Məhkəmə qərarları › İş №e-2-2(115)-2966/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2966/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2966/2025 26.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı soyuducunun və ya onun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı soyuducunun və ya onun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə “BİG UGUR” markalı soyuducunu və ya onun 800 manat dəyərini, eləcə də 30 (otuz manat) dövlət rüsumu olmaqla, ümumilikdə 830 manat pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “ A+CO” ASC arasında xx.xx.2025-ci il tarixli “əvəzsiz istifadə” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “ A+CO” ASC özünə məxsus 800 manat dəyərində avadanlığı Cavabdeh əvəzsiz müddətli istifadəsinə verməyi, sonuncu isə həmin avadanlığı müvafiq Təhvil-Təslim Aktı əsasında qəbul edib özünə məxsus ticarət obyektlərində nümayiş etdirilməsini təmin etməyi və Müqaviləyə xitam verilməsi halında Avadanlığı təbii köhnəlmə dərəcəsi nəzərə alınmaqla A+CO” ASC-yə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən avadanlığın qiyməti 800 manat təşkil edir və Müqavilə ilə nəzərdə tutulmuş cərimə hədlərinin müəyyən edilməsində avadanlığın dəyərini ifadə edir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə və həmin tarixli təhvil-təslim aktından məlum olur ki, cavabdeh BİG UGUR ( SOYUDUCU) markalı dəyəri 800 manat olan soyuducunu təhvil almışdır. xx.xx.2025-cü il tarixində tərəflərindən göndərilən bildirişə əsasən cavabdehlə aralarında bağlanılmış müqaviləyə xitam verilərək 05 təqvim günü ərzində Avadanlığın geri qaytarılması ilə bağlı online kargüzarlıq vasitəsilə müraciət edilmişdir. Lakin həmin tarixdən etibarən cavabdeh tərəfindən soyuducunun qaytarılması və ya onun dəyərinin ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Beləliklə, tərəflər arasındakı müqavilə və təhvil-təslim aktı üzrə Cavabdeh Cəmiyyətə soyuducunu qaytarmağı yaxud soyuducunun dəyəri olan 800 manatı ödəmək öhdəliyi qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X1 01 dekabr 2025-ci il tarixli, e-2-2(115)-2966/2025 nömrəli bildirişlər göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən 09 dekabr 2025-ci il tarixində məhkəmə bildirişi alınmasına baxmayaraq iddiaçının tələbinə dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanı qaytarılmasını istənilən vaxt tələb edə bilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.1-ci maddəsinə əsasən, “ A+CO” ASC özünə məxsus 800 manat dəyərində avadanlığı Cavabdeh əvəzsiz müddətli istifadəsinə verməyi, sonuncu isə həmin avadanlığı müvafiq Təhvil-Təslim Aktı əsasında qəbul edib özünə məxsus ticarət obyektlərində nümayiş etdirilməsini təmin etməyi və Müqaviləyə xitam verilməsi halında Avadanlığı təbii köhnəlmə dərəcəsi nəzərə alınmaqla İddiaçı ASC-yə geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən avadanlığın qiyməti 800 manat təşkil edir və müqavilə ilə nəzərdə tutulmuş cərimə hədlərinin müəyyən edilməsində avadanlığın dəyərini ifadə edir. Müqavilənin 3.4-cü bəndinə əsasən ticarət nöqtəsi müqaviləyə xitam verilməsi halında avadanlığı təbii köhnəlmə dərəcəsi nəzərə alınmaqla təhvil aldığı vəziyyətdə şirkətə təhvil-təslim aktı əsasında geri qaytarır. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən soyuducu iddiaçı tərəfindən cavabdehə əvəzsiz istifadə üçün təhvil verilmişdir. Daha sonra iddiaçı tərəfindən Cavabdeh 04 noyabr 2025-ci il tarixli məktub ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2025-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 5 gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Lakin bu zamana qədər soyuducu iddiaçıya qaytarılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən tərəflərdən hər hansı biri digərini 30 gün əvvəldən rəsmi qaydada xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər və tərəflər müqavilənin xitamı anından başlayaraq 7 təqvim günü ərzində avadanlığın təhvil-təslimini həyata keçirməlidirlər. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə xitam verilməsinə baxmayaraq müqavilənin 4.2-ci bəndinə əsasən 7 təqvim günü müddətində soyuducunu iddiaçıya qaytarmalı olduğu halda onu iddiaçıya geri qaytarmamışdır. Belə olan halda müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh SKO7.8160000.0000.23 nömrəli “Big Uğur” markalı soyuducu, o olmadıqda isə onun dəyəri olan 800 manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Big Uğur” markalı soyuducu, soyuducu olmadıqda isə onun dəyəri olan 800 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar