Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1146/2024 25.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair xx.xx.2023 tarixli, **********421 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə qədər yaranmış məktəblər üzrə 15589 manat, məktəbəqədər təhsil müəssisələri üzrə 226,05 manat borc olmaqla, ümumilikdə 15815,05 manat borc məbləğinin tam şəkildə Cavabdehndən alınaraq Birliyin bank hesabına ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair xx.xx.2023 tarixli **********420 və **********421 saylı müqavilə bağlanmışdır. Cavabdeh balansında olan 1, 2, 3, 5, 7, 8, 9, 10, 11, 22, 55, 69, 98, 99, 109 saylı məktəblər, həmçinin məktəbəqədər müəssisələr Gəncə şəhəri ərazisində yerləşir. Həmin müqavilələrə əsasən Birlik tərəfindən həmin məktəblərə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri göstərilir. Lakin Cavabdeh həmin müqavilənin 2-ci bəndinin 1-ci yarımbəndində göstərilən vəzifəsini icra etmədiyindən həmin İdarənin xx.xx.2024 tarixinə Birliyə məktəblər üzrə ödənilməli 15589 manat, məktəbəqədər təhsil müəssisələri üzrə 226,05 manat borcu yaranmışdır. Daha sonra iddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borcdan 11486.91 manat ödənildiyini bildirərək cavabdehdən 4329,86 manat borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli **********421 saylı bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, icraçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi təyin edilmiş sahədən tullantıları müqavilədə qeyd edilən müddət ərzində aylıq 917 manat, illik 11004 manat olmaqla daşınmasını və zərərsizləşdirilməsini təmin etməyi, həmiçinin təyin olunmuş müddətdə xidmət haqqının ödənişi gecikdirildiyi təqdirdə icraçı tərəfindən xidmətin icrasının dayandırılacağını öhdəsinə götürmüşdür. Sifarişçi Cavabdeh isə təyin etdiyi ərazidən məişət tullantıların daşınmasına görə bağladığı müqaviləyə əsasən göstərilən müddətdə hər ay xidmət haqqını icraçının bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli **********420 saylı bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, icraçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi təyin edilmiş sahədən tullantıları müqavilədə qeyd edilən müddət ərzində aylıq 45,21 manat, illik 542,64 manat olmaqla daşınmasını və zərərsizləşdirilməsini təmin etməyi, həmiçinin təyin olunmuş müddətdə xidmət haqqının ödənişi gecikdirildiyi təqdirdə icraçı tərəfindən xidmətin icrasının dayandırılacağını öhdəsinə götürmüşdür. Sifarişçi Cavabdeh isə təyin etdiyi ərazidən məişət tullantıların daşınmasına görə bağladığı müqaviləyə əsasən göstərilən müddətdə hər ay xidmət haqqını icraçının bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 may 2024-cü il tarixli şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh 15589 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında 05 yanvar 2023-cü il tarixdə xidmət müqavilələri bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş xidmətləri cavabdehə göstərmiş, cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi tam olaraq icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 4329,86 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə yaranmış 4329,86 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi büdcə təşkilatı olduğundan məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Eyni zamanda Cavabdeh də büdcə təşkilatı olduğundan məhkəmədə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli **********421 nömrəli bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 4329 (dörd min üç yüz iyirmi doqquz) manat 86 (səksən altı) qəpik borc Cavabdehndən tutularaq iddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1146/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1146/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver