Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9871/2025 09.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə “X1" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0007C/23 nömrəli texniki xidmət göstərilməsi barədə müqaviləyə əsasən yaranmış 4303 (dörd min üç yüz üç) manat, 80 (səksən) qəpik (18% ƏDV daxil)əsas borcun, 5500 (beş min beş yüz) manat cərimə məbləğinin, iddia ərizəsinə görə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun, ümumilikdə 9923,80 (doqquz min doqquz yüz iyirmi iki manat, səksən qəpik) manatın cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 08 dekabr 2025-ci il tarixdə İddiaçı QSC-nin nümayəndəsi X2 elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, iş üzrə cavabdeh tərəfindən əsas borc və dövlət rüsumu tam ödənildiyindən, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 114.1. və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Təsvir olunanlara əsasən hesab edirəm ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli, **********45 №-li qəbz əsasında ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı QSC tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli, **********45 №-li qəbz əsasında ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəflər rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(113)-9871/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9871/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver