Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-101/2025 05.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 6536,79 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 27 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 89 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 6952,79 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2, əsl cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə cavabdeh X2, əsl Cavabdeh ilə əvəz edilməsini qərara almışdır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Vəkil və Cavabdeh məhkəməyə barışıq sazişini təqdim edərək, sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş materiallarına əlavə edilmiş 05 fevral 2025-ci il tarixli barışıq sazişindən görünür ki, bir tərəfdən İddiaçı QSC-nin nümayəndəsi Vəkil şəxsində, digər tərəfdən Cavabdeh şəxsində Gəncə Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı QSC-nin X3 qarşı pul tələbinə dair iddiası üzrə 2-2(115)-101/2025 saylı kommersiya işi üzrə aşağıdakılar barədə razılığa gələrək barışıq sazişi bağlayırlar:
1. Cavabdeh sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür:
2. İddiaçı hazırkı saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək:
3. Cavabdeh 6952,79 manat borcu etiraf edərək həmin məbləğdən 500 manat xx.xx.2025-ci il tarixində ödəyərək, qalan məbləğin, yəni 6452,79 manat borcun hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür, İddiaçı QSC iddianın predmeti olan 6452,79 manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir.
4. Hissə-hissə ödəniş aşağıdakı qaydada həyata keçiriləcək: 05 mart 2025-ci il tarixdə 500 manat, 05 aprel 2025-ci il tarixdə 500 manat, 05 may 2025-ci il tarixdə 500 manat, 05 iyun 2025-ci il tarixdə 500 manat, 05 iyul 2025-ci il tarixdə 500 manat, 05 avqust 2025-ci il tarixdə 500 manat, 05 sentyabr 2025-ci il tarixdə 500 manat, 05 oktyabr 2025-ci il tarixdə 500 manat, 05 noyabr 2025-ci il tarixdə 500 manat, 05 dekabr 2025-ci il tarixdə 500 manat, 05 yanvar 2026-cı il tarixdə 500 manat, 05 fevral 2026-cı il tarixdə 500 manat, 05 mart 2026-cı il tarixdə 452,79 manat.
5. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 05 fevral 2025-ci il tarixli barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil və Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. Cavabdeh sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür:
2. İddiaçı hazırkı saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək.
3. Cavabdeh 6952,79 manat borcu etiraf edərək həmin məbləğdən 500 manat xx.xx.2025-ci il tarixində ödəyərək, qalan məbləğin, yəni 6452,79 manat borc hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın predmeti olan 6452,79 manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir.
4. Hissə-hissə ödəniş aşağıdakı qaydada həyata keçiriləcək: 05 mart 2025-ci il tarixdə 500 manat, 05 aprel 2025-ci il tarixdə 500 manat, 05 may 2025-ci il tarixdə 500 manat, 05 iyun 2025-ci il tarixdə 500 manat, 05 iyul 2025-ci il tarixdə 500 manat, 05 avqust 2025-ci il tarixdə 500 manat, 05 sentyabr 2025-ci il tarixdə 500 manat, 05 oktyabr 2025-ci il tarixdə 500 manat, 05 noyabr 2025-ci il tarixdə 500 manat, 05 dekabr 2025-ci il tarixdə 500 manat, 05 yanvar 2026-cı il tarixdə 500 manat, 05 fevral 2026-cı il tarixdə 500 manat, 05 mart 2026-cı il tarixdə 452,79 manat. 5 İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva