Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1159/2024 28.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı “İddiaçı”nin Cavabdeh qarşı malların məhv edilməsi və kompensasiya tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “İddiaçı” Cavabdeh qarşı malların məhv edilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli İHR**********62 sənədi ilə Türkiyə Cumhuriyyətindən **-VT-***/**-ZH-*** dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********4678 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 56 kq “İddiaçı” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: İddiaçı əmtəə nişanlı 56 kq ayaqqabı **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və cavabdeh fərdi sahibkar Cavabdeh (VÖEN:**********) əlli min manat məbləğində kompensasiyanın tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Hüquq sahibi, baş ofisi: Fransa, Paris, 75016, Boulevard de Montmorency 31-37 ünvanında yerləşən “İddiaçı” Şirkətinə (“İddiaçı”) ünvanladığı 03 may 2024-cü il tarixli Bildiriş №22 (“Bildiriş”) və 03 may 2024-cü il tarixli №3-33-1100/000022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına (“Qərar”) əsasən, qeydiyyat ünvanı Ağdam rayonu, Qaradağlı ərazi dairəsi, Qaradağlı kəndi olan fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli İHR**********62 saylı invoys sənədi ilə Türkiyə Cumhuriyyətindən 99VT424/99ZH084 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir və baxış zamanı **********4678 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “İddiaçı” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: İddiaçı əmtəə nişanlı 56 kq ayaqqabı **********) kontrafakt olması əlamətləri aşkar olunmaqla həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 03 may 2024-cü il tarixindən 20 may 2024-cü il tarixinədək dayandırılmışdır. Hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus müvafiq “İddiaçı” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İddiaçı” Şirkətinə məxsus əmtəə nişanları tərkibində Əqli Mülkiyyət Hüquqları obyektləri olan mallarının Gömrük Reyestrinə xx.xx.2020-ci il tarixində daxil edilmişdir və qorunur. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm “İddiaçı” Şirkəti kimi müstəsna hüquq sahiblərinin müəlliflik hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır, həm də “İddiaçı” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal “İddiaçı” malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə, daxili bazarda haqsız rəqabət mühitinin yaradılmasına səbəb olur. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Hüquq sahibi-“İddiaçı” Şirkətinin üçünçü şəxslər qarşısında mülki məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən sığortalanıb. Eyni zamanda, istehlakçıları aldatmaqla, üzərində “İddiaçı” markaları və əmtəə nişanları olan saxta və kontrafakt olan aşağı keyfiyyətli məhsulun istehsalı, idxalı, yayımı və satılması kimi qanunpozutularına yol vermiş şəxs(lər) əqli mülkiyyət hüquqlarının pozuntusu nəticəsində zərərçəkmiş şəxsin\tərəfin rəsmi müraciəti əsasında mülki, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. “İddiaçı” əmtəə nişanlarından qeyri-qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla, qeyd olunan fərdi sahibkar Cavabdeh müstəsna hüquq sahibi - “İddiaçı” Şirkətinə, həmçinin, “İddiaçı” Şirkətinin Azərbaycandakı rəsmi distributorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal “İddiaçı” məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə, onları nüfuzdan salır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm müstəsna hüquq sahibi - “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan müəlliflik və əqli mülkiyyət hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır və həm də “İddiaçı” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal “İddiaçı” malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə, daxili bazarda haqsız rəqabət mühitinin yaradılmasına səbəb olur. Həmin halları nəzərə alaraq hesab edirik ki, hüquq sahibi - “İddiaçı” Şirkətinin qanunla tanınan hüquq və mənafeyinin qorunmasının təmin edilməsi üçün cavabdeh fərdi sahibkar Cavabdeh Azərbaycan Respublikasına idxal etdiyi sözügedən kontrafakt malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və cavabdeh fərdi sahibkar Cavabdeh 50000 (əlli min) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: malların buraxılışının dayandırılması haqqında qərar, bildirişlər, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli, 3-33-1100/000022Q nömrəli malların buraxılışının dayandırılması haqqında qərarından və 03 may 2024-cü il tarixli 22 nömrəli bildirişdən görünür ki, Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli İHR**********62 saylı invoys sənədi ilə Türkiyə Cümhuriyyətindən 99VT424/99ZH084 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir və baxış zamanı **********4678 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “İddiaçı” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmaqla həmin malların buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2, idxalçı Cavabdeh və bəyannaməçi “X6” MMC-yə dərhal yazılı bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2021ci il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (ünvan: 31-37 Boulevard de Montmorency, F-75016 PARİS (FR) adına qeydiyyata alınan 437000 saylı “İddiaçı” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 01, 02, 03, 04,05, 06,07,08, 09, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20,21,22, 23, 24,25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 25 aprel 2028-ci il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2021ci il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən “İddiaçı” (ünvan: 31-37 Boulevard de Montmorency, F-75016 PARİS (FR) adına qeydiyyata alınan 437001 saylı təsvir beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 25 aprel 2028-ci il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2021ci il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (ünvan: 31-37 Boulevard de Montmorency, F-75016 PARİS (FR) adına qeydiyyata alınan ******* saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 09, 14, 18, 24, 25, 35-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 08 fevral 2029-cu il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən üvanlanmış 12 aprel 2022-ci il tarixli, 1000-130/1xx-xx/005578 nömrəli məktubdan görünür ki, Komitənin 1000/063 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamı ilə “İddiaçı” əmtəə nişanı adı altında mallar Gömrük Reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 283.1-ci maddəsinə əsasən reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. - 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun: - 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); - 6-cı maddəsinin “a” və “ç” yarımbəndin əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları və əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); qeydiyyata alınmır. - 10-cu maddəsinə əsasən əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. - 19-cu maddəsinə görə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına ... dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir.” Qanunun 21-ci maddəsinə görə “Əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər.” - 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. - 26-cı maddəsinə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. - 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. - 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. İxrac olunması nəzərdə tutulan kontrafakt malların gömrük ərazisindən buraxılması gömrük orqanlarının qərarı ilə dayandırıla bilər. Malların sərbəst dövriyyəyə buraxılmaması barədə ərizəçiyə (hüquq sahibinə) bildiriş verildiyi gündən 10 iş günü müddətində kontrafakt olduğu ehtimal edilən idxal mallarının üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən qoyulmuş həbs qərarından sonra cavabdeh olmayan şəxsin iddiasına əsasən məhkəmədə işə mahiyyəti üzrə baxılması barədə ağlabatan müddətdə məlumat gömrük orqanlarına daxil olmadıqda, dayandırma 10 iş günündən çox olmamaq şərti ilə uzadıla bilər. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal kontrafakt məhsul hesab olunur. İddiadan və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən ərizəçiyə (hüquq sahibi) məxsus olan “İddiaçı” əmtəə nişanı və təsvirlərindən istifadə edilməklə həmin əmtəə nişanı adı altında istehsal olunmuş və kontrafakt hesab olunan mallar ölkəyə idxal olunmuşdur. Lakin Bakı Baş Gömrük İdarəsi tərəfindən idxal olunmuş həmin mallara gömrük nəzarəti altında baxış keçirilərkən həmin malların kontrafakt olması əlamətləri aşkar olunmuşdur. Buna görə də Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə malların buraxılışının dayandırılması haqqında qərar qəbul olunmuşdur. Malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000022Q saylı saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 03 may 2024-cü ildə rəsmən təqdim olunmuşdur. “İddiaçı SE” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 20 may 2024-cü il tarixli Bildiriş № 30 (“Bildiriş”) və 20 may 2024-cü il tarixli №3-33- 1100/000030Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarına (“Qərar”) əsasən, həmin malların buraxılışının dayandırılması daha 10 (on) iş günü müddətinə 20 may 2024-cü il tarixindən 04 iyun 2024-cü il tarixinədək uzadılmışdır. Malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 20 may 2024-cü il tarixli №3-33-1100/000030Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 21 may 2024-cü ildə rəsmən təqdim olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (ünvan: 31-37 Boulevard de Montmorency, F-75016 PARİS (FR) adına qeydiyyata alınan 437000 saylı “İddiaçı” beynəlxalq əmtəə nişanı və “İddiaçı” (ünvan: 31- 37 Boulevard de Montmorency, F-75016 PARİS (FR) adına qeydiyyata alınan 437001 saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 01, 02, 03, 04,05, 06,07,08, 09, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20,21,22, 23, 24,25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 25 aprel 2028-ci il tarixinə qədər qüvvədədir. Eyni zamanda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (ünvan: 31-37 Boulevard de Montmorency, F-75016 PARİS (FR) adına qeydiyyata alınan ******* saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 09, 14, 18, 24, 25 və 35-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 08 fevral 2029-ci il tarixinə qədər qüvvədədir. Göründüyü kimi iddiaçı həmin siniflərdə göstərilən əmtəə və xidmətlər üzrə “İddiaçı” əmtəə nişanından və təsvirindən istifadə etməkdə müstəsna hüquqa malikdir. Məhkəmə qeyd olunan normalara məcmu halda qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli İHR**********62 saylı invoys sənədi ilə Türkiyə Cumhuriyyətindən **-VT-***/**-ZH-*** dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********4678 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “İddiaçı” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: İddiaçı əmtəə nişanlı 56 kq ayaqqabı **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir. Məhkəmə iddia tələbinin 50000 manat məbləğində kompensasiyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsinə əsasən, əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər...” “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsinin tələbinə əsasən hüquqi sahibinin “vurulmuş ziyanın və çəkdiyi xərclərin” əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, iddiaçı 50000 manat məbləğində kompensasiyanın tələb edərkən pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri barədə məhkəməyə sübut təqdim etməlidir. Lakin iddianın kompensasiya tələbinə dair hissəsi yüxarıda göstərilən xüsusatlar baxımından əsaslandırılmamış və məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Həmçinin qeyd olunan mallar mülki dövriyyəyə buraxılmadan, Azərbaycan bazarına idxal edilmədən gömrük orqanları tərəfindən dayandırılmışdır. Belə olan halda iddiaçıya ziyan dəyməsi sübut olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33- 1100/000022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli İHR**********62 saylı invoys sənədi ilə Türkiyə Cumhuriyyətindən **- VT-***/**-ZH-*** dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********4678 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “İddiaçı” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: İddiaçı əmtəə nişanlı 56 kq ayaqqabı **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000022Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli İHR**********62 saylı invoys sənədi ilə Türkiyə Cumhuriyyətindən **-VT-***/**-ZH-*** dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********4678 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “İddiaçı” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: İddiaçı əmtəə nişanlı 56 kq ayaqqabı **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1159/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1159/2024
28.08.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver