Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-102/2025 15.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18725,59 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 78 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 148 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 19251,59 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 847 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 25 iyun 2024-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşmə aktının məzmunundan görünür ki, 24 iyun 2024-cü il tarixinə Cavabdeh İddiaçı QSC-yə borcu 18725,59 manat təşkil edir. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır. Belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə Cavabdeh İddiaçı QSC-nə olan borcu 18725,59 manat məbləğindədir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsaq, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2024-cü il tarixindən başlanmalıdır. İddianın xx.xx.2024-cü il tarixində göndərildiyini nəzərə alsaq iddianın gecikdirilməsi üzrə məbləğ 1 ay əsasında ((18725,59*5%)/12)*1=78,02 manat hesablanmalıdır. İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 17625,59 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 78 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 148 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 18151,59 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, ekspert rəyi ilə bağlı etirazı yoxdur. Belə ki, ancaq VÖEN Cavabdeh məxsusdur, mağazanı isə o işlətməmişdir. İdarəetməni atası Şahid3 həyata keçirmişdir, Şahid2 və Şahid1 Cavabdeh işçiləri olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli üzləşmə aktlarına Cavabdeh işçisi olan Şahid2 imza etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək İddiaçı QSC ilə hər hansı bir müqavilə bağlamadığını, üzləşmə aktında və müqavilədəki imzanın ona məxsus olmadığını, İbrahimovanı isə tanımadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 847 saylı diler müqaviləsindən görünür ki, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə uyğun olaraq dilerə, özünə məxsus olan malları təklif etməyi, diler isə öz növbəsində tərəflərlərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 847 saylı diler müqaviləsinə əlavədən görünür ki, borc dövrünün sıfırlanması hər təqvim ilinin iyul ayında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Diller bəyan etmişdir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən alınacaq malları qəbul etmək, borcların üzləşdirilməsinə dair aktları imzalamaq, malların dəyərinə dair pul məbləğinin ödənilməsini təsdiq edən sənədləri imzalamaq səlahiyyətləri Şahid3, Şahid1 və Şahid2 həvalə edilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 29938,47 manat borcunun olması imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı Şahid2 imzalamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 27938,47 manat borcunun olması imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı Şahid2 imzalamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 27938,47 manat borcunun olması imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı Şahid2 imzalamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 18725,59 manat borcunun olması imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı İbrahimova imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 72-74-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli 847 saylı diler müqaviləsinin sonuncu vərəqəsinin “Diler” qrafasındakı imza, xx.xx.2022-ci il tarixli 847 nömrəli müqaviləyə əlavədə (i.v 75-76) “Diler” qrafasındakı imza, xx.xx.2024-cü il tarixli üzləşmə aktında (i.v 77) “İMZALAR” qrafasında “İbrahimova” yazısının önündəki imza və xx.xx.2024cü il tarixli üzləşmə aktında (i.v.78) “Babayev R” yazıları qarşısındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubundan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyicisi Cavabdeh (VÖEN **********) sahibkarlıq subyektlərində Şahid1 xx.xx.2022-cixx.xx.2024-cü il tarixindək və Şahid2 isə xx.xx.2022-xx.xx.2024-cü il tarixindək aktiv əmək müqavilələri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 847 saylı diler müqaviləsi və həmin müqaviləyə eyni tarixli əlavə etibarsızdır. Belə ki, həmin müqavilə və müqaviləyə əlavə Cavabdeh adına tərtib edilsə də onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə bildirir ki, iddiaçı cavabdehə satması üçün mal verdiyini, cavabdeh tərəfindən öhdəlik tam icra edilmədiyini bildirmiş, cavabdehdən 17625 manat 59 qəpik əsas borc məbləğinin tutulmasını xahiş etmişdir. Cavabdeh də izahatında iddiaçıdan mal almadığını, iddiaçı tərəfindən təqdim edilən sənədlərə imza etmədiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan borcu imzalarla təsdiq edilmişdir. Müştəri qismində aktı Şahid2 imzalamışdır. Şahid2 isə Cavabdeh aktların imzalandığı tarixlərdə aktiv əmək müqaviləsi əsasında işçisi olmuşdur. Üzləşmə aktlarına əsasən borc məbləğinin olması, iddia tələbində tələb edilən məbləğdən artıq olması müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdehdən 17625 manat 59 qəpik əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı borcun gecikdirildiyi dövr üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək əsas borca hesablanmış illik 5% olmaqla 78 manat məbləğində faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdir ki, həmin hissədə də iddia təmin edilməlidir. Odur ki, 17625 manat 59 qəpik əsas borc, 78 manat faiz borcu olmaqla cəmi 17703 manat 59 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 148 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 300 manat məbləğində hüquqi yardımla bağlı vəkil xidməti haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 148 manat dövlət rüsumu və hüquqi yardım üçün göstərilmiş 300 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 124 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17625 manat 59 qəpik əsas borc, 78 manat faiz borcu olmaqla cəmi 17703 (on yeddi min yeddi yüz üç) manat 59 (əlli doqquz) qəpik pul, hüquqi yardım üçün göstərilmiş 300 (üç yüz) manat pul, 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-102/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-102/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver