Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2733/2025 05.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı Sublisenziya müqaviləsi üzrə fərdi sahibkar Cavabdeh 439,15 (dörd yüz otuz doqquz manat on beş qəpik) manat məbləğində borc məbləğinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2023-ci il tarixli, ******* saylı sublisenziya müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq Servis (İddiaçı MMC) Partnyora (Cavabdeh) Databasedən və 1.1-ci bənddə göstərilən digərlərindən istifdə etmək hüququ verir. Lisenziyanın şərtlərinə əsasən bu Müqavilə ilə müəyyən edilmiş qaydada, ocümlədən əlavə funksional Modullar və proqramlar vasitəsilə təmin edilir. Partnyor isə bu müqavilədə müəyyən edilmiş qaydada, müddətdə və miqdarda Servisə lisenziya haqqını ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin mübahisələrin həlli qaydası adlanan 7-ci bəndinin 3-cü hissəsində isə qeyd olunmuşdur ki, tərəflər mövcud mübahisələr və fikir ayrılıqları barədə danışıqlar yolu ilə razılıq əldə etmədikdə, mübahisələr və fikir ayrılıqları Servisin ünvanı aidiyyəti üzrə məhkəmədə həll ediləcəkdir.. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatdan görünür ki, İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 1kasının Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Məhkəmə hesab edir ki, tərəflər öz aralarında bağladıqları xx.xx.2023-cü il tarixli sublisenziya müqaviləsi ilə işin ərazi aidiyyətini dəyişdirdiyindən işə Gəncə Kommersiya Məhkəməsində baxıla bilməz. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, tərəflər xx.xx.2023-cü il tarixli sublisenziya müqaviləsi ilə aralarında yaranacaq hər hansı mübahisələrin və fikir ayrılıqları Servisin ünvanı aidiyyəti üzrə məhkəmə tərəfindən baxılması ilə bağlı razılığa gəldiyindən və Servisin (İddiaçı MMC) olduğu yer Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov, ev 9/5, mənzil 28 ünvanı olduğundan aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi müraciət etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267, 284-3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-2733/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2733/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver