Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-134/2025 06.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən Bərdə şəhəri, Bakı küçəsi qeyri-yaşayış sahəsinə kənar su xəttinə görə əsassız hesablanmış 3492 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Qarabağ” oteli ona məxsusdur. 09 avqust 2021-ci ildə "xxxx" ASC-nin 5 nömrəli X6 İdarəsinin Bərdə Su Kanal Sahəsinin əməkdaşları obyektinə iştirakı olmadan baxış keçirmiş və kənar su xətti aşkar etməsi əsası ilə su xətti bağlanmış və ona 3492 manat cərimə yazılmışdır. Otel binası 2020-ci ildən tikilməyinə baxmayaraq, maddi imkansızlıqla bağlı uzun müddətdir təmir edilməmişdir və fəaliyyət göstərmirdi. 2020-ci ilin sentyabr-oktyabr aylarında 44 günlük Vətən Müharibəsi zamanı obyketinin zirzəmisindən Milli Ordu tərəfindən sığınacaq kimi istifadə edilmiş və Milli Ordunun zabitlərinin göstərişi ilə su idarəsinin işçiləri tərəfindən su xətti çəkilmişdir. Həmin vaxt hər bir Azərbaycanlı kimi o da, Vətən üçün əlindən gələni etmiş və obyektindən Şanlı Ordu tərəfindən istifadə edilməsinə şərait yaratmışdır. Müharibədən sonra hazırki dövrədək oradan istifadə etməmişdir. Yalnız bu yaxınlarda fəaliyyətə başlamaq istəyərkən ona bildirmişlər ki, cərimə yazılıb və cəriməni ödəməlidir. Hansı ki, 2020-ci ildə tikilən binadan indiyədək istifadə etməmiş və otel fəaliyyət göstərməmişdir. Həmin kənar su xətti də sığınacaqdan istifadə edən əsgərlər getdikdən sonra, su idarəsinin işçiləri tərəfindən kəsilmişdir. O texniki şərt alıb, sayğac quraşdırmış, lakin obyektə cərimə yazıldığı üçün sudan istifadə edə bilmir. Göstərilən səbəbdən otel binasına verilən su xətti bərpa olunmalı və qanunsuz yazılmış cərimə məbləği silinməlidir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları su xəttinə onun iştirakı olmadan baxış keçirmiş və bu barədə ona məlumat verməmişlər. Həmçinin baxış protokolunda hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Mülki hüquq pozuntusu nəticəsində, sahibkarlıq fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər. Bu hal sahibkar kimi fəaliyyətinə mənfi təsir edir. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, müharibə vaxtı qeyri-yaşayış sahəsinin zirzəmisindən hərbi qulluqçular istifadə etmiş, həmin su xəttini də onlar çəkmişdir. O, 01 iyun 2024-cü ildən qeyri-yaşayış sahəsindən istifadə etməyə başlamışdır. Texniki şərt almaq istəyəndə su idarəsindən ona cərimə yazıldığı bildirilmişdir. Ancaq ona cərməni təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Akt tərtib edilərkən qeyri-yaşayış sahəsi onların olmuş, ancaq istifadə etməmişlər. 2024-cü ilin iyun ayının 1-dən etibarən onlar fəaliyyətə başlamışdır. Qeyd edilən su xəttini onlar çəkməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçının qeyri-yaşayış sahəsində özbaşına çəkilmiş xətt aşkar edilmişdir, bu xətt aşkar edildiyi anda həmin xətt kəsilmiş və cərimə hesablanmışdır. Belə ki, su idarəsinin işçiləri 6 aydan bir mütləq yoxlama aparmalıdırlar. 09 avqust 2021-ci ildə yoxlama zamanı 3 nəfər nümayəndə baxış keçirmiş, kənar xətt aşkar etmişlər. Qeyri-yaşayış sahəsi İddiaçı olduğu üçün akt onun adına tərtib edilmişdir. Özbaşına su xətti çəkildiyi üçün cərimə tətbiq edilmişdir. Cərimənin məbləği su borusunun diametrinə görə Nazirlər Kabinetinin qərarına əsasən hesablanmışdır. Yoxlama aparan şəxslər səlahiyyətli olmuş, akt tərtib edilib cərimə binanın özünə yazılmışdır, çünki binanın mülkiyyətiçisi yoxlamaya dəvət edilsə də çağrışa gəlməmişdir, yoxlama zamanı iştirakdan imtina etmişdir. Qeyd edilən cərimə agentliyin ümumi bazasında görünür. Aktdan başqa əlavə sənəd yoxdur. Yoxlama reyesterdə qeydiyyata alınmamışdır. Həmin obyektdən istifadə edilmişdir, çünki həmin vaxt işıqdan da istifadə edilmişdir. Bu barədə işıq idarəsindən aldığı saldonu da məhkəməyə təqdim etmişdir. Vətəndaşla suyun verilməsi barədə müqavilə bağlanmasından imtina edilmişdir. Kənar su xəttindən hərbiçilərin istifadə edib-etməməsi barədə müvafiq icra hakimiyyətindən şifahi olaraq soruşmuş, onlar isə belə bir halın mövcud olmadığını bildirmişlər. Qarşı tərəf suyun qanunsuz çəkildiyini bilirdi, müharibə bitdikdən sona belə müvafiq orqana bu su xətti ilə bağlı məlumat verməmişlər. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli 007914 nömrəli aktdan görünür ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən dörd mərtəbəli tikili, otel binasına akt tərtib edilmiş, aktda tikiliyə qeyri-qanuni su xətti qoşulmasının aşkar edildiyi, su xəttinin kəsilərək tıxac vurulduğu, bu aktın obyekt sahibi tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "xxxx" ASC-yə vurduğu maddi ziyanın hesablanması və ödənilməsi üçün əsas olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanunsuz istifadə fakturasından görünür ki, Bakı küçəsi ev 330-da fəaliyyət göstərən qonaq evinə xx.xx.2021-ci il tarixli 7914 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 3492 manat borc hesablanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Sudan istifadə qaydaları”nın 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aid edilmişdir. Həmin qaydaların 5.1.1-ci bəndinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçıların hüquqlarına aid edilmişdir. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə olmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 09 avqust 2021-ci il tarixli qeyd edilən qeyri-yaşayış sahəsinə qeyriqanuni su xətti qoşulmasının aşkar edilməsi səbəbi ilə akt tərtib edilmiş, 3492 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları 09 avqust 2021-ci il tarixdə qeyriyaşayış sahəsinə akt tərtib etmişlər, lakin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi müəyyən edilməmiş, baxış keçiriləcəyi barədə məlumatlandırılmamış, aktın tərtibində iştirakı təmin edilməmiş, aktla bağlı məlumat verilməmiş, akt əsasında cərimə hesablansa da bu barədə qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə hər hansı sənəd təqdim edilməmişdir. Göründüyü kimi akt qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Bundan başqa cavabdeh müəssisənin əməkdaşları akt tərtib edib qeyri-yaşayış sahəsinə cərimə hesablasalar da xəttin kim tərəfindən çəkilməsi, sudan kim tərəfindən istifadə olunması müəyyən edilməmiş, iddiaçının təqsiri müəyyən edilmədən mülkiyyətində olan qeyri-yaşayış sahəsinə borc hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 avqust 2021-ci il tarixdə tərtib edilmiş 007914 nömrəli akta əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 nömrəli qeyri-yaşayış sahəsinə yazılmış 3492 (üç min dörd yüz doxsan iki) manat cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-134/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-134/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver