərhələsində olması, eləcə də baxış zamanı həmin sahənin və ətraf ərazilərin quraqlıq səbəbindən zərər gördüyü müəyyən edilmişdir. Belə ki, bitkilərin kök və gövdə hissələrinin inkişafının zəif olması, kollanma prosesinin demək olar ki, baş verməməsi, sünbülün qısa olması dən sayının az olması və məhsuldarlığın bəyan olunan məhsuldarlığın aşağı olması müəyyən edilmişdir. Məhsuldarlıq göstəricilərinin hesablama vərəqindən real məhsuldarlıq 5.1 sentner olaraq qeydə alınmışdır.
21. Aqrar Sığorta Fondunun kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırıması barədə BS-**********-QS nömrəli sığorta müqaviləsi üzrə müstəqil ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 9,42 ha torpaq sahəsinə baxış keçirilmiş və ərazidə buğda bitkisinin əkilməsi və bitkilərin vegetativ inkişafın sünbülləmə fazasının tam yetişmə mərhələsində olması, eləcə də baxış zamanı həmin sahənin və ətraf ərazilərin quraqlıq səbəbindən zərər gördüyü müəyyən edilmişdir. Belə ki, bitklilərin kök və gövdə hissələrinin inkişafının zəif olması, kollanma prosesinin demək olar ki, baş verməməsi, sünbülün qısa olması, dən sayının az olması və məhsuldarlığın bəyan olunan məhsuldarlığın aşağı olması müəyyən edilmişdir. Məhsuldarlıq göstəricilərinin hesablama vərəqindən real məhsuldarlıq 1.8 sentner olaraq qeydə alınmışdır.
22. Aqrar Sığorta Fondunun kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırıması barədə BS-**********-QS nömrəli sığorta müqaviləsi üzrə müstəqil ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 1,63 ha torpaq sahəsinə baxış keçirilmiş və ərazidə buğda bitkisinin əkilməsi və bitkilərin vegetativ inkişafın sünbülləmə fazasının tam yetişmə mərhələsində olması müəyyən edilmişdir. Həmçinin ərazi fermer tərəfindən biçildiyindən, qiymətləndirmə aparılmamışdır.
23. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, Aqrar Sığortaçı- Aqrar Sığorta Fondunun adından çıxış edən "xxxx" ASC ilə Aqrar Sığortalı İddiaçı arasında Oğuz rayonu ərazisində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək qüvvədə olma müddəti ilə Sığorta Şəhadətnamələri bağlanmışdır. Həmin Sığorta Şəhadətnamələrinə əsasən isə, sığorta ödənişinin verilməsi qaydası və əsasları - sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspert rəyi - dolu, fırtına, qasırğa torpaq sürüşməsi risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halların təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd olması qeyd edilmişdir. Bundan sonra sığortalı İddiaçı tərəfindən Oğuz rayonunun Başdaşağıl kəndində 150 ha sahədə taxıl əkilmişdir.
24. Hazırda iddiaçının iddia tələbinin əsasını 2023-cü ildə bir neçə dəfə güclü dolu yağdığından, məhsuldarlıq 2022-ci ilə nisbətən 2023-cü ilə xeyli aşağı düşməsi təşkil edir.
25. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, sığortaçı İddiaçı BS-**********-QS, BS- **********-QS, BS-**********-QS, BS-**********5-QS, BS-**********0-QS, BS-**********-QS saylı sığorta şəhadətnamələrinə əsasən Aqrar Sığorta Fondu tərəfindən dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmiş və ona sığortalanan buğda sahəsinə dəymiş zərərlə bağlı Fond tərəfindən sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir.
26. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 2.3.1-ci yarımbəninin 5-ci abzasına əsasən quraqlıq riski sığorta risklərindən istisnaya daxil edilmiş və həmin riskin baş verməsi nəticəsində yaranan zərərlərə görə sığorta təminatının verilməsi nəzərdə tutulmamışdır. Qaydaların 1.21.1-ci yarımbəndinin 2-ci abzasına əsasən sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən biri də sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyidir.
27. Həmin Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və ya bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər.
28. Hazırki işdən görünür ki, Aqrar Sığorta Fondu tərəfindən müstəqil ekspertiza təyin edilmiş və ekspert tərifindən xx.xx.2023-cü il tarixdə İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən (buğda əkilmiş) torpaq sahələrinə baxış keçirilmiş və verilmiş rəylərə əsasən - əkin sahələrinin alaq otları basmış, təminata daxil hər hansı risk aşkarlanmamış və sahəyə dəymiş zərərin səbəbinin quraqlıq olması qeyd edilmişdir.
29. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli, 1617-VQ nömrəli Qanununun tətbiqi və “Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust tarixli 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Fond təsis edilmişdir. Qanunun 4.1-ci maddəsinə əsasən aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir.
31. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığortalı İddiaçı ilə bağlanmış BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********5-QS, BS- **********0-QS, BS-**********-QS saylı sığorta müqavilələrində quraqlıq riski ilə bağlı təminat (müddəa) olmadığından, cavabdeh Aqrar Sığorta Fondu düzgün olaraq sığorta hadisəsinin mövcud olmadığı əsası ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
33. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
34. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta şəhadətnaməsinin sığorta riskləri bölməsinə əsasən sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edilir.
35. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
36. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Hətəmzadə