Məhkəmə qərarları › İş №e-2-2(115)-11/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-11/2022

22.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-11/2022 22.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı torpaq sahələrinin boşaldılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı torpaq sahələrinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən müvafiq olaraq 10 ha və 30 ha torpaq sahələrinin Cavabdeh MMC tərəfindən öz hesabına boşaldılması və həmin torpaq sahələrinin İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC (hüquq varisi: İddiaçı MMC) (bundan sonra “İddiaçı” adlanacaq) arasında bağlanmış 59/10 saylı, 29.12.2010-cu il tarixli icarə müqaviləsinə görə, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 10 ha torpaq sahəsi 15 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Həmçinin Ağstafa Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 60/10 saylı, 29.12.2010-cu il tarixli icarə müqaviləsinə görə, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 30 ha torpaq sahəsi 15 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Hər iki torpaq sahəsi icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Torpaq sahələri icarə hüququ üzrə cəmiyyətə məxsus olmasına baxmayaraq, Cavabdeh MMC (bundan sonra “Cavabdeh” adlanacaq) tərəfindən zəbt olunmuş və hazırda qanunsuz olaraq istifadə edilməkdədir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək, torpaq sahələrinin boşaldılması tələb olunsa da, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" MMC ********** VÖEN- ilə dövlət qeydiyyatına alınmış və daha sonra X5 Korporasiyasına birləşmişdir. X9 sözügedən əraziyə hər hansı bir aidiyyatı yoxdur. Sözügedən ərazi icarə müqaviləsi əsasında Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının istifadəsindədir və Cavabdeh MMC Akord Sənaye Tikinti İnvestisiya Korporasiyasi ilə bağlanmış müqaviləyə əsasən həmin ərazidə çay daşlarının doğranması xidmətini həyata keçirir. İddia tələbi hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, icraata qəbul edilməsinin mümkünsüz hesab edərək iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC 04.08.2020-ci il tarixdə ərizə verərək, iddianı təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən müvafiq olaraq 10 ha və 30 ha torpaq sahələrindən istifadənin Cavabdeh MMCyə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05.08.2020-ci il tarixli 2-2(115)-571/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı MMC-nin istifadəsinə verilmiş Ağstafa rayonu, Ağstafaçay deltasında yerləşən müvafiq olaraq 10 ha və 30 ha torpaq sahələrindən istifadə edilməsi Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, dövlət reyestrindən çıxarışdan da görünür ki, torpaq sahələri İddiaçı MMC-nin qanuni istifadəsindədir. Dövlət tərəfindən bu hüquq tanınmışdır. Həmin ərazidə cavabdehə məxsus inventarlar vardır. Cavabdeh tərəfindən İddiaçına məxsus olan ərazi zəbt edilmişdir. Bu ərazi onlara dövlət tərəfindən icarəyə verilmişdir və bələdiyyə heç bir şəkildə dövlətin ərazisini başqa şəxsə icarəyə verə bilməz. Cavabdehlə bağladıqları icarə müqaviləsinə isə məhkəmənin qərarı ilə xitam verilmişdir. Bu onu sübut edir ki, hal-hazırda cavabdehə məxsus avadanlıqlar onların ərazisindədir. İşə kassasiya qaydasında baxılmalı olduğundan, məhkəmənin qərarı qanuni qüvvəyə minmiş hesab olunmadığından, faktiki olaraq icarə müqaviləsinə xitam verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, "xxxx" MMC hal-hazırda iddia predmeti olmayan 15 ha icarə hüququ ilə istifadə etdiyi sahədə fəaliyyət göstərir. İddiaçı MMC-nin iddia etdiyi və naməlum şəkildə dövlət reyestrindən çıxarış almağa müvəffəq olduğu 10 ha və 30 ha torpaq sahələri ******* saylı 16.11.2011- ci il tarixli, ******* saylı 16.11.2011-ci il tarixli dövlət reyestrinin çıxarışı ilə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasına məxsusdur və sözügedən torpaq sahəsi Ağstafa rayon İcra hakimiyyəti ilə imzalanmış 59\10 və 60\10 nömrəli 29 dekabr 2010-cu il tarixli icarə müqaviləsinə əsasən tərəf olaraq "xxxx" ASC-nindir. Sözügedən ərazilərdə faktiki olaraq Cavabdeh MMC yox Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası və onun törəmə müəssisələri müqavilə əsasında fəaliyyət göstərir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi X6 Herrmann məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən müraciəti nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə işə cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 21 noyabr 2007-ci il tarixl 10 nömrəli torpaq icarə müqaviləsindən görünür ki, Ağstafa Rayon İcra Hakimiyyəti Pirili Bələdiyyəsi tərəfindən K/t yararsız 7 ha torpaq sahəsi 25 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş DT və XK-nin Ağstafa rayon şöbəsinin məsləhətçisi Ə.İsgəndərovun, Ağstafa rayonu Pirili Bələdiyyəsinin sədri H.Əhmədovun, Lənkəran şəhər sakini X1 iştirakları ilə Ağstafa rayonu Pirili kəndində tərtib edilmiş 21 noyabr 2007-ci il tarixli aktın surətindən görünür ki, Pirili Bələdiyyəsinin 21 noyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə Lənkəran şəhər sakini X4 Pirili Bələdiyyəsinin mülkiyyətində olan torpaqlarından 7.0 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi sahibkarlıq məqsədi ilə 25 il müddətinə icarəyə verilmişdir. Həmin icarəyə verilmiş torpaq sahəsi naturada ölçülərək mərz nişanları qoyulmaqla Lənkəran şəhər sakini Bayramov Zaur Ağababa oğluna təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 29 dekabr 2010-cu il tarixli 60/10 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 30 ha torpaq sahəsi 15 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölşüsü barədə sənədlərin surətindən görünür ki, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 10 ha və 30 ha torpaq sahələri icarə hüququ əsasında İddiaçı MMC-nin istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 30 ha torpaq sahəsi icarə hüququ əsasında "xxxx" ASC-yə məxsusdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 10 ha torpaq sahəsi icarə hüququ əsasında "xxxx" ASC-yə məxsusdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 30 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı MMC-yə məxsusdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 10 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı MMC-yə məxsusdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 10 ha torpaq sahəsi icarə hüququ əsasında "xxxx" ASC-yə məxsusdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin X4 ünvanladığı məktubun surətindən görünür ki, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 30 ha və 10 ha torpaq sahələri üzərində İddiaçı MMC-nin icarə hüququ RX ******* və RX ******* blank nömrəli, ********** və ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlarla qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 28.08.2020-ci il tarixli müraciətə baxılması barədə məktubun surətindən görünür ki, "xxxx" MMC (VÖEN **********) ləğv olunaraq "xxxx" MMC-yə (VÖEN **********) qoşulmuşdur. 01.06.2011-ci il tarixdə isə "xxxx" MMC (VÖEN **********) ləvğ olunaraq "xxxx" ASC (VÖEN **********) qoşulmuş və "xxxx" ASC "xxxx" MMC-nin hüquqi varisidir. İş materiallarına əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli e-2-2(113)-243/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və əmlakın geri qaytarılması tələbinə dair kommersiya işi üzrə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” QSZİ 37/0318 saylı 05.03.2018-ci il tarixli müqavilə ləğv edilməsi, müqaviləyə əsasən Cavabdeh MMC-nin istifadəsinə verilmiş 1 ədəd tırtıllı Mobil Drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 m gücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker - qum xammalı üçün; 1 ədəd ələk - qum xammalı üçün; 1 ədəd podşibnik -211; 1 ədəd reduktor oksigen; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak - Rusiya (komplekt); 1 ədəd propan balonu (boş balon); 48 kv.m. alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 1 ədəd generator 2,5 kva; 1 ədəd motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 ton qum-çınqıl 5x15 (onlar olmadıqda dəyərləri) Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi, icarə müqaviləsi üzrə ƏDV daxil 19.509 manat məbləğində icarə haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli e-2-2(103)-841/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-243/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-243/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2-2(102)-604/2021 saylı qərarında görünür ki, İddiaçı MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-841/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-841/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, tərəflər arasında olmuş mübahisəyə məhkəmədə baxılarkən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” QSZİ 37/0318 saylı 05.03.2018-ci il tarixli müqavilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşin faktiki hallarından göründüyü kimi, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən 10 ha və 30 ha torpaq sahələri İddiaçı MMC-yə icarəyə verilmişdir. İddiaçı mülkiyyətçi olmasa da, əmlaka qanuni əsasla yəni, icarə hüququ əsasında sahiblik edən şəxs kimi onun hüquqları mülkiyyətçi hüquqlarına bərabər tutulur. Göründüyü kimi, cavabdeh qanuni əsas olmadan iddiaçıya icarəyə verilmiş torpaq sahələrindən istifadə etməklə, onun tərəfindən iddiaçının qanunla qorunan icarə hüquqları pozulur və iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı MMC cavabdehə torpaq sahələrinin boşaldılaraq təhvil verilməsini bildirmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən müvafiq olaraq 10 ha və 30 ha torpaq sahələri Cavabdeh MMC tərəfindən öz hesabına boşaldılmalı və həmin torpaq sahələri İddiaçı MMC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağstafa rayonu, Ağstafaçay Deltasında yerləşən müvafiq olaraq 10 ha və 30 ha torpaq sahələri Cavabdeh MMC tərəfindən öz hesabına boşaldılsın və həmin torpaq sahələri İddiaçı MMC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar