Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9986/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili X4 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçıMMC arasında TS078-2 nömrəli, xx.xx.2024-cü il tarixli “Sərgidə və Konfransda iştirakla bağlı stendlərin təşkilinə dair bağlanmış müqavilə şərtlərinin “TEAM4U “MMCtərəfindən kobud şəkildə pozulması nəticəsində İddiaçıMMC-yə yaranmış 19 783 manat həmçinin, pozulmuş hüquqlarının bərpası üçün hüquqi xidmətin gösərilməsinə dair müqavilə xərcləri, dövlət rüsumunun məbləği də hesablanaraq, toplamda 20 257 manat məbləğin CavabdehMMC -dən tutularaq, İddiaçı MMC-ə ödənilməsilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında TS078-2 nömrəli, xx.xx.2024-cü il tarixli “Sərgidə və Konfransda iştirakla bağlı stendlərin təşkilinə dair” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Tərəflər razılaşırlar ki, “İcraçı” tərəfindən 18 iyun 2025-21 iyun 2025-ci il tarixlərdə 4 (dörd) gün müddətində saat 10:00-dan 18:00-dək Bakı Expo Mərkəzində keçiriləcək sərgidə “Sifarişçi”nin iştirakı üçün bu müqavilə ilə nəzərdə tutulmuş xidmətləri göstərir, “Sifarişçi” isə göstərilmiş xidmətlərin müqabilində xidmət haqqının vaxtında ödənilməsi ohdəliyini öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci maddəsinə əsasən , Sifarişçinin istifadəsi üçün nəzərdə tutulan sahənin ölçülərinin minimum həddi 6 ( altı) m təşkil edir. İstifadəyə verilən hər m sahə üçün 500 ( beş yüz) manat ( ƏDV-siz) hesablanır. Müqavilənin 2.1-ci maddəsinə görə “Sifarişçi” Müqavilənin Əlavələri sayılan “X5” əsasən X1 razılaşdırılmış məbləği Hesab fakturaya əsasən “İcraçı”-nın hesablaşma hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 2.4 cü bəndinə əsasənÖdənişlər “İcraçı” tərəfindən təqdim edilən “X2” və “Hesab faktura” ya əsasən avans olaraq hissəli şəkildə ödənilir. İlkin ödəniş olaraq xidmət haqqının30 %-i müqavilə qüvvəyə mindiyi tarixdən ən geci 10 (on) iş günü ərzində ödənilməlidir. Xidmət haqqının 35 %sərginin başlanması tarixinə 4 (dörd) ay qalmış-31 Yanvar 2025-ci il tarixinə kimi ödənilməli, xidmət haqqının qalan 35%-i isə sərginin başlanmasına 2 (iki) ay qalmış - 31 Mart 2025-ci il tarixinə kimi tamamlanmalıdır. Xidmət təhvil verdikdən sonra sifarişçiyə elektron qaimə tərtib edilir. Müqavilənin 2.5-ci maddəsinə əsasən, “Sifarişçi” nəzərdə tutulmuş xidmət haqqını müqaviləyə uyğun vaxtında və tam ödəmədikdə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 0.1 % miqdarında cərimə ödəyir. Müqavilənin 3.2.1-ci maddəsinə əsasən, Sifarişçi müqavilə ilə qeyd olunmuş xidmət haqqını və digər ödənişləri vaxtında ödəməlidir. Sözügedən müqavilə üzrə 7 oktyabr 2024cü il tarixində ƏLAVƏ № 1 imzalanmışdır. (QİYMƏTLƏRİN RAZİLAŞDİRİLMASİ PROTOKOLU) Həmin əlavəyə əsasən, sərgidə iştirak üçün İcraçının icra etdiyi xidmətlərin ümumi dəyəri 18585 AZN ( beş min üç yüz on manat) təşkil edir. İcraçı İddiaçı MMC Müqavilə üzrə nəzərdə tutulan xidmətləri Sifarişçinin sifarişinə əsasən, 18 iyun 2025-21 iyun 2025-ci il tarixlərdə sifarişçi Cavabdeh MMC-yətam və qüsursuz şəkildə göndərmiş, lakin Sifarişçi həmin Xidmətlərin dəyərini Müqavilə və onun tərkib hissəsi olan elektron qaimə-faktura/hesab fakturalara əsasən, tam ödəmədiyindən müqavilə və Əlavələri üzrə öhdəliyini pozmuşdur.Belə ki, Sifarişçi xidmətlərin dəyərindən bu günə kimi 7 oktyabr 2024cü il tarixli, TS078-2 nömrəli hesab faktura üzrə 29 aprel 2025-ci il tarixində cəmi 1000 ( bir min manat sıfır qəpik) ödəniş etmişdir. Sifarişçi 23 iyun 2025-ci il tarixli, MT2506 seriyalı, 11102550 nömrəli elektron qaimə faktura üzrə müqavilə və əlavələr üzrə qalan borcunu yəni, 17 585 AZN ( on yeddi min beş yüz səksən beş manat sıfır qəpik) bu günə kimi ödənməmiş , bununla da müqavilə və əlavələri üzrə ödəniş öhdəliyini pozmuşdur. Beləliklə Sifarişçinin 17 585AZN ( on yeddi min beş yüz səksən beş manat sıfır qəpik) əsas borc, gecikdirilən hər günə görə isə 2 198AZN ( iki min yüz doxsan səkkiz manat sıfır qəpik) dəbbə puluolmaqla ümumilikdə 19 783 AZN ( on doqquz min yeddi yüz səksən üç manat sıfır qəpik) İcraçının xeyrinə borcu yaranmışdır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi -Borclunun borcu etiraf etməsini göstərən hərəkət etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər.Borcun etiraf olunması hallarına -Borcun qismən ödənilməsi -Əsas borc üzrə faizin köçürülməsi -Kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi - Öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.Şərh edilənlərdən də göründüyü kimi, Cavabdeh MMC-nin 7 oktyabr 2024-cü il tarixli, TS078-2 nömrəli hesab faktura üzrə 29 aprel 2025-ci il tarixində cəmi 1000 ( bir min manat sıfır qəpik) ödəniş etməsi, borcun etirafı kimi qiymətləndirilir. Yekun olaraq, Cavabdehin müqavilə üzrə - elektron qaimə faktura və X2 üzrə 17 585 AZN ( on yeddi min beş yüz səksən beş manat səfər qəpik) əsas borc məbləği, 2 198 AZN ( iki min yüz doxsan səkkiz manat sıfır qəpik) dəbbə puluolmaqla , cəmi 19 783 AZN ( on doqquz min yeddi yüz səksən üç manat sıfır qəpik) təşkil edir və təəssüflər olsun ki, məbləğin ödənilməsindən qərəzli olaraq yayınır. Bundan başqa "xxxx" MMC-dən borc məbləğinin tələbi ilə bağlı hüquqi yardım üçün 325 manat dəyərində müqavilə bağlamış, həmçinin tərəfimizdən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 149 (bir yüz qırx doqquz manat sıfır qəpik ) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
3. İddiaçinin nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında TS078-2 nömrəli, xx.xx.2024cü il tarixli sərgidə və Konfransda iştirakla bağlı stendlərin təşkilinə dair bağlanmış müqavilə şərtlərinin Cavabdeh MMC tərəfindən kobud şəkildə pozulması nəticəsində İddiaçıMMC-yə yaranmış elektron qaimə faktura və X2 üzrə 17 585 manat əsas borc məbləği, 2 198 manat dəbbə pulu olmaqla, cəmi 19 783 manat, həmçinin, pozulmuş hüquqlarının bərpası üçün hüquqi xidmətin gösərilməsinə dair müqavilə xərcləri,149 manat, dövlət rüsumunun məbləği də hesablanaraq, toplamda 20 257 manat məbləğin Cavabdeh MMC -dən tutularaq, İddiaçı MMC-ə ödənilməsilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edlməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış TS078-2 nömrəli, xx.xx.2024cü il tarixli “Sərgidə və Konfransda iştirakla bağlı stendlərin təşkilinə dair” xidmət müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, “İcraçı” tərəfindən 18 iyun 2025 - 21 iyun 2025-ci il tarixlərdə 4(dörd) gün müddətində saat 10:00-dan 18:00-dək Bakı Expo Mərkəzində keçiriləcək sərgidə “Sifarişçi”nin iştirakı üçün bu müqavilə ilə nəzərdə tutulmuş xidmətləri göstərir, “Sifarişçi” isə göstərilmiş xidmətlərin müqabilində xidmət haqqının vaxtında ödənilməsi öhdəliyini öz üzərinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən satış üçün nəzərdə tutulan sərgi stend ölçülərinin minimum həddi 6 (altı) m2 təşkil edir. Satışa çıxarılan hər m2 sahə üçün 500 (beş yüz) manat (ƏDV-siz) hesablanır.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra Sifarişçi tərəfindən ödənilən məbləğ geri qaytarılmır.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən “Sifarişçi” Müqavilənin Əlavələri sayılan “X6”na əsasən X1 razılaşdırılmış məbləği Hesab fakturaya əsasən “tcraçı”-nın hesablaşma hesabına köçürmə yolu ilə ödəyir.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında bu Müqavilə üzrə nəzərdə tutulan hesablaşmalar manatla, Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydasında aparılır.
14. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçı tərəfindən göstərilməsi nəzərdə tutulan xidmətlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 01 -də qeyd edilib.
15. Müqavilənin 2.4-cü bəndinə əsasən ödənişlər “icraçı” tərəfindən təqdim edilən “X2” və “Hesab faktura”ya əsasən avans olaraq hissəli şəkildə ödənilir. İlkin ödəniş olaraq xidmət haqqının 30 %-i müqavilə qüvvəyə mindiyi tarixdən ən geci 10 (on) iş günü ərzində ödənilməlidir. Xidmət haqqının 35 %-i sərginin başlanması tarixinə 4 (dörd) ay qalmış - 31 Yanvar 2025-ci il tarixinə kimi ödənilməli, xidmət haqqının qalan 35 %-i isə sərginin başlanmasına 2 (iki) ay qalmış - 31 Mart 2025-ci il tarixinə kimi tamamlanmalıdır. Xidmət təhvil verildikdən sonra sifarişçiyə elektron qaimə tərtib edilir. Sərgi başlayana qədər Sifarişçi ödənişi tamamlamadıqda, İcraçı bu müqaviləni birtərəfli qaydada ləğv edəcək və iştirak üçün ödənilmiş ödənişlər geri qaytarılmayacaq.
16. Müqavilənin 2.5-ci bəndinə əsasən “Sifarişçi” nəzərdə tutulmuş xidmət haqqım müqaviləyə uyğun vaxtında və tam ödəmədikdə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 0.1 % miqdarında cərimə ödəyir. Hesablanan cərimə ümumi xidmət haqqının 30%-dən çox ola bilməz.
17. Müqavilənin 2.6-cı bəndinə əsasən icraçı tərəfindən göstərilən əlavə xidmətlərə görə ödənişlər tərəflər arasında əlavə razılaşdırılma ilə həyata keçirilir.
18. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə “İcraçı” aşağıdakı işləri yerinə yetirməyi öhdəsinə götürür:
19. 3.1.1. Arxa və yan divarlar, şirkətin adı yerləşdirilmiş lövhə, 1 (bir) stol. 2 (iki) stul, 1 (bir) zibil qutusu, 3 (üç) yuvalı elektrik uzadıcısından ibarət sərgi stendi;
20. 3.1.2. Sərgi üçün çap ediləcək 2000 tiraj kataloqda l(bir) səhifə reklam (A5);
21. 3.1.3. Professional foto çəkiliş, stend çəkilişlərinin şirkətin e-mail ünvanına göndərilməsi;
22. 3.1.4. Sertifikat (KOBİA, DMA, İCMA, “MARSOL2' MMC);
23. 3.1.5. Sərgi hall hissəsində 6x4 metr ölçülü monitorda vaxtaşırı şirkətinizin loqosu yayımlanacaq;
24. 3.1.6. Brendwair da loqo;
25. 3.1.7 Marsolexpo.az saytında şirkətiniz üçün ayrılmış bölmədə məlumatlarınızın bir illik yerləşdirilməsi,
26. 3.1.8. “Sərgidə biz də varıq” posterinin tərəfimizdən tərtib olunması,
27. 3.1.9. Sərgi müddətində (4 gün) hər stenddə 2 iştirakçıya nahar yeməyi;
28. 3.1.10. Yalnız stend iştirakçıları üçün limitsiz çay və kofe ilə təmin etməyi (4 (dörd) sərgi günü);
29. 3.1.11.Sərgi sonrası axşam ziyafətinə 1 (bir) nəfərlik dəvətnamə;
30. 3.1.12. Axşam ziyafətində “Brendwall” da loqo;
31. 3.1.13. Sərgi müddətində, vaxtaşırı kampaniya və endirimlərin səsləndirilməsi,
32. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə “Sifarişçi” aşağıdakı işləri yerinə yetirməyi öhdəsinə götürür:
33. Müqavilənin 3.2.1-ci bəndinə əsasən bu müqavilə ilə qeyd olunmuş xidmət haqqını vaxtında ödəməyi;
34. Müqavilənin 3.9-cü bəndinə əsasən bu müqavilə üzrə icraçının aşağıdakı hüquqları var:
35. Müqavilənin 3.9.1-ci bəndinə əsasən tapşırıqların icrası ilə bağlı nəzərdə tutulmuş qaydada xidmət haqqı almaq.
36. Müqavilənin 3.9.2-ci bəndinə əsasən “Sifarişçi", “İcraçı”ya ödəniləcək xidmət haqqı məbləğini gecikdirdikdə, həmçinin hu müqavilədə nəzərdə tutulan qaydalar “Sifarişçi" tərəfindən pozulduqda, “İcraçı" tərəfindən bu müqaviləni birtərəfli qaydada ləğv etmək və “Sifarişçı”-yə sərgi stendi üçün ayrılmış sahəni yenidən satışa çıxarmaq.
37. Müqavilənin 3.9.3-cü bəndinə əsasən müqavilənin nəzərdə tutulmuş xidmətlərin sifarişə uyğun yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
38. Müqavilənin 3.10-cu bəndinə əsasən bu müqavilə üzrə “Sifarişçi”nin aşağıdakı hüquqları var:
39. Müqavilənin 3.10.1-ci bəndinə əsasən icraçıdan tapşırığın vaxtında və keyfiyyətli yerinə yetirilməsini tələb etmək;
40. Müqavilənin 3.10.2-ci bəndinə əsasən Ödənişlərin bu müqavilənin tələblərinə uyğun olaraq ödənilməsini təmin etmək.
41. Tərəflər arasında imzalanmış 07 oktyabr 2024-cü il tarixli 001 №-li X3 əsasən sərgidə iştirakın qiyməti 18585 manat məbləğində müəyyən edilmişdir.
42. İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə xx.xx.2025-ci il tarixli MT**********50 saylı 18585 manat məbləğində e-qaimə göndərilmişdir.
43. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2025-ci il tarixində təyinatı TS078-2 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə göstərilməklə avans olaraq 1000 manat məbləğində ödəniş edilmişdir.
44. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
45. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
46. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçı müqavilədə nəzərdə tutulan qaydada cavabdehə xidmətlər göstərib. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
48. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
49. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
50. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
51. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
52. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
53. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
54. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
55. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
57. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
58. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
59. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
60. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər yerinə yetirilərək cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən TS078-2 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1000 manat məbləğində avans ödənilsə də, e-qaimə üzrə tərəfindən qalan məbləğ üzrə ödəniş edilməmişdir. Cavabdehin elektron məhkəmə informasiya sistemində e-kabineti mövcüd olsa da, heç bir məhkəmə iclasında iştirak etməmişdir, nə də iddiaya dair hər-hansı yazılı etirazını təqdim etməmişdir.
61. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsas borc hissəsində təqdim olunmuş sübutlarla müqavilə, giymət razılaşdırma protokolu, e-qaimə, qismən ödəniş, müqaviləyə əsasən sərginin təşkili ilə bağlı foto-şəkillər ilə təsdiqini tapdığı üçün TS078-2 nömrəli, xx.xx.2024cü il tarixli xidmət müqaviləsi üzrə 17585 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
62. Bundan əlavə iddiaçı 2198 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
63. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
64. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
65. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
66. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (17585 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 880 manat məbləğində müəyyən edilməlidir.
67. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 325 manat məbləğində vəkil xərci və 149 manat dövlət rüsumu ödənilmişdir.
68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
69. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 145,40 manat və vəkil xərcinin əvəzi olaraq 325 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 17585 manat əsas borc, 880 manat dəbbə pulu, vəkil xərcinin əvəzi olaraq 325 manat və dövlət rüsumunun əvəzi olaraq 145,4 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova