Məhkəmə qərarları › İş №e-2-2(113)-989/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-989/2021

16.02.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-989/2021 16.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, Ərizəçi "B.M.İ" Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməklə ödəmə qabiliyyəti olmayan hesab edilməsi və iflas prosesinin həyata keçirilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi "B.M.İ" Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilməklə ödəmə qabiliyyəti olmayan hesab edilməsi və iflas prosesinin həyata keçirilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi vəsatət ilə məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına kreditorların nümayəndəsi gəlməmişdir. Məhkəmə kreditorların nümayəndəsinin gəlməməyini onların işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar