Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2580/2022 14.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul və əmlak tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, "xxxx" ASC–dən xx.xx.2020-ci il tarixli 24/55 saylı müqaviləyə əsasən, müasir ayaqaltı, betonaltı iskənə və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı montaj və demontaj xidmətlərin göstərilməsi qarşılığında 3 qaimə üzrə ümumi borc 33.542,94 manat xidmət haqqı və 28.08,2020-ci il tarixli 35 saylı təhvil-təslim aktına əsasən siyahı üzrə qeyd edilən daşınar əmlakların qaytarılması, məhkəmə qərarı qanuni qüvvəyə minənədək 3354.29 manat məbləğində dəbbə pulunun, vəkil orderi üçün ödənilən 150 manat pulun, mediasiyaya ödənilən 200 manat dövlət rüsumunun, məhkəməyə ödənilən 30 manat dövlət rüsumunun "xxxx" ASC– dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı pul tələbi ilə yanaşı xx.xx.2020-ci il tarixli 35 saylı təhvil-təslim aktında göstərilən daşınar əşyaları da cavabdehdən tələb edir. Göründüyü kimi tələb edilən əmlaklar iddia ərizəsində ayrı-ayrılıqda konkret olaraq göstərilməmiş, onların miqdarı, dəyəri qeyd edilməmişdir. İddiaçı iddia ərizəsinin qanunla müəyyən edilmiş məzmununu təşkil edən məlumatları ərizə daxil etməyərək, tələb etdiyi əmlaklar barədə məlumatı deyil, əmlaklar yazılmış sənədin tarixini və nömrəsini göstərməklə kifayətlənmişdir. Halbuki, tələb edilən hər bir əmlak və onların dəyəri barədə məlumatlar ərizənin məzmununda yer almalı və ümumi dəyərə uyğun dövlət rüsumu ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul və əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul və əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-2580/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2580/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver