Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1837/2023 29.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə (maraqlı şəxs X4) qarşı alqı-satqı müqaviləsinin və texniki pasportun qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (üçüncü şəxs X4) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Kəpəz rayonu Yevlax şossesində yerləşən və xüsusi mülkiyyəti olan X3 aid torpaq sahəsində yerləşən kimi qələmə verilən, faktiki isə mövcud olmayan 6A saylı X2 Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi sədri X6 əmək kollektivi tərəfindən vəkil edilmiş X5 tərəfindən 5 iyul 1996-cı il tarixli 6A saylı YDM-nin özəlləşdirilməsinə dair 134 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin üzərinə həmin saxta özəlləşdirmə əsasında X1 adına tərtib edilmiş 28 iyul 2000-ci il tarixli, 000793 nömrəli YDM adlı texniki pasportun qeydiyyatını ləğv etmək öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(125)-5860/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-2(115)-1712/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin qərardadına əsasən tərəflər mediasiya prosesində iştirak etmədikərindən iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə (maraqlı şəxs X4) qarşı iddia ərizəsi ilə mediasiya prosesində iştirak etdikdən sonra məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz rayonu Yevlax şossesində yerləşən və xüsusi mülkiyyəti olan X3 aid torpaq sahəsində yerləşən kimi qələmə verilən, faktiki isə mövcud olmayan 6A saylı X2 Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi sədri X6 əmək kollektivi tərəfindən vəkil edilmiş X5 tərəfindən 5 iyul 1996-cı il tarixli 6A saylı YDM-nin özəlləşdirilməsinə dair 134 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin üzərinə həmin saxta özəlləşdirmə əsasında X1 adına tərtib edilmiş 28 iyul 2000-ci il tarixli, 000793 nömrəli YDM adlı texniki pasportun qeydiyyatını ləğv etmək öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmayıbsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisəsinin ünvanının olduğu yerə görə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən etmişdir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə mediasiya prosesində iştirak etdikdən sonra məhkəməyə müraciət etmişdir, lakin iddia ərizəsində cavabdeh olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsini (maraqlı şəxs X4) qeyd etmişdir. Həmin hüquqi şəxsin ünvanı isə Bakı şəhəri Yasmal rayonu Hüseyn Cavid prospekti 135-dir. Nəzərə alınsa ki, iddia cavabdeh hüquqi şəxsin hüquqi ünvanının olduğu yerə görə verilir, belə olan halda iddia ərizəsi ərazi aidiyyətinə uyğun olmayaraq verilmiş hesab edilməlidir. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsaəsn iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən QƏRARA ALDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə (maraqlı şəxs X4) qarşı alqı-satqı müqaviləsinin və texniki pasportun qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı (qəbzin nömrəsi:**********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1837/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1837/2023
29.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver