Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1898/2025 03.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Prime Cotton» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4797 manat 59 qəpik borc və ödənilmiş 68 manat rüsum olmaqla, cəmi 4865 manat 59 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 №-li zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş (hesabdan çıxarış əlavə edilir), iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh, sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməletməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 8797 manat 59 qəpik borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə zamin-iddiaçı tərəfindən kreditora ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 8797 manat 59 qəpik borcu yaranmışdır. Bu borc üzrə cavabdeh tərəfindən ümumilikdə 4000 manat vəsait iddiaçıya geri ödənilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, bank cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Lakin götürdüyü məbləği ödəmədiyi üçün sözügedən məbləği banka iddiaçı ödəmişdir və hal-hazırda reqres iddia qaydasında borcu tələb edirlər. Məhkəməyə müraciət olunandan sonra cavabdeh tərəfindən borcdan hər hansı ödəniş edilməmişdir. Borclu fermerlərlə müqavilə bağlanılmır. Yeni müqavilə borc ödənildikdən sonra bağlanıla bilər. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında borcu qəbul edərək izahatında bildirdi ki, iddiaçı yenidən müqavilə bağlamadığından çətin vəziyyətdə qalıb. Məhkəmə tərəflərin izahatarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/23 saylı əməkdaşlıq və zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin (bundan sonra borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı, borcalan kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh qız arasında bağlanmış xx.xx.2024-cü il tarixli E175 saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit xətti (limiti) müqaviləsindən görünür ki, bank müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərti ilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 01 nömrəli və xx.xx.2024-cü il tarixli 02 nömrəli Əlavə razılaşmalar ilə xx.xx.2023-cü il tarixli 01/23 saylı əməkdaşlıq və zaminlik müqaviləsinə dəyişiklik edilmişdir. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, borcalanın hesabına "xxxx" ASC tərəfindən ümumilikdə 8797 manat 59 qəpik pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh 8302 manat 80 qəpik əsas borc, 494 manat 79 qəpik faiz borcu olmaqla, cəmi 8797 manat 59 qəpik borcu qalmış, zamin "xxxx" MMC tərəfindən həmin borc məbləği xx.xx.2025-ci il tarixdə tam olaraq "xxxx" ASC-yə ödənilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən 8797 manat 59 qəpik borcundan 4000 manat ödəniş etmiş, nəticədə cavabdehin 4797 manat 59 qəpik ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli REK/1323/25 nömrəli məktubdan görünür ki, İddiaçı adını dəyişərək İddiaçı MMC adı ilə fəaliyyətini davam etdirməsi barədə qərar qəbul edilmişdir və yeni ad 09 iyul 2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Qəbul olunan qərarlarda "xxxx" MMC-nin adının İddiaçı MMC kimi nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin adı dəyişərək İddiaçı olmuşdur. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş sənədindən göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 68 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin hesabına pul köçürülmüş, bankla iddiaçı "xxxx" MMC (hazırda adı İddiaçı MMC) arasında bağlanmış zaminlik müqaviləsinə əsasən iddiaçı cavabdehin bank qarşısında olan 4797 manat 59 qəpik məbləğində borc öhdəliyini icra etmiş və tələb üzrə hüquqlar həmin həcmdə iddiaçıya keçmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin olaraq ödədiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4797 manat 59 qəpik məbləğində borc və ödənilmiş 68 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4797 manat 59 qəpik məbləğində borc və ödənilmiş 68 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1898/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1898/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver