Məhkəmə qərarları › İş №e-2-2(115)-1584/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1584/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1584/2025 01.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Vidadi Maarif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X2 Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin boşadılması və müvafiq akt əsasında təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin müvəqqəti istifadəsinə verilmiş, Xankəndi şəhərində yerləşən (koordinat: X:650049; Y:4409608) yerləşən ümumi sahəsi 625 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılması və müvafiq akt əsasında iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatında olan e-2-2(115)-1496/2025 saylı digər iş üzrə iddiaçı Cavabdeh Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinin qanuni əsaslarla istifadəsində olan Xankəndi şəhərində yerləşən “Xan Araz” restoranının həyətində iddiaçının vəsaiti hesabına inşa edilmiş smeta dəyəri 5438 manat olan manqalxananın cavabdehin hesabına inşa edilib iddiaçıya təhvil verilməsi, hazırkı iş üzrə məhkəmə xərci kimi 394 manat vəkil xidmət haqqının, 120 manat dövlət rüsumunun, cəmi 514 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə, əməlində əməkdaşlarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və s maddələrinin tərkib əlamətinin olub olmamasının araşdırılması üçün cavabdehin barəsində xüsusi qərardad çıxarıb Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi və bir biri ilə bağlı olan iddia tələbləri ilə əlaqədar iki iş olduğundan, e-2-2(115)-1584/2025 və e-2- 2(115)-1496/2025 saylı işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılması üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X2 Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin boşadılması və müvafiq akt əsasında təhvil verilməsi tələbinə dair e-2-2(115)-1584/2025 nömrəli kommersiya işi iddiaçı Cavabdeh “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” X1rşı manqalxananın cavabdehin hesabına tikilərək iddiaçıya verilməsi tələbinə dair e-2-2(115)-1496/2025 saylı kommersiya işinə birləşdirilsin. Birləşmiş işlərə e-2-2(115)-1496/2025 nömrəsi verilsin. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar