Məhkəmə qərarları › İş №e-2-2(115)-1471/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1471/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1471/2024 14.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, Abdullayeva Səbinə Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 65115,20 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 271 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 288 manat məhkəməyə ödənilən dövlət üsumu olmaqla, cəmi 65974,20 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60115,20 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 250 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 288 manat məhkəməyə ödənilən dövlət üsumu olmaqla, cəmi 60953,20 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil Cavabdeh arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil və Cavabdeh məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razı olduqlarını və barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etdiklərini bildirdilər. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil və Cavabdeh arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli barışıq sazişi şərtləri aşağıdakılardan ibarətdir:

1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür:

1.1.1. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh 60953,20 (altmış min doqquz yüz əlli üç manat iyirmi qəpik) manat borcu etiraf edərək həmin borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür, İddiaçı QSC iddianın predmeti olan 60953,20 manat məbləğin cavabdeh tərəfindən hissə- hissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək.

s/s Ödəniş tarixi Ödəniş Qalıq borc/manat məbləği/manat 1 Oktyabr 2024 7000 53953,20 2 Noyabr 2024 3000 50953,20 3 Dekabr 2024 3000 47953,20 4 Yanvar 2025 3000 44953,20 5 Fevral 2025 3000 41953,20 6 Mart 2025 3000 38953,20 7 Aprel 2025 3000 35953,20 8 May 2025 3000 32953,20 9 İyun 2025 3000 29953,20 İyul 2025 3000 26953,20 10 11 Avqust 2025 3000 23953,20 12 Sentyabr 2025 3000 20953,20 13 Oktyabr 2025 3000 17953,20 14 Noyabr 2025 3000 14953,20 15 Dekabr 2025 3000 11953,20 Yanvar 2026 3000 8953,20 16 17 Fevral 2026 3000 5953,20 Mart 2026 3000 2953,20 18 19 Aprel 2026 2953,20 0

1.1.3. İddiaçı və cavabdeh razılığa gəlirlər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək. Məhkəmə tərəfləri dinləyib, tərəflərə barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfisndən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil və Cavabdeh arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür:

1.1.1. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcəkdir. 1.1.2. Cavabdeh 60953,20 manat borcu etiraf edərək həmin borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür, İddiaçı QSC iddianın predmeti olan 60953,20 manat məbləğin cavabdeh tərəfindən hissə- hissə ödənilməsini qəbul edir.

1.1.3. Hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcəkdir.

s/s Ödəniş tarixi Ödəniş Qalıq borc/manat məbləği/manat 1 Oktyabr 2024 7000 53953,20 2 Noyabr 2024 3000 50953,20 3 Dekabr 2024 3000 47953,20 4 Yanvar 2025 3000 44953,20 5 Fevral 2025 3000 41953,20 6 Mart 2025 3000 38953,20 7 Aprel 2025 3000 35953,20 8 May 2025 3000 32953,20 9 İyun 2025 3000 29953,20 10 İyul 2025 3000 26953,20 11 Avqust 2025 3000 23953,20 12 Sentyabr 2025 3000 20953,20 13 Oktyabr 2025 3000 17953,20 14 Noyabr 2025 3000 14953,20 15 Dekabr 2025 3000 11953,20 16 Yanvar 2026 3000 8953,20 17 Fevral 2026 3000 5953,20 18 Mart 2026 3000 2953,20 19 Aprel 2026 2953,20 0

1.1.4. İddiaçı və cavabdeh razılığa gəlirlər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə, 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qəradadaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar