Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-996/2024 26.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə“Ericsson AB” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2014-cü il tarixli 101 nömrəli müqaviləyə əsasən cavabdehdən 2022-ci il üçün 2 404,66 (iki min dörd yüz dörd manat altmış altı qəpik) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 70 (yetmiş) manat pul vəsaitinin tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında barışıq sazişi təqdim etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Nümayəndə barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmiş 23 fevral 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. İddiaçı təsdiq edir ki, “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” 14 iyul 2014-cü il tarixli 101 nömrəli Müqaviləyə müvafiq olaraq cavabdehə göndərilmiş 2.404,66 (iki min dörd yüz dörd manat altmış altı qəpik) manat məbləğində 2022-ci il 10 iyun tarixli DRİ2022-06/194 nömrəli, 2022-ci il 9 sentyabr tarixli DRİ2022-09/273 nömrəli və 2022-ci il 24 oktyabr tarixli DRİ2022-10/338 nömrəli hesab-fakturalar Cavabdeh (Cavabdeh şirkəti) tərəfindən tam ödənilmişdir və barışıq sazişinin təsdiqlənməsi ilə iddiaçının qeyd olunan hesab-fakturalarla, o cümlədən lakin bunlarla məhdudlaşmayaraq 2022-ci il ərzində radiotezliklərin ayrılması, radioelektron vasitələrinin istismarı və göstərilmiş digər bütün növ xidmətlərlə bağlı Cavabdehə (Cavabdeh şirkəti) qarşı hər hansı tələbi, iddiası və pretenziyası olmayacaqdır.
2. Cavabdeh (Cavabdeh şirkəti) iddiaçı (İddiaçı) tərəfindən ödənilmiş ümumilikdə 70 (yetmiş) manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin barışıq sazişinin imzalandığı tarixdən 20 (iyirmi) iş günü müddətində iddiaçının aşağıdakı bank rekvizitlərinə ödəməyi öhdəsinə götürür: Alıcı Bank: Adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Kodu: 691011 VÖEN: ********** Müxbir Hesab: AZ76NABZ******************** S.W.İ.F.T: AZPOAZ22XXXX Benefisiar: Adı: İddiaçı Hesab No: AZ78AZPO******************** VÖEN: ********** Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh şirkəti arasında bağlanmış aşağıdakı məzmunda olan 23 fevral 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı təsdiq edir ki, “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” 14 iyul 2014-cü il tarixli 101 nömrəli Müqaviləyə müvafiq olaraq cavabdehə göndərilmiş 2.404,66 (iki min dörd yüz dörd manat altmış altı qəpik) manat məbləğində 2022-ci il 10 iyun tarixli DRİ2022-06/194 nömrəli, 2022-ci il 9 sentyabr tarixli DRİ2022-09/273 nömrəli və 2022-ci il 24 oktyabr tarixli DRİ2022-10/338 nömrəli hesab-fakturalar Cavabdeh (Cavabdeh şirkəti) tərəfindən tam ödənilmişdir və barışıq sazişinin təsdiqlənməsi ilə iddiaçının qeyd olunan hesab-fakturalarla, o cümlədən lakin bunlarla məhdudlaşmayaraq 2022-ci il ərzində radiotezliklərin ayrılması, radioelektron vasitələrinin istismarı və göstərilmiş digər bütün növ xidmətlərlə bağlı Cavabdehə qarşı hər hansı tələbi, iddiası və pretenziyası olmayacaqdır.
2. Cavabdeh (Cavabdeh şirkəti) iddiaçı (İddiaçı) tərəfindən ödənilmiş ümumilikdə 70 (yetmiş) manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin barışıq sazişinin imzalandığı tarixdən 20 (iyirmi) iş günü müddətində iddiaçının aşağıdakı bank rekvizitlərinə ödəməyi öhdəsinə götürür: Alıcı Bank: Adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Kodu: 691011 VÖEN: ********** Müxbir Hesab: AZ76NABZ******************** S.W.İ.F.T: AZPOAZ22XXXX Benefisiar: Adı: İddiaçı Hesab No: AZ78AZPO******************** VÖEN: ********** İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov