Məhkəmə qərarları › İş №e-2-2(115)-25/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-25/2025

31.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-25/2025 31.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, vəkili Vəkil2, nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı MMC-yə qarşı torpaq sahəsindən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Ceyrançöl adlanan ərazisində yerləşən 250 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etmiş olduğu hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə Cavabdeh rəhbərlik etdiyi İddiaçı MMC-yə mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonunun Ceyrançöl adlanan ərazisində yerləşən 250 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsini zəbt edib və həmin torpaq sahəsindən onun razılığı olmadan istifadə edir. Qeyd olunan torpaq sahəsi ilə bağlı MMC-nin mülkiyyət hüquqları üçüncü şəxs tərəfindən dövlət qeydiyyatına alınıb. O, dəfələrlə cavabdehdən zəbt etmiş olduğu torpaq sahəsindən çıxmasını xahiş etsə də, cavabdeh onun xahişinə məhəl qoymur. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyən edici sənədi yoxdur. Cavabdeh İddiaçı MMC-yə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaqdan qanunsuz istifadəyə görə kompensasiya tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd edilməsi, ona məxsus Şəmkir rayonunun Ceyrançöl massivində yerləşən 382 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması, həmçinin ona vurduğu zərərə görə 10000 manat kompensasiyanın və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdeh X2 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 ona qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia tələbini qəbul etmir. İddia ərizəsini qanunsuz və əsassız hesab etdiyi üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2000-ci il tarixdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı ilə aralarında bağlanmış 101 nömrəli icarə müqaviləsinə əsasən Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsində xırda buynuzlu heyvanların saxlanılması üçün 99 il müddətinə 382 ha örüş torpaq sahəsi ona icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq bu barədə ona çıxarış verilmişdir. Onun icarəsində olan həmin 382 ha torpaq sahəsi 2000-ci il tarixdən onun istifadəsindədir. Lakin torpağının müəyyən bir hissəsi cavabdeh X6 tərəfindən zəbt edilmişdir. Cavabdeh həmin ərazidə bağ salmış və bir hissəsinə də yonca və taxıl bitkisi əkilmişdir. İlkin iddia ərizəsində göstərilənlərin əksinə olaraq o dəfələrlə Canpolad Məmmədova bu hərəkətlərə son qoymasını bildirsə də sonuncu ona ümumiyyətlə əhəmiyyət verməmiş və hərəkətlərini davam etdirmişdir. Cavabdehin özbaşına onun torpağını zəbt etməsi və bağ salıb əkməsi nəticəsində ona 10000 manat maddi zərər dəymişdir. Belə ki, cavabdeh onun torpağını zəbt edib zəbt etdiyi ərazidə bağ salmaqla, yonca və taxıl əkməklə qazanc və gəlir əldə etmişdir. Əgər torpağı cavabdeh tərəfindən zəbt edilməsəydi o sözügedən torpaq sahəsindən 10000 manat qazanc əldə edə bilərdi. Lakin bu gün də o cavabdehin qanunsuz hərəkətləri ucbatından həmin qazancından və gəlirlərindən məhrum olmuşdur. Cavabdeh sonuncu dəfə xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, "xxxx" MMC 2003-cü ildən onun mülkiyyətində olan 382 ha torpaq sahəsinin 55 ha hissəsini zəbt etmiş, həmin zəbt olunmuş torpaq sahəsində 2 ədəd ferma və qalacaq tikdirmişdir. Artıq 21 ildir ki, zəbt edilmiş torpaq sahəsindən gəlir götürür, o, isə əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. 55 ha torpaq sahəsindən ildə 4000 m həcmində gəlir götürmək mümkündür. Beləliklə, cavabdeh ona 80000 m zərər vurmuşdur. Ona görə də, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 382 ha otlaq sahəsinin "xxxx" MMC tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması və zəbt nəticəsində vurulmuş zərərin həcmi 10000 manatdan artırılaraq 80000 manat həcmində qəbul edilməsi və əlavə ödənilmiş 210 manat dövlət rüsumunun alınıb cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddia tələbini qəbul etməyib, ilkin iddianı müdafiə edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasındakı narazılıq 2023-cü ilin sonunda yaranmışdır. Suliddin Canpolada məxsus ərazinin kiçik bir hissəsini zəbt etmişdir. İddiaçı tikinti inşa etmək icazəsi var. Odur ki, ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 2000-ci ildən həmin ərazini dəfələrlə ölçdürmüşdür. O, 2000-ci ildən həmin ərazidədir. Həmin vaxt Canpolad orada yox idi. Canpolad rüşvət verərək, torpağın yerini sürüşdürdü. İlkin sənədlərdən də görünür ki, onun 995 ha ərazisi var. Ona verilən çıxarış saxtadır. DƏDRX torpağın sxemini düzgün tərtib etməyibdir. 382 ha ərazinin qeyd olunduğu çıxarışdan başqa çıxarışı yoxdur. Sözügedən çıxarışı keçən il məhkəmə vasitəsi ilə almışdır. İlkin sənədlərdən görünür ki, sözügedən ərazilər ona məxsusdur. 995 ha ərazisinin əks olunduğu xəritə və müqavilə var. Canpolad faktiki olaraq 250 ha-dan çox torpaq sahəsindən istifadə edir, lakin çıxarışa əsasən 49 ha torpaq sahəsi var. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ilk iddia tələbi qanunsuz və əsassızdır. İddia tələbində nəzərdə tutulmuş faktlar əsaslandırılmalıdır, lakin əsaslandırılmamışdır. Qarşılıqlı iddia tələbi isə qanuni və əsaslıdır. Quşçuluq ferması Suliddinin torpaq sahəsində yerləşmiş və İddiaçı tərəfindən zəbt edilmişdir. Mübahisəli torpaq sahəsi 2000-ci il 9 sentyabr tarixindən Suliddinə icarəyə verilmişdir. Ona çıxarış verilmişdir. Lakin ona məxsus olan torpaq sahəsindən lazımi qaydada istifadə edə bilməmişdir. Canpolad 2024-cü ilədək torpağı qanunsuz zəbt etmiş, istifadə etmişdir. Suliddinə maddi ziyan vurulmuşdur. İlk iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini, şəxsə dəymiş maddi ziyanın ödənilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh iddia etdiyi torpaq sahəsində olan tikilələri 2003-cü ildən "xxxx"-nin direktoru Canpolad istifadə edir. Müqavilə bağlanandan sonra çıxarışda sərhədlər dəyişdirilmişdir. Mütəxəssis məhkəmə iclasında bildirdi ki, quş ferması Suliddinə məxsus torpaq sahəsində yerləşir, lakin Canpolad tərəfindən istifadə olunmuşdur. Ərazinin çıxarışı 2022-ci ildə alınmışdır. Həmin vaxta kimi Canpolad sözügedən ərazini zəbt etmişdir. Həmin quş ferması və onun ətrafındakı ərazilər çıxarışa əsasən Suliddinə məxsusdur. Buna görə də, yaranmış maddi ziyanla əlaqədar olaraq qarşı tərəfdən pul tələb edirlər. Ferma 2023-cü ilin sentyabr ayında aktla Suliddinə qaytarılmışdır. Məhkəmə iclaslarından sonra məlum oldu ki, Canpolad quş fermasını və onun ətrafında olan torpaq sahəsini zəbt etmiş, bundan gəlir götürmüşdür. Maddi zərərin ödənilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş mütəxəssis X7 verdiyi rəyə əlavə olaraq bildirmişdir ki, tərəflərdən heç biri bir-birinin torpaqlarını zəbt etməyib. Cavabdeh 36-37-ci qış otlaq sahəsindən yer ayırılıb. Ümumlikdə, 382 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən ərazi 36-cı otlaq sahəsində olsa da, Suliddinin çıxarışında qeyd olunmamışdır. Cavabdeh iddia etdiyi ərazilərin bir qismi çıxarışda yoxdur. Sözügedən su hovuzu və tikililər tərəflərin heç birinin torpağının çıxarışının əhatə etdiyi ərazidə deyil. Həmin ərazi dövlət mülkiyyətindədir. Lakin hal-hazırda həmin ərazini faktiki olaraq İddiaçı adamları istifadə edir. İddiaçı yer zəbt etmişdir, lakin həmin ərazi Cavabdeh məxsus deyil. İddia olunan mübahisəli yer cavabdehə məxsus 382 ha-lıq ərazidən kənarda yerləşir. Ərazidəki su hovuzu və tikililər sovxoza məxsusdur. O, GPS aparatı ilə sahəni ölçmüşdür. Çıxarış əsasında danışır. İddia edilən yer tərəflərin heç birinə aid deyil. Həmin ərazi vaxtı ilə Suliddinin istifadəsinə verilmiş ola bilər, ancaq çıxarışda bu cür görünmür. Xəritədə “Q” şəklində olan fermanın tikilisidir. Digər 2 nöqtə yardımçı tikili və su hovzudur. Həmin ərazilər çıxarışdan kənardadır. Sxemləri məhkəməyə təqdim etmişdir. Mübahisəli tikililərin sxemlərini çəkmiş, sərhədlərini göstərmişdir. Həmçinin arayış da təqdim etmişdir. Sxemin 1-ci səhifəsindən görünür ki, İddiaçı əmlakı ilə Suliddinin ərazisi bir-birindən təcrid olunmuşdur. Sahələr arasında örüş torpaq sahəsi var. 2-ci səhifədə İddiaçı 35 ha torpaq sahəsi görünür. 3-cü səhifədə ərazidə olan ferma görünür. Fermanın sahəsi 36 ha torpaq sahəsinin içərisindədir, ancaq çıxarışdan kənardadır. 4-cü səhifədə üçbucağa bənzəyən yer Suliddinin yeridir. Yaxınlığında göstərdiyi digər yer isə mübahisəli fermadır. 5-ci səhifədə fermadan əlavə çoban alaçığı var. Suliddinin ərazisi ilə aralarındakı sərhədləri göstərmişdir. Arayışla birlikdə sxem 8 səhifədən ibarətdir. 7-ci səhifədə quşçuluq ferması göstərilmişdir. Həmin ərazi çıxarışa əsasən Suliddinə məxsusdur. Ferma Canpolada məxsusdur, ancaq Suliddinin istifadəsindədir. 4-cü sxemdən görünür ki, hal-hazırda iddia edilən ferma Suliddinə məxsus yerdən kənarda, lakin 36 saylı örüş sahəsinin tərkibindədir. Mübahisə edilən fermanın olduğu yer dövlət mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini və mütəxəssis rəyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Suliddin onun atasıdır. Canpolad onlara məxsus quşçuluq fermasını istifadə etmişdir. Ondan həmin ərazini 2024-cü il 18 oktyabr tarixində məcburi olaraq alıblar. Canpolad onları həmin ərazidə narahat edirdi. Atası həmin torpağı icarəyə verirdi. Torpağı məcburi olaraq alıblar. DƏDRX ərazidə koordinant qurdu, protokol tərtib etdi, onlar da hasarladılar. Ərazi halhazırda onların istifadəsindədir. Canpolad 2000-ci ildən 2024-cü ilin 18 oktyabr tarixinədək sözügedən ərazini qanunsuz istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, Suliddin ilə həm qohumluq münasibətləri var, həm də onun işçisi olmuşdur. Onlar ərazidə təmizlik işi aparırdılar. Canpolad onlara zor tətbiq edirdi. Əlində yaba ilə üzərlərinə hücüm edir, itlərini üstlərinə salırdı. Bu hadisə 2024-cü ilin sentyabr-oktyabr aylarında olmuşdur. Orada gündəlik çalışırdı. Aralarında müqavilə yox idi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 14.9389 ha torpaq sahəsi, xx.xx.2022-ci il tarixli **********7 qeydiyyat nömrəli çıxarışa əsasən isə Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 35.0907 ha torpaq sahəsi "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü barədə sənədin surətindən görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36,37 saylı qış-otlaq sahəsinin 382 ha torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivi 36,37 saylı qış-otlaq sahəsinin 382 ha torpaq sahəsi Cavabdeh xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-4611/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-nin istifadəsinə verilmiş Şəmkir rayonu Ceyrançöl massivində yerləşən 350907 ha və 149389 ha torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur. Cavabdeh istifadəsinə verilmiş Şəmkir rayonu Ceyrançöl massivində yerləşən 36,37 saylı qış otlaq sahəsi "xxxx" MMC tərəfindən istifadə olunmur. Lakin Cavabdeh iddia etdiyi torpaq sahəsi, su hovuzu və tikililər 36 saylı qış otlaq sahəsinin ərazisində yerləşir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-16-16/2-10/498 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: "xxxx" MMC-nin istifadəsinə verilmiş Şəmkir rayonu Ceyrançöl massivində yerləşən 350907 ha və 149389 ha torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur. Cavabdeh istifadəsinə verilmiş Şəmkir rayonu Ceyrançöl massivində yerləşən 36,37 saylı qış otlaq sahəsi "xxxx" MMC tərəfindən istifadə olunmur. Lakin Cavabdeh iddia etdiyi torpaq sahəsi, su hovuzu və tikililər 36 saylı qış otlaq sahəsinin ərazisində yerləşir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-48/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, idarəyə daxil olmuş Gəncə Kommersiya Məhkəməsinin məktubunda rəyin son cümləsində qeyd olunmuş X1 iddia etdiyi torpaq sahəsi, su hovuzu və tikililərə dair sxemlərin məhkəməyə təqdim olunması ilə bağlı müraciətə əsasən təkrar baxış keçirilərək məktubda qeyd olunan torpaq sahəsi, su hovuzu və tikililərə dair sxemlər işlənib hazırlanmışdır. İddia verilən və sxemlərdə göstərilən sahəsi 182 kv.m-dək olan ferma kompleksi, sahəsi 253 kv.m-dək olan çoban alacağı və sahəsi 46 kv.m-dək olan su hovuzu 36 saylı qış otlaq sahəsində yerləşməklə Cavabdeh adına qeyd olunmuş reyestr nömrəsi **********84 saylı çıxarışın sərhədləri daxilində yerləşməklə hal-hazırda Cavabdeh istifadəsindədir. Samux-Eldar yolunun sağ tərəfində yerləşən 9.1 kv.m-dək su hovuzu isə hər iki tərəfə verilmiş çıxarışların səhədləri xaricində olmaqla 36 saylı qış otlaq sahəsində yerləşir. Eyni zamanda "xxxx" MC-nə verilmiş çıxarışlarla Cavabdeh adına qeyd olunmuş çıxarışın sərhədləri sxemlərdə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İlk iddia tələbi qanunsuz tutulmuş torpaq sahəsindən çıxarılma, qarşılıqlı iddia tələbi isə torpaq sahəsindən çıxarılma ilə yanaşı torpaqdan qanunsuz istifadədəyə görə kompensasiya tələbindən ibarət olsa da, məhkəmə tərəfindən alınan mötəbərliyi şübhə doğurmayan mütəxəssis və ekspertiza rəylərindən göründüyü kimi, hər iki iddia tələbi üzrə tərəflərdən heç biri bir-birinin torpaq sahəsini zəbt etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, torpaq sahəsindən çıxarılma barədə ilk və qarşılıqlı iddialar təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinin torpaqdan qanunsuz istifadədəyə görə kompensasiya tələbinə gəldikdə, məhkəmə qeyd edir ki, bir halda ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçıya aid torpaqdan qanunsuz istifadə etməsi təsdiq olunmadığından, buna görə kompensasiya tələbi də təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunmasa da, qarşılıqlı iddia üzrə iddiaçının vəkillləri Canpolad adlı şəxsin 2000-ci ildən 2024-cü ilədək Cavabdeh aid torpaq sahəsini qanunsuz istifadə etdiyinə görə sonuncunun 80000 manat məbləğində əldən çıxmış fayda qismində zərərə uğramasını bildirsələr də, həmin halın baş verməsi və zərərin məbləği barədə məhkəməyə mötəbər sübutları təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilməməli, ilk iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilk iddia ərizəsi üzrə iddiaçıya, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, 100 manat məbləğində ekspertiza xərcinin 50 manatı İddiaçı MMC-dən və 50 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı MMC-yə qarşı torpaq sahəsindən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilk iddia ərizəsi üzrə iddiaçıya, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. 100 manat məbləğində ekspertiza xərcinin 50 manatı İddiaçı MMC-dən və 50 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar