Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-11/2025 13.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" firmasına qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 31 oktyabr 2023-cü il tarixinə 33049,99 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən illik 5%-lə hesablanmış 16510,23 manat faiz borcu, cəmi 49560,22 manat borcun, ödənilmiş 238,68 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat mediasiya dair xərcinin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə "xxxx" firmasına məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış binasının boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 19-1216 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, 21% dərəcəsi ilə 40000 manat məbləğində yanacaq alqısatqısı məqsədilə kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə "xxxx" firmasına məxsus olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən qeyri-yaşayış binası ipotekaya qoyulmuşdur. Qeyri-yaşayış binasının ipoteka qoyulması barədə bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan "xxxx" firması arasında xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Bu razılaşma dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2023-cü il tarixli **********588 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehlər Cavabdeh2 və "xxxx" firmasının nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və "xxxx" firmasının nümayəndəsi Vəkil iddia tələbinə etiraz verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırlmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. İddiaçı iddia müddətini ötürmədiyini təsdiq edən, Cavabdeh2 olunun kredit ödənişlərini təsdiq edən mədaxil orderlərinin (qəbzlərinin) əsillərini məhkəməyə təqdim etməmişdir. İddiaçı kompyüterdə aparılmış qeydlərdən çıxarışı sübut qismində məhkəməyə təqdim etmişdir. Həmin çıxarışların sübut kimi qiymətləndirilməsinə etiraz edir. İddiaçı Cavabdeh2 2019-cu ilədək kredit borclarının ödənilməsini təsdiq edən mədaxil orderlərinin əslini məhkəməyə təqdim etməklə iddia müddətinin ötürülmədiyini sübut etməlidir. Əsas kredit borcunun təminatı kimi yanacaq doldurma məntəqəsinin Tovuz rayonunun Aşağı Öysüzlü kəndindəki qeyri-yaşayış binası 08 may 2012-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilərkən ipoteka qoyan şəxs qismində Hüseynli Vahid Cavad oğlu iştirak etmişdir. Qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi ipoteka müqaviləsini, o bağlamışdır. Halbuki, qeyd olunan bina Seriya MA ******* saylı çıxarışa (qeydiyyat tarixi xx.xx.2009-cu il) əsasən tam mülkiyyət hüququ ilə “Qara" firmasına məxsus olmuşdur. Firmanın həmin vaxt qüvvədə olan Nizamnaməsinin 7.4-cü maddəsinə əsasən firmanın əmlakı üzərində təsisçilərin razılığına əsasən firmanın prezidenti sərəncam verə bilərdi. Hüseynli Vahid Cavad oğlu həmin vaxt firmanın prezidenti olmamışdır. Onun firmanın əmlakına sərəncam vermək hüququ olmamışdır. Hüseynli Vahid Cavad oğlunun etibarnamə əsasında da firmanı təmsil etmək hüququ olmamışdır. X13 müqaviləni təsisçi kimi bağlamışdır. Təsisçinin belə bir hüququ olmamışdır. Bundan başqa hüquqi şəxs təsis edildikdən sonra təsisçilər deyil, hüquqi şəxsin iştirakçıları hesab olunurlar. Qanunla onların hüquqi statusu fərqlidir. Notariat işinə Hüseynli Vahid Cavad oğlunun firmanın prezidenti olduğunu təsdiq edən sənəd əlavə edilməmişdir. Müqavilə bağlanılarkən notariat orqanı və iddiaçı tərəfindən Hüseynli Vahid Cavad oğlunun səlahiyyəti yoxlanılmamışdır. İpoteka müqaviləsi bağlanarkən müqaviləyə “Qara" firmasının möhürü vurulmamışdır. İpoteka müqaviləsində göstərilən qeyri-yaşayış sahəsi firmaya məxsus qeyri-yaşayış sahəsinindən fərqlənir. Belə ki, müqavilədə ipoteka predmeti 11,6 kv metr ümumi, 7.2 kv.metr köməkçi sahəsi olan əmlak kimi qeyd olunmuşdur. Halbuki, çıxarışa görə firmanın qeyri-yaşayış sahəsi ancaq 11,6 kv.metr qeyri-yaşayış sahəsindən ibarətdir. İpotekaya qoyulmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,00148 ha torpaq sahəsi dövlətin mülkiyyətindədir. İpoteka müqaviləsi bağlanarkən ipotekaya qoyulmuş qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin razılığı alınmamışdır. "Azərbaycan Respublikasının İpoteka haqqında" Qanununun 7.2-ci maddəsinin tələblərinə görə bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. İpoteka müqaviləsi bağlanılarkən qanunun həmin tələbi pozulmuşdur. İddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə qarşılıqlı razılığa əsasən 16 iyul 2014-cü il tarixdən kredit faizlərinin hesablanması dayandırıldığından illik 5 faizlə hesablanmış faiz borcunun tutulması tələbi də düzgün deyildir. Razılaşmanın pozulması kimi qiymətləndirilməlidir. Həmçinin ipoteka bildirişi cavabdehlərə qanunla müəyyən edilmiş qaydada təqdim edilməyib. İddiaçı bildirişin cababdehlərə təqdim edilməsi barədə təsdiqedici sənədləri məhkəmyə təqdim etməyib. Həmin bildirişdən məhkəməyə şikayət etmək hüquqları təmin edilməyib. İpoteka bildirişi qeydiyyata alınmaq üçün qeydiyyat orqanına 23 noyabr 2023-cü il tarixdə təqdim edildiyi göstərilsə də iddiaçı tərəfindən işə əlavə edilmiş bildirişin qeydə alınması barədə yazılı məlumatdan göründüyü kimi ərizə 15 saylı ərazi idarəsində 30 noyabr 2023-cü il tarixdə qeydə alınıb. Hətta bildiriş cavabdehlərə təqdim edilmiş olsa idi belə ərizə qeydiyyat üçün ərazi idarəsinə ən geci 21 noyabr 2023-cü il tarixdə təqdim edilməli idi. 22 noyabr 2023-cü il tarixdə isə qeydə alınmalı idi. Ərizənin qeydiyyatı üçün rüsum 27 noyabr 2023-cü il tarixdə ödənilib. Həmçinin iddiaçı mediasiya prosesinin tətbiqi barədə iddiaçının təklifi Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada təqdim edilməyib. Cavabdeh həmin bildirişi və təklifi almamışdır. Mediasiya prosesi barədə təklifin məzmunu iddia tələbindən fərqlənir. Bundan başqa iddiaçı məhkəməyə qədər pretenziya verilməsi ilə bağlı qanunu tələblərinə əmək etməmişdir. Hazırkı iddia icaatı müqavilə öhdəliklərini yerinə yetirilməməsi ilə əlaqədardır. Cavabdehlər Cavabdeh2 və "xxxx" firmasının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 03 may 2021-ci il tarixli 19-12-16 saylı kredit müqaviləsinin əsas şərtlər adlanan 2-ci hissəsinin 2.6-cı bəndindən göründüyü kimi gecikdirilən borc məbləğinə cərimə kimi hər gecikdirilən gününə 0,1 faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Mülki Məcəllənin 445.7-ci maddəsinin mətnindən göründüyü kimi iddiaçı gecikdirilən gün üçün o vaxt illik 5 faiz cərimə tələb edə bilər ki, müqavilə gecikdirilən gün və ya vaxt üçün cərimə ödənilməsi nəzərdə tutulmasın. Göstərilənlərə əsasən iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğin illik beş faizinin ödənilməsini tələb edə bilməz. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh 29 dekabr 2020-ci ildə sonuncu dəfə ödəniş etmişdir. Pul elektron qaydada terminal vasitəsi ilə ödənilmişdir. Bu qaydada borc ödəmək üçün müştəriyə məxsus kodu bilmək lazımdır. Müqavilənin müddəti bitdikdən sonra yalnız 5% olaraq faiz hesablanmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil izahatında göstərdi ki, 12 ildir ki, iddiaçı cavabdehdən hər hansı pul tələb etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi çıxarış sübut deyildir. İddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, müqavilənin icra müddətinin başa çatdığı andan sonrakı müddət üçün iddia müddətinin buraxılmamasına dair sübut təqdim etməlidir. İddiaçı tərəfindən cavabdehin 2020-ci ildə ödəniş etməsi ilə əlaqədar sənəd təqdim edilmişdir, ancaq bundan əvvəlki illər üçün isə ödəniş edilməsi ilə əlaqədar sənəd təqdim etməmişdir. Cavabdeh tərəfindən 2020-ci ildə ödəniş edilmiş olsa belə 2020-ci ilədək ödəniş edilmədiyi üçün aradakı 3 illik müddət ötürülmüşdürsə iddia müddəti buraxılmış hesab olunur. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş cədvəlini qəbul etmir. İddiaçı ilkin mühasibat sənədlərini təqdim etməlidir. Sübut kimi onlar mədaxil və məxaric qəbzlərini götürə bilərlər. Ödəniş terminalı ilə ödəniş ediləndə ola bilməzki bankda bununla bağlı hər hansı maliyyə sənədi olmasın. İlkin sənədlər əsas sübutlardır, bunlar isə mədaxil qəbzləri hesab olunur. Bundan başqa ipoteka müqaviləsi işin faktiki hallarına uyğun gəlmir. İpoteka müqavilə bağlanarkən Vahid Hüseynovun səlahiyyəti yoxlanılmamış, o cümlədən mülkiyyətin kimə məxsus olması yoxlanılmamışdır. Müqavilə bağlanılarkən “Qara" firmasının direktorunun kim olmasını bilmir. Mülkiyyət hüququ “Qara" firmasına məxsus olmuşdur. Ancaq müqavilədə Vahid Hüseynovun adı qeyd edilmiş, çıxarışda isə “Qara" firmasının adı göstərilmişdir. İpoteka müqaviləsində ipoteka predmeti 1 qeyri yaşayış sahəsinin 2 otaqdan ibarət göstərilmişdir, lakin ipoteka predmeti 1 otaqdan ibarət 11.6 kv.metrdir. 2 otaqdan ibarət olması ipoteka müqaviləsində göstərilmişdir. İpoteka haqqında qanuna əsasən əmlak ipoteka ilə yüklü edilərkən buna mülkiyyətçinin razılığı olmalıdır. İpoteka predmeti dövlət torpağı olduğu üçün dövlətin buna razılığı olmalı idi. Tərəflər arasında faiz hesablanmasının dayandırılması barədə razılaşma olmuşdur. lakin iddiaçı hazırda illkin 5 faiz dəyərində pul istəyir. İpoteka bildirişi 1 gün ərzində qeydə alınmamışdır, ayın 27-də pul ödənilmiş, ayın 30-da isə reysertdə qeydə alınmışdır. Qanuna əsasən 1 günə qeydə alınmalıdır, əks halda tutma həyata keçirilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh tərəfindən ödəmə terminallarından ödəniş edilmişdir. Terminaldan qabaq ödənilən pullarla əlaqədar qəbzləri məhkəməyə təqdim etmişdir. Ödəniş terminalından pul ödəniləndə bankın sistemlə ancaq məlumat daxil olur. İllik 5%-lə hesablanmış faiz borcu müqavilənin müddətinin bitməsindən sonra hesablanmışdır, müqavilə müddətinə hesablanmamışdır. Qiymətləndirmə rəyi ilə razı deyildir. İş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanan xx.xx.2012-ci il tarixli 19-1216 saylı kredit müqaviləsindən görünür ki, borcalana yanacaq alqı-satqısı üçün 18 ay müddətinə illik 21% olmaqla 40000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə “Qara" firmasının təsisçisi və direktoru kimi qeyd edilmiş X12, həmçinin borcalan Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, “Qara" firmasının təsisçisi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmış 0.00148 ha torpaq sahəsində yerləşən 1 girişli 11.6 kv.m ümumi 7.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən ipoteka predmeti 50000 manat qiymətləndirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində dövlət mülkiyyətində olan 0.00148 ha torpaq sahəsində yerləşən 1 mərtəbə 11.6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası “Qara" firmasına məxsusdur və İddiaçı ASC-nin xeyrinə yüklülük qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh2 məxsus bank hesabından çıxarışdan görünür ki, borcalan xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hissə-hissə ödəniş etmişdir. İş materiallarında olan “Qara" firmasının nizamnaməsindən və dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmış, təsisçiləri 79,75% paya sahib X12 və 20,25 % paya sahib X3r. Müəssisədə icraedici orqan müəssisənin prezidentidir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, İddiaçı ASC-nin müştərisi borcalan Cavabdeh2 xx.xx.2012-ci il tarixli 19-1216 nömrəli kredit müqaviləsi üzrə (08 may 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən) 16 iyul 2014-cü il tarixdən kredit faizi dayandırılmışdır. İş materiallarında olan PashaPay vasitəsilə edilmiş ödənişlərin çıxarışından görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin hesabına xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat pul ödənilmişdir. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin İddiaçı ASC-yə ünvanladığı məktubdan görünür ki, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci tarixədək olan dövrdə “Qara" firmasının (VÖEN **********) rəhbəri X7r. Kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar həmin şəxslərin razılığı ilə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2016-cı il tarixdə 300 manat, xx.xx.2016-cı il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 400 manat pul ödənilmişdir. İş materiallarında olan Tovuz rayon notariat kontorunda xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş 3M1-97 nömrəli notariat işinin materiallarından görünür ki, X8, əri X12 tərəfindən “Qara" firmasına məxsus qeyri-yaşayış binasının, X6 təsisçisi olduğu və X1 ərinin təsisçisi olduğu “Qara" firmasına məxsus yanacaqdoldurma məntəqəsinin onun payına düşən hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 26 noyabr 2024-cü il tarixli 3- 16-16/2-10/5571-9/5777 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mübahisə predmeti olan Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən qeyri-yaşayış binasına dair birja məlumatları, internet saytı məlumatları olmadığından Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 11,6 kv.m olan qeyri-yaşayış binasının hazırki bazar dəyərini və likvid satış qiymətini müəyyən etmək mümkün olmadı. Xidmətin qiyməti 100 manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2025-ci il tarixli 3-16- 16/2-9/944/2025 nömrəli rəyindən görünür ki, xx.xx.2012-ci il tarixli 19-1216 saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 əsas borc üzrə 27403,33 manat, faiz borcu üzrə 15812,85 manat borcu müəyyən edilmişdir. Xidmətin qiyməti 50 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, “Qara" firmasına məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində istifadədə olan 0.00148 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (YDM) bazar qiyməti 208000 manat, likvid qiyməti 175000 manat təşkil edir. Xidmət haqqı ümumilidə 400 manat qeyd edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış, borcalana yanacaq alqı-satqısı üçün 18 ay müddətinə illik 21% olmaqla 40000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, kredit məbləğini borcalana vermiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, banka borcu yaranmışdır. İddiaçı iddia tələbində 31 oktyabr 2023-cü il tarixinə 33049,99 manat əsas, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 16510,23 manat faiz borcunun, cəmi 49560,22 manat borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Mötəbərliyi şübhə doğurmayan ekspertiza rəyi ilə borcalanın banka 31 oktyabr 2023cü il tarixinə əsas borcu 27403,33 manat, faiz borcu 15812,85 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspertiza rəyi ilə müəyyən edilmiş əsas borc və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun cavabdehdən tutulması qanuni və əsaslıdır. Məhkəmə cavabdeh tərəfin iddiaçının əsas məbləğə hesablanmış illik 5% faiz borcunu tələb etməkdə haqlı olmaması dəlili ilə bağlı bildirir ki, bankın məhkəməyə kredit faizinin dayandırılması ilə bağlı məktubunun olması, müqavilə şərtlərinə əsasən iddiaçının borcun gecikdirilməsinə görə cərimə tələb edə bilməsi və bu hüququndan istifadə etməməsi iddiaçının müqavilə müddəti bitdikdən sonra əsas borcun gecikdirilməsinə görə illik 5%-lə hesablanmış əldən çıxmış faydanı tələb etmək hüququnu istisna etmir və aradan qaldırmır. 24 fevral 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin tarixdən sonra qüvvəyə minən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdeh tərəf iddiaçının 3 illik iddia müddətini ötürməklə iddia qaldırdığını bildirmiş, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2012-ci il tarixlidir və müqavilə 18 ay müddətinə bağlanmışdır, müqavilənin bitmə müddəti, yəni iddia müddətinin başlanması xx.xx.2013-cü il tarixidir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarış, istər mədaxil qəbzləri, istərsə də PashaPay vasitəsilə edilmiş ödənişlərin çıxarışından görünür ki, borcalan xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarix daxil olmaqla hissə-hissə borcun ödənilməsini həyata keçirmişdir. Borcalanın banka ən son ödənişi xx.xx.2020-ci il tarixidir. İddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, həmçinin məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixdə təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış almışdır. İddiaçı iddia ərizəsi ilə istər 2020-ci ilədək, istərsə də həmin tarixdən sonra iddia müddətini ötürməmiş, qanunvericilikə müəyyən edilmiş müddətdə iddia qaldırmışdır. Bundan başqa cavabdeh tərəf ipoteka müqaviləsinin etibarlılığını mübahisələndirmiş, ipoteka müqaviləsini bunu səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığını, X5 firmanın təsisçisi olduğunu, ipoteka müqaviləsi bağlanarkən rəhbər olmadığını bildirmişdir. Cavabdeh tərəf ipoteka müqaviləsi bağlanılarkən hüquqi şəxsin rəhbərinin məhz X12 deyil, başqa şəxs olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş vergi orqanının məlumatından görünür ki, ipoteka müqaviləsi bağlanılarkən X12 hüquqi şəxsin icra orqanının rəhbəri olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində ipoteka qoyulmuş əmlakın ümumi sahəsindən əlavə köməkçi sahə göstərilməsi, müqaviləyə firmanın möhürünün vurulmaması, əmlakın yerləşdiyi torpaq sahəsinin dövlətin mülkiyyətində olsa da mülkiyyətçisinin razılığının alınmaması həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas vermir. Bundan başqa məhkəmə qeyd edir ki, pretenziya məktubları cavabdehlərə, ipotekaya tutma yönəldilməsi haqqında bildirişlər ipoteka qoyana qanunvericiliklə nəzərə tutulmuş qaydada və müddətdə göndərilmiş, həmçinin ipotekaya tutma yönəldilməsi haqqında bildiriş dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edimiş müddətdə göndərilmiş və qeydiyyata alınmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma cavabdeh "xxxx" firmasının mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən (0.00148 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 11.6 kv.m olan 1 mərtəbəli) qeyri-yaşayış binasına (DYM) yönəldilməli, həmin qeyri-yaşayış binası açıq hərracdan satılmalı, qeyri-yaşayış binasının ilkin satış qiyməti 175000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış binası boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh "xxxx" firmasına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 238,68 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı və 210 manat mediasiyaya dair xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 219,65 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat dövlət rüsumu, 210 manat mediasiyaya dair xidmət haqqı da müştərək qaydada cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh2 iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsi ilə bağlı 150 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin, qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 manat ekspertiza xərci "xxxx" MMCnin hesabına tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 03 may 2012-ci il tarixli 19-1216 saylı kredit müqaviləsi üzrə yaranmış 27403 manat 33 qəpik əsas, müqavilə müddəti bitdikdən sonra əsas borcun gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış 15812 manat 85 qəpik faiz borcu olmaqla cəmi 43216 (qırx üç min iki yüz on altı) manat 18 (on səkkiz) qəpik kredit borcu, ödənilmiş 219 (iki yüz on doqquz) manat 65 (altmış beş) qəpik dövlət rüsumu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 (iki yüz on) manat mediasiya dair xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat rüsum Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma cavabdeh "xxxx" firmasının mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən (0.00148 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 11.6 kv.m olan 1 mərtəbəli) qeyri-yaşayış binasına (DYM) yönəldilsin, həmin qeyri-yaşayış binası açıq hərracdan satılsın və qeyri-yaşayış binasının ilkin satış qiyməti 175000 (bir yüz yetmiş beş min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış binası boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh "xxxx" firmasına qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 (dörd yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə məhkəmə-tikinti texniki və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-11/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-11/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver