Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-968/2023 07.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının Cavabdehnə qarşı cavabdehdən 27225.09 AZN (iyirmi yeddi min iki yüz iyirmi beş manat doqquz qəpik) əsas borcun, 3289.69 AZN (üç min iki yüzsəksən doqquz manat altmış doqquz qəpik) gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, 5000 AZN (beş min manat) cərimə borcunun,cəmi 35 514.78 AZN (otuz beş min beş yüz on dörd manat, yetmiş səkkiz qəpik) borcun və ilkin mediasiya xidməti üçün ödənilmiş 200 AZN (iki yüz manat) rüsumun iddiaçının xeyrinə tutulması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının Cavabdehnə qarşı cavabdehdən 27225.09 AZN (iyirmi yeddi min iki yüz iyirmi beş manat doqquz qəpik) əsas borcun, 3289.69 AZN (üç min iki yüzsəksən doqquz manat altmış doqquz qəpik) gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, 5000 AZN (beş min manat) cərimə borcunun,cəmi 35 514.78 AZN (otuz beş min beş yüz on dörd manat, yetmiş səkkiz qəpik) borcun və ilkin mediasiya xidməti üçün ödənilmiş 200 AZN (iki yüz manat) rüsumun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-968/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-968/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver