Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9644/2025 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “S.Ə.X4-Tədqiqat və Layihə-Konstruktor X1 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı “S.Ə.X4-Tədqiqat və Layihə-Konstruktor X1 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.X4- Tədqiqat və Layihə-X2 İnstitutu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 1725/24/Yol nömrəli müqavilə üzrə 10384 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 121,15 (Bir yüz iyirmi bir manat 15 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 10505,15 manat ƏDV ilə məbləğin Cavabdeh MMC -nin hesabından tutularaq, S.Ə. X4Tədqiqat və LayihəKonstruktor X1 hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. X4Tədqiqat və Layihə-X2 İnstitutuna müraciət edilərək Bakı şəhəri, Abdulla Şaiq küçəsində inşa olunacaq “Mərkəzi park ərazisində yeraltı piyada keçidinin tikintisi”ndə istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında 1725/24/Yol/ nömrəli xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 10384,00 (On min üç yüz səksən dörd manat 00 qəpik) manat olan 1725/24/Yol nömrəli müqavilə üzrə qalıq məbləğ 10384,00 (On min üç yüz səksən dörd manat 00 qəpik) manat ƏDV ilə bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. X4Tədqiqat və Layihə-X2 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi – onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışıdır ki, iddiaçı S.Ə.X4-Tədqiqat və Layihə X2 İnstitutu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 1725/24 yol nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 10384,00 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 121,15 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, S.Ə.X4-Tədqiqat və Layihə Konstruktor X1 hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kommersiya işi baxılması üçün Sizin icraatınıza verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia ərizəi əsassızdır, iddiaçı görmədiyi işə görə bizdən pul tələb edir, iddiaçı iddiasını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddia ərizəsi əsassızdır, maddi və prosesual normalara uyğun deyildir, iddianın təmin edilməsi üçün iddiasını əsaslandırmamış, mötəbər sübut ərizəsinə əlavə etməmişdir. Belə ki, ilkin olaraq bildiririk ki, iddiaçı ümumiyyətlə iddia ərizəsini əsaslandırmamışdır. Ancaq tərəflər arasında sistem üzərində avtomatik təsdiq edilmiş, lakin icra edilməmiş, ancaq kağız üzərində qalmış müqaviləyə istinad edir. Bildiririk ki, tərəflər arasında müqavilə imzalansa da, lakin sonradan aramızda qiymətlərlə bağlı narazılıq olduğundan, müqavilə icrasız qalmışdır. Belə ki, ilkin olaraq işin halları ilə bağlı diqqətinizə çatdırırıq ki, iddiaçı “S.Ə.X4-Tədqiqat və Layihə X2 İnstitutu ilə Cavabdeh MMC arasında 1725/24 yol nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə Bakı şəhəri, Abdulla Şaiq küçəsində inşa olunacaq “Mərkəzi park ərazisində yeraltı piyada keçidinin tikintisində” istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işlərinin aparılması öhdəliyi “S.Ə.X4- Tədqiqat və Layihə Konstruktor X1 üzərinə qoyulmuşdur. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 10384,00 manat müəyyən edilmişdir. Qeyd etdiyimiz kimi tərəflər arasında müqavilə imzalansa da müqavilə kağız üzərində qalmış icra edilməmişdir. İddiaçı iddia ərizsəində vurğulamışdır ki, institut müqavilə üzrə öhdəliyini tam və düzgün şəkildə icra etmiş, inşaat mallarının keyfiyyəti işlərinini yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən öhdəliyin icrasına görə heç bir ödəniş edilməmişdir. Lakin göstərilən fakt əsassızdır və heç bir faktiki sübutla əsaslandırılmamışdır. İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir, iddiaçının iddiasının əsası kimi nə hər hansı təhvil-təslim aktı nə də, işin tam və vaxtında görülməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edtməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, Elmi-Tədqiqat və Layihə X2 İnstitutu müqavilə üzrə üzərinə qoyulmuş öhdəliyi iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq tam, düzgün və vaxtında yerinə yetirməmişdir. Qeyd edilən xidmətin nəticələri rəsmi qaydada cavabdehə təqdim edilməmişdir. Hətta bununla bağlı Cavabdeh MMC müəyyən problemlərlə üzləşmək məcburiyyətində qalmışdır. Çünki iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, yəni inşaat materiallarının keyfiyyətinin vaxtında və tam yoxlanılmaması inşaat işinin icrasının ləngiməsinə səbəb olmuşdur. Yəni iddiaçı müqavilə üzrə icra etməli işləri tam və vaxtında icra etməmiş, işlərim yarımçıq qalmışdır. İşlərinin tam icra etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Elmi-Tədqiqat və Layihə X2 İnstitutu iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət danışıqlar aparılması nəticəsiz qalmışdır. Yenədə qeyd etmək zəruridir ki, Elmi-Tədqiqat və Layihə X2 İnstitutu tərəfindən müqavilə üzrə işlər yerinə yetirilməmiş, yarımçıq qalmışdır, bununla bağlı çoxlu narazılıqların yaranmasına, şifahi xəbərdarlıqların edilməsinə baxmayaq görülməli işlərin vəziyyəti yenədə eyni qalmışıdır. Qeyd edilənlər onu göstərir ki belə halların mövcudluğunda Elmi-Tədqiqat və Layihə X2 İnstitutu tərəfindən “YKT Tikinti “ MMC ilə borcun ödənilməsinən dair heç bir danışıq aparıla biləzdi çünki borc o zaman yaranmış hesab olunardı ki, Elmi-Tədqiqat və Layihə X2 İnstitutu müqavilə üzrə inşaat materiallarını götürmək vəzifəsini yerinə yetirərdi. Elmi- Tədqiqat və Layihə X2 İnstitutu tərəfindən görülməli işlər yerinə yetirilməyibsə yaranmış borcun ödənilməsi ilə bağlı tələb əsassızıdr.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində S.Ə.X4-Tədqiqat və Layihə- X2 İnstitutu arasında xx.xx.2024-cü il tarixli, 1725/24 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən «Sifarişçi» Bakı şəhəri, Abdulla Şaiq küçəsində inşa olunacaq “Mərkəzi park ərazisində yeraltı piyada keçidinin tikintisi” layihəsi üzrə yeraltı piyada keçidinin tikintisində istifadə olunacaq tikinti materiallarının laboratoriya şəraitində sınağının aparılmasını tapşırır, «İcraçı» isə həmin işlərin yerinə yetirilməsini öz öhdəsinə götürür.
9. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən «Sifarişçi» görülən işlərin müqabilində «İcraçı»ya «08» avqust 2024-cü il tarixli «smeta» sənədi və 1 saylı X3 əsasında (əlavə olunur) razılaşdırılmış (ƏDV-18% lə birlikdə) - 10384,00AZN (On min üç yüz səksən dörd manat, 00 qəpik) məbləğində ödənişi həyata keçirir.
10. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən «Sifarişçi» görüləcək sınaq işlərinə görə «İcraçı»nın hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər «İcarçı» tərəfindən yerinə yetirildikdən sonra «Sifarişçi» onları təhvil-qəbul aktı ilə qəbul edir.
11. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.
12. xx.xx.2024-cü il tarixli, 1725/24 nömrəli müqaviləyə X3 № 1-ə əsasən sınaq işlərinin aparılması üçün ümumi qiymət məbləğ (ƏDV-18% ilə birgə) 10384 AZN məbləğində razılaşdırılmışdır.
13. Bakı şəhəri, Abdulla Şaiq küçəsində inşa edilən “Mərkəzi Park ərazisində yeraltı piyada keçidinin tikintisi” layihəsi üzrə istifadə olunan inşaat materiallarının keyfiyyətinin yoxlanılması üçün Smetaya əsasən sınaq işlərinin ümüumi dəyəri ədv daxil 10384 manat məbləğində müəyyən edilmişdir.
14. 07.04.2025-ci il tarixli 698/25 nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbulu aktına əsasən 10384 manat məbləğində işlərin görülməsi Cavabdeh MMC tərəfindən qəbul edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
17. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
18. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə müraciət edərək işlərin görülmədiyini, qiymətdə razılığa gələ bilmədiklərini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Lakin, yuxarıda qeyd edilən sənədlərdən görünür ki, qiymət razılaşdırılma protokolu, işlərin təhvil-qəbul aktı cavabdeh şirkət tərəfindən imza və möhür ilə təsdiqlənmişdir.
19. Belə olan halda, iddaçının 10384 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələb təmin edilməlidir.
20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 121,15 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
21. MPM-in:
22. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
24. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin Cavabdeh MMC-dən 1725/24 saylı müqavilə üzrə - 10384 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 121,15 manat tutularaq iddiaçı AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.X4-Tədqiqat və Layihə-X2 İnstitutuna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova