Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-989/2024 15.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC -yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9786,77 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 285 manat, ilkin mediasiya sessiyası üzrə 110 manat və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 manat cəmi 10393,77 manatın tutularaq iddiaçıya ödənilməsi iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin nümayəndələri Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Belə ki, barışıq sazişinin məzmununa görə:
1. Sazişin predmeti 1.1.Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; cavabdeh My Product MMC 6255 manat borcu etiraf edərək həmin məbləği, hissəhissə ödəmək vəzifəsini üzərinə götürür, İddiaçı hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: s/s Ödəniş tarixi Ödəniş Qalıq borc/AZN məbləği/AZN
1. Aprel 2024 540 5715
2. May 2024 540 5175
3. İyun 2024 540 4635
4. İyul 2024 540 4095
5. Avqust 2024 540 3555
6. Sentyabr 2024 540 3015
7. Oktyabr 2024 540 2475
8. Noyabr 2024 540 1935
9. Dekabr 2024 540 1395
10. Yanvar 2025 540 855
11. Fevral 2025 540 315
12. Mart 2025 540 0 1.1.3 İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdehndən tutularaq İddiaçı QSCyə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.
2. SAZİŞİN HÜQUQİ QÜVVƏSİ Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir.
3. XƏRCLƏR Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir.
4. TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASİ Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir.
5. DİGƏR MÜDDƏALAR 5.1 Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə məhkəməyə təqdim edilməlidir. 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Barışıq sazişinin məzmununa görə:
1. Sazişin predmeti 1.1.Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; cavabdeh My Product MMC 6255 manat borcu etiraf edərək həmin məbləği, hissəhissə ödəmək vəzifəsini üzərinə götürür, İddiaçı hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: s/s Ödəniş tarixi Ödəniş Qalıq borc/AZN məbləği/AZN
1. Aprel 2024 540 5715
2. May 2024 540 5175
3. İyun 2024 540 4635
4. İyul 2024 540 4095
5. Avqust 2024 540 3555
6. Sentyabr 2024 540 3015
7. Oktyabr 2024 540 2475
8. Noyabr 2024 540 1935
9. Dekabr 2024 540 1395
10. Yanvar 2025 540 855
11. Fevral 2025 540 315
12. Mart 2025 540 0 1.1.3 İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdehndən tutularaq İddiaçı QSCyə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.
2. SAZİŞİN HÜQUQİ QÜVVƏSİ Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir.
3. XƏRCLƏR Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir.
4. TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASİ Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir.
5. DİGƏR MÜDDƏALAR 5.1 Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə məhkəməyə təqdim edilməlidir. 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova